Yasamal Rayon Məhkəməsinə

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 264.1 Kb.
səhifə2/3
tarix21.10.2017
ölçüsü264.1 Kb.
1   2   3

2011-ci ilin 6 ayı ərzində hüquq müdafiə təşkilatlarına və vətəndaş cəmiyyətinin nümayəndələrinə qarşı da təzyiqlər müşahidə olunmuşdur. Məsələn, hakim Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetinin 17 iyun tarixli sayında Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və bu təşkilatın sədri Emin Hüseynov barədə qarayaxma xarakterli Hüquq pozan “hüquq müdafiəçisi”” başlıqlı geniş məqalə dərc edib. Habelə Emin Hüseynov Heydər Əliyev adına Hava Limanındakı gömrükdə də dəfələrlə problemlərlə üzləşib(bax: cədvəl 2).

Aprelin 17-də İctimai Palatanın (İP) Bakının mərkəzində keçirdiyi razılaşdırılmamış aksiya zamanı “Demokratiyanın Müdafiəsinə Kömək” İctimai Birliyinin prezidenti Vidadi İsgəndərov həbs edilib. V.İsgəndərov aksiyada İP-in təhqiqat qrupunun rəhbəri və hüquq müdafiəçisi kimi müşahidəçi qismində iştirak edib. İlk olaraq haqqında 15 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum etmə cəzası təyin olunsa da, daha sonra Vidadi İsgəndərov barəsində Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma), 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) və 177-ci (oğurluq) maddələri ilə cinayət işi başlanıb. Halbuki bu cinayət işi ilə bağlı kifayət qədər sübut olmadığı üçün Göyçay rayon Prokurorluğu işə xitam verdi. Həmin cinayət işi yenilənin və hüquq müdafiəçisi haqqında 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ağır şəkərli diabetdən əziyyət çəkən V.İsgəndərov özü uzun müddət prokurorluq orqanlarında işləyib və daha sonra istefa verib. O 2010-cu il noyabrın 7-də parlament seçkilərində 89 saylı Ağdaş-Göyçay seçki dairəsindən namizədliyini irəli sürmüşdü. Həmin vaxt o seçki saxtakarlığı ilə bağlı ciddi dəlillər əldə edərək cəmiyyətə təqdim etmişdi. Habelə iqtidarın, xüsusilə hüquq mühafizə orqanlarının əleyhinə kəskin tənqidi fikirləri ilə fərqlənib. Eyni zamanda o GEN MMC tikinti şirkəti tərəfindən aldadılan bir qrup vətəndaşın hüquqlarını aktiv müdafiə edib,  hüquq müdafiəçisi məmurların, nəqliyyat, vergi, gömrük rəhbərlərinin, bir çox icra başçılarının, o cümlədən İqtisad Universiteti rəhbərliyinin qanunsuz əməlləri ilə bağlı dəfələrlə dövlət başcısı İlham Əliyevə yazılı müraciətlər edib, bəyanatlar verib.


Ədliyyə Nazirliyi Norveç İnsan Hüquqları Evi Fondunun beynəlxalq nümayəndəliyi olan Azərbaycan İnsan Haqları Evinin bütün növ fəaliyyətinin dayandırılmasını tələb edib. Ədliyyə Nazirliyi bildirib ki, təşkilatın fəaliyyəti yalnız Azərbaycan dövləti ilə razılaşdırdıqdan sonra bərpa edilə bilər(Bax: Cədvəl 2).
2011-ci il Azərbaycanda dindarların da kütləvi şəkildə təqib edilməsi ilə başlandı. Yanvarın 7-də Azərbaycan   İslam Partiyasının  sədri Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, partiya fəalı Elçin Həsənov və partiya sədrinin sürücüsü Mirhüseyn Kazımov həbs ediliblər. Yanvarın 9-da “Məşədi Dadaş” məscidinin axundu Şahin Həsənli polis tərəfindən saxlanısa da sonradan azad edilib. Yanvarın 10-da Hövsan qəsəbə sakini Nurəddin Darafərin və Bülbülə qəsəbə sakini Babək Həsənov, İlahiyyatçı Zülfüqar Mikayılzadə, Milli Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Mehdi Məmmədov, İslam Partiyası  sədrinin birinci müavini Elçin Manafov, İslam Partiyasının Mətbuat Xidmətinin rəhbəri Akif Heydərli və digərləri saxlanılıb. Belə ki, yanvarın 2-də İslam Partiyası Baş Məclisinin iclasında partiya sədri Möhsün Səmədov məktəblərdə hicaba qadağa qoyulmasını kəskin tənqid edib, bunu Azərbaycan xalqına mənəvi zərbə kimi qiymətləndirib və xalqı iqtidara qarşı mübarizəyə səsləyib. Sözügedən videoçarx sosial şəbəkələrdə yayılıb. İslam Partiyası sədrinin və onun tərəfdarlarının  məhz bu məsələyə görə həbs edilməsi istisna olunmur. Partiya sədri çıxışında hökuməti kəskin tənqid edib və xalqı bu hökumətə qarşı mübarizəyə çağırıb. Mövsüm Səmədov və tərəfdarları Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan vasitələrdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunur.
Yanvarın 8-də isə Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı öz dostu Ceyhun Fərzullayev  ilə birlikdə vətəndaş Eldar Rzayevin şikayəti əsasında saxlanılıb. Yanvarın 10-da Nəsimi rayon Məhkəməsi Pənahlı və Fərzullayevi  Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) iki ay müddətinə həbs edib. Münaqişəyə səbəb Pənahlının Rzayevə satdığı avtomobil olmuşdu. Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlamışdı. İyunun 17-də isə Nəsimi rayon Məhkəməsində  hakim Elman Əhmədovun sədrliyi ilə Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onun dostu  Ceyhun Fərzullayevin işi üzrə məhkəmə hökmü elan edilib. Hakim Elman Əhmədov Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının 6 il, onun tanışı Ceyhun Fərzullayev barəsində isə 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

