Yanğın təhlükəsizliyi haqqında


Madd ə 26. Yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin



Yüklə 485,55 Kb.
Pdf görüntüsü
səhifə15/19
tarix26.11.2023
ölçüsü485,55 Kb.
#136426
1   ...   11   12   13   14   15   16   17   18   19
313 q (1)

Madd
ə 26. Yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin 
planlaşdırılması
Azərbaycan Respublikasının, şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin, icra 
hakimiyyəti orqanlarının, müəssisələrin iqtisadi və sosial inkişafı proqramlarında yanğın 
təhlükəsizliyinin təmin edilməsi, yanğından mühafizənin bazasının inkişaf etdirilməsi və 
təkmilləşdirilməsi tədbirləri nəzərdə tutulmalıdır. 
Madd
ə 27. Yanğın təhlükəsizliyi sahəsində maliyyə və maddi-texniki 
t
əminat
Yanğın təhlükəsizliyinə dair dövlət və regional proqramlar üzrə məqsədli maliyyə 
təminatı dövlət büdcəsində ayrıca sətirdə göstərilməklə planlaşdırır və Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı bu vəsaitdən təyinatı üzrə istifadə edir.
Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanının
 
yanğın təhlükəsizliyini 
həyata keçirən qurumlarının
(müqavilələr əsasında yaradılan bölmələrdən başqa), 
yanğın-texniki elmi-tədqiqat və yanğın-texniki tədris müəssisələrinin maliyyələşdirilməsi 
dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Zərurət olduqda isə bunun üçün yerli 
büdcələrdən də əlavə vəsait cəlb edilə bilər. 
Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanının
 
yanğından mühafizə 
xidmətini həyata keçirən qurumunun 
müqavilə əsasında yaradılmış bölmələri onları 
yaradan müəssisələrin vəsaiti hesabına, zərurət olduqda isə həmçinin 
qanuna zidd 
olmayan digər maliyyələşmə mənbələri
hesabına saxlanılır. 
Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanının
 müqavilə əsasında 
yaradılmış xüsusi bölmələri dövlət büdcəsinin vəsaiti və onları yaradan müəssisələrin 
vəsaiti hesabına payçılıq əsasında saxlanılır. 
Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanının yanğından mühafizə xidmətini həyata keçirən 
qurumunun şəhər (rayon) hissələri (bölmələri) müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən yaradılır. Yaradılacaq hissələrin (bölmələrinin) minimum sayı əhalinin hər 
1000 nəfəri üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının 
yanğından mühafizə xidmətini həyata keçirən qurumunun şəxsi heyətinin bir vahidi 
hesabı ilə müəyyənləşdirilir.


Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarında 
maddi-texniki təminat Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının 
müəyyən etdiyi qaydada və normada həyata keçirilir.
Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanına
 və onun bölmələrinə 
həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün müvafiq icra hakimiyyəti orqanları 
yerli büdcələrin və dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən işlər istisna 
olmaqla, müvafiq təşkilatlar tərəfindən maliyyələşdirilən obyektlərin tikintisi, əsaslı 
təmiri, yenidən qurulması, müəssisələrin, binaların, qurğuların və başqa obyektlərin 
genişləndirilməsi, yeni texnika ilə təchiz edilməsi işlərinin ümumi smeta dəyərinin 0,5 
faizi məbləğində 
dövlət büdcəsinə köçürülən 
məcburi ayırmalar müəyyənləşdirirlər. 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına həvalə edilmiş vəzifələrin 
yerinə yetirilməsi sahəsində təxirəsalınmaz tədbirlərin maliyyələşdirilməsi üçün, dövlət 
büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən işlər istisna olmaqla, digər mənbələr 
hesabına maliyyələşdirilən bina və qurğuların (12 metr hündürlüyədək fərdi yaşayış və 
bağ evləri istisna olmaqla) tikintisi, yenidən qurulması və genişləndirilməsi işlərinin 
ümumi smeta dəyərinin 0,5 faizi məbləğində müvafiq icra hakimiyyəti orqanının hesabına 
məcburi ayırmalar ödənilir.

Yüklə 485,55 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin