Yasamal rayon, 13 saylı
orta məktəb
Qurbanov Vüsal 5c
Fənn: Azərbaycan tarixi
Müəllimə: Şirinova Rəhilə
Vətəni sevməyən insan olmaz
Vətən torpağı mənə və milyonlarla mənim soydaşlarıma candan əziz olamlıdır. Mənim üçün vətəndən müqəddəs, əziz heç nə yoxdur. Sevirəm vətənimi dünyalar qədər! Hər birimizin ayrı - ayrılıqda anamız var. Vətəndə hamımızın anasıdır !
Vətəni sevmək hamımızın və hər bir Azərbaycan övladının borcudur. Vətən anlayışı insanın həyatında böyük yer tutur. İnsan kiçik yaşlarından vətənin doğmalığını, onun təkrarlanmazlığını və ya sadəcə olaraq “Ana vətən ” kəlməsinin insanda yaratdığı istiliyi duyur. Yəni biz hər birimiz körpə olarkən ana və atalarımızın dilindən vətən anadır kəlməsi eşidirik. Çünki bizim ilk addımlarımız bu torpağa dəyib, körpə olarkən bu torpaqda yaşayırıqsa bu torpaqın havasını udub suyunu içiriksə bizə bu torpaq həyat veribsə deməli biz bu torpağın vətəndaşıyıq bu torpağın oğulları və ya qızlarıyıq. Bütün mənliyimizlə ana vətənimizə Azərbaycanımıza borcluyuq.
Hər birimiz yurda sadiq və laiq vətəndaş olmaq üçün əlimizdən gələni əsirgəməməliyik. Biz hamımız Azərbaycan dövlətinin vətəndaşıyıq. Biz Azərbaycanımızı çiyinlərimizlə qaldırıb, işıqlı sabahlara, aydın gələcəyə aparmalıyıq. Düşmənləri qəlbimizdəki vətən sevgisini vətən məhəbbətinin atəşi ilə məhv etməliyik.
Torpaqlarımızı azad etmək üçün, analarımızın gözündən yaşı silmək üçün, gecələr rahat yatmaq üçün şəhidlərimizin qanını yerdə qoymamaq üçün ayağa qalxmalıdır!
Qalx ayağa Azərbaycan !!!
Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşmüşdür.
1988-1993-cü illərdə işğal edilmiş
Azərbaycan əraziləri:
Dağlıq Qarabağ: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4400 km2. (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut);
Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi – 1875 km2;
Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 1936 km2;
Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1154 km2;
Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 km2;
Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1112 km2;
Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 826 km2;
Zəngilan rayonu: işğal tarixi - 30 oktyabr 1993-cü il, ərazisi - 707 km2.
Dostları ilə paylaş: |