            Pənahlının doğmaları və yaxınları isə hesab edirlər ki, onun və dostunun  həbsi "P.S. Nota" qəzetində və ümumiyyətlə mətbuatda hakimiyyətin ünvanına söylədiyi tənqidi fikirlərlə bağlıdır.


Habelə 2011-ci ilin 6 ayı gənc fəalların da təqibi ilə yadda qalıb. Gənc fəal və blogger Bəxtiyar Hacıyev barəsində əsgərlikdən yayınma ittihamı ilə cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub. Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib. 18 mart 2011-ci il tarixində Gəncə şəhər Nizami rayon Məhkəməsi  gənc fəal Bəxtiyar Hacıyevin  Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə (hərbi xidmətdən yayınma) təqsirli bilərək  2 il müddətinə azadlıqdan məhrum olunması  barədə hökm çıxarıb. Gənc fəalın 2 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb.

 Hüquq müdafiə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.

Gənc fəal Cabbar Savalanlı isə fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Sumqayıt Şəhər Məhkəməsi Cabbar Savalanlının 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə 4 may 2011-ci ildə hökm verib.

             Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.


RATİ-NİN TÖVSİYƏLƏRİ
RATİ-NİN AZƏRBAYCAN HÖKUMƏTİNƏ TÖVSİYƏLƏRİ


  • Diffamasiyaya görə məsuliyyəti nəzərdə tutan maddə ləğv edilsin;

  • Jurnalistlərin əleyhinə fiziki hücum və hədələrdə iştirak edənlər və bu işdə məsuliyyət daşıyanlar cəzalandırılsın;

  • Xarici radiostansiyaların yerli FM tezliyində yayımı bərpa edilsin;

  • 2005-ci ildə qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qatilləri və bu qətlin sifarişçiləri tapılaraq cəzalandırılsın;

  • Qanunlarda KİV-in fəaliyyətini məhdudlaşdıran mürtəce əlavə və dəyişikliklər ləğv edilsin;

  • Mətbuat Ombudsmanının səlahiyyətlər İnsan Haqları Üzrə Müvəkkildən (Ombudsman) geri alınaraq müstəqil Mətbuat Ombudsmanı İnstitutu yaradılsın;

  • Boş qalmış televiziya və radio yayım tezlikləri ədalətli və şəffaf tender vasitəsilə bu işdə marağı olan subyektlərə verilsin;

  • Reklamları mətbuata siyasi yönümlərinə görə verilməsi dayandırılsın və bazar iqtisadiyyatı prinsipləri ilə fəaliyyət göstərə biləcək sərbəst reklam sektoru yaradılmasına şərait yaradılsın;

  • AzTV və onun nəzdində fəaliyyət göstərən “İdman-Azərbaycan” və “Mədəniyyət” telekanallarının tezliklərində Yeni İctimai televiziyalar, həmçinin dövlət radio kanalının tutduğu tezlikdə ikinci, üçüncü İctimai radio yaradılsın;

  • Müstəqil QHT-lərə və vətəndaş cəmiyyətinin nümayəndələrinə qarşı təzyiqlərə son qoyulsun, QHT qanunvericiliyinə edilən məhdudlaşdırıcı əlavə və dəyişikliklər ləğv edilsin və vətəndaş cəmiyyətinin tənzimlənməsi üçün liberal qanunvericilik qəbul olunsun.


RATİ-NİN XARİCİ ÖLKƏLƏRƏ VƏ BEYNƏLXALQ TƏŞKİLATLARA TÖVSİYƏLƏRİ


  • Azərbaycan hökumətindən mətbuat azadlığı, ifadə azadlığı və insan haqları sahəsində öhdəsinə düşən vəzifələrin yerinə yetirilməsi tələb edilsin;

  • Azərbaycan hökumətindən və hüquq mühafizə orqanlarından Azərbaycan jurnalistlərinə qarşı törədilmiş qətl, hücum və hədələnmə hallarının üstünün açılması tələb edilsin;

  • Yuxarıda göstərilən tələblər yerinə yetirilmədiyi halda bağlanmış beynəlxalq sazişlərdən irəli gələn konkret sanksiyalar tətbiq etsin.



