§11. “Salur Qazanın dustaq olub oğlu Uruz çıxardığı boyu”: Ov əsnasında yorulub uyuyan Qazan Tumaten qələsi təkfuri tərəfindən basılaraq əsir edilir. (....). Zaman sonra oğlu Uruz böyüyür və ordu ilə bərabər atasını qurtarmağa gedər. Təkfur, əsir Qazanı da onlara qarşı çıxarır. Qazan da kəndisini tanıtmadan Oğuz pəhləvanları ilə mücadiləyə girişir. Bir çoxlarını silahdan təcrid edər. Nəhayət meydana oglu Uruz gəlir. Onunla da mücadilə edər. Uruz Qazanı umuzundən yaralar. Bunun üzərinə kəndisini tanır. Bundan sonra həpsi birləşərək kafərləri əzərlər.