Yanğın təhlükəsizliyi haqqında


Madd ə 22. Sertifikatlaşdırma



Yüklə 485,55 Kb.
Pdf görüntüsü
səhifə12/19
tarix26.11.2023
ölçüsü485,55 Kb.
#136426
1   ...   8   9   10   11   12   13   14   15   ...   19
313 q (1)

Madd
ə 22. Sertifikatlaşdırma
Sertifikatlaşdırma — Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
məhsulun, xidmətlərin, binaların və qurğuların (
bundan sonra — məhsulun və 
xidmətlərin
) müəyyən edilmiş yanğın təhlükəsizliyi tələblərinə uyğunluğunun təsdiq 
edilməsi sahəsində göstərilən fəaliyyətdir. 
Sertifikatlaşdırmanın qaydalarına uyğun 
olaraq sertifikatlaşdırılmış məhsulun və xidmətin müəyyən edilmiş tələblərə uyğunluğunu 
təsdiq etmək üçün uyğunluq sertifikatı verilir.
Məcburi qaydada sertifikatlaşdırılan məhsulun və xidmətlərin siyahısını Azərbaycan 
Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı
 müəyyənləşdirir. 
Sertifikatlaşdırmanın təşkili və aparılması qaydasını Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı
 müəyyənləşdirir. 
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan sertifikatlaşdırma işlərinin
haqqını məhsulu hazırlayan (satan) və xidmətləri göstərən ödəyir, həm də sertifikasiya 
məsrəfləri məhsulun və xidmətlərin maya dəyərinə aid edilir. 
Madd
ə 23. Yanğından sığortalama
Yanğından sığortalama könüllü və icbari qaydada həyata keçirilir. 
Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və 
fiziki şəxslərin əmlakının və üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin yanğından 
icbari sığortalanması «Yanğından icbari sığorta haqqında» Azərbaycan Respublikasının 
Qanunu ilə tənzimlənir.


Yanğından icbari sığortalama qaydası və şərtləri Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə müəyyənləşdirilir. Yanğından icbari sığortalamalı olan müəssisələrin 
siyahısını Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı
 müəyyənləşdirir. 

Yüklə 485,55 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin