Madd ə 30. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının əməkdaşlarının hüquqi və sosial müdafiəsi üçün təminatlar Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanının
müvafiq qurumlarının əməkdaşları və onların ailə üzvləri dövlətin müdafiəsi altındadırlar.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının hərbi
qulluqçuları üçün müəyyənləşdirilmiş hüquqi və sosial müdafiə təminatları, habelə
güzəştlər Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanının
müvafiq qurumlarının əməkdaşlarına da şamil edilir.
Əmək şəraiti zərərli və təhlükəli olan müəssisələrin işçiləri üçün mövcud qanunvericiliklə
müəyyənləşdirilmiş hüquqi və sosial müdafiə təminatları və güzəştlər həmin müəssisələri
yanğından qoruyan Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanının
müvafiq qurumlarının şəxsi heyətinə də şamil edilir.
Madd ə 31. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının əməkdaşlarının əməyinin ödənilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın təhlükəsizliyini təmin edən müvafiq qurumlarının əməkdaşlarının pul təminatı qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. İşin xarakteri və şəraiti nəzərə alınmaqla əməkdaşların xidməti fəaliyyətdə yüksək
nəticələrə nail olunmasının həvəsləndirilməsini təmin etmək, şəxsi heyəti yüksək peşə
keyfiyyətlərinə malik olan şəxslərlə komplektləşdirmək məqsədi ilə Azərbaycan
Respublikasının
müvafiq icra hakimiyyəti orqanına
və onun bölmələrinə dövlət
büdcəsindən əlavə vəsait ayrıla bilər.
Madd