RATİ-NİN JURNALİSTLƏRƏ TÖVSİYƏLƏRİ


  • Həmişə jurnalist peşə-etik kodeksinə riayət etmək;

  • Şəxsi təhlükəsizliyinizlə bağlı hər hansı potensial təhlükə barədə RATİ-nin QAYNAR XƏTT (+99450 398 48 38 , +99 470 398 48 38, +994 05 2828797) nömrələrinə, vətəndaş cəmiyyəti institutlarına, mətbuata, beynəlxalq diplomatik qurumların nümayəndəliklərinə dərhal məlumat vermək.


CƏDVƏL I. 2011-Cİ İLİN 6 AYI ƏRZİNDƏ BÖHTAN VƏ DİFFAMASİYA İŞLƏRİ VƏ KİV-Ə QARŞI DİGƏR İDDİALAR


İddiaçı və Məhkəmə

Cavabdeh

Çıxarılan qərar və tarixi

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədov
Yasamal rayon Məhkəməsi

“Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı

İş adamı Anar Məmmədovun  Qəbələ rayonunda yerləşən istirahət mərkəzlərinin birində saxlanılan ayını bir milyon manat qarşılığında kəsdirərək yeməsi və Anar Məmmədovun Dubayda Dubay əmirinin ailəsinə etinasız yanaşdığına görə deportasiya edilməsinə dair məqalələr görə. İddiaçı qəzetlərin hər birinin 250 min AZN cərimələnməsini tələb edir



Davam edir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi olan “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov
Nərimanov rayon Məhkəməsi

hakim Məzahir Sadıqovun sədrliyi ilə




“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və qəzetin yazarı Kamal Hüseynə qarşı.
Cavabdehlərin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə çıxarlmış 1 000 manat təzminat ödənilməsi haqqında qərarın icraata yönəldilməsi barədə

Məhkəmə cavabdehə cərimənin ödənilməsi üçün xəbərdarlıq edib.

17.01.2011




Liberal Partiyasının lideri Laləşövkət Hacıyevanın iddiası üzrə
Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi

ilə



“Ölkə” qəzetinə qarşı iddiası üzrə Yasamal rayon Məhkəməsinin çıxardığı qərardan verdiyi apellyasiya şikayəti

Tərəflər barışıb.
03.02.2011

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  icraçı direktoru Vüqar Səfərli
Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində qaldırılmış iddia üzrə  Nərimanov rayon Məhkəməsinin çıxardığı 12 oktyabr 2010-cu il tarixli qərarından verilən qarşılıqlı apellyasiya şikayəti üzrə



Prosesdə hakim Səfərlinin iddiasını qismən təmin edərək Zeynallının üzür istəyərək təkzib verməsi və 5 min manat həcmində cərimələnməsi barədə qərar verib.

05.04.2011




Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasovun iddiası üzrə
Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə

“Bizim Yol” qəzetinin əməkdaşı Hacı Zeynalov və vəkil Xalid Bağırov barəsində (CM-nin 147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) xüsusi ittiham qaydasında şikayətinə əsasən


Təmin edilməyib.
15.04.2011


Gəncə şəhər Hərbi Prokurorluğu
Gəncə şəhər Nizami rayon məhkəməsində Emin Axundovun sədrliyi



Gənc fəal Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə ittiham


2 il müddətinə azadlıqdan məhrum edilib
18.05.2011


Sumqayıt şəhər Prokurorluğu
Sumqayıt şəhər məhkəməsində hakim İlqar Məmmədovun  sədrliyi ilə

 


AXCP Gənclər təşkilatının üzvü Cabbar Savalanlının barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama)  maddəsi



2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
04.05.2011



CƏDVƏL 2: 2011-Cİ İLİN 6 AYI ƏRZİNDƏ JURNALİSTLƏRƏ VƏ MEDİA QURUMLARINA QARŞI HÜCUMLAR, TƏXRİBATLAR, ZORAKILIQLAR VƏ HƏDƏLƏR



Zərərçəkən subyekt

Hadisənin vaxtı və təfərrüatları

Vazeh Bəhramoğlu (Mehdiyev) 

Yanvarın 12-də “Gündəlik Bakı” qəzetinin baş redaktor müavini Vazeh Bəhramoğlu (Mehdiyev) fotoaparatla Qazaxıstan səfirliyinin şəklini şəkib. Bu zaman səfirliyin nəzarətçisi onu saxlayıblar. Daha sonra jurnalist Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə aparılaraq şəxsiyyəti müəyyən etdikdən sonra azad edilib.

Samir Kazımlı


Yanvarın 13-də İslam Partiyasının sədri Möhsüm Səmədovun evində aparılan axtarış zamanı axtarışda iştirak edən müstəntiq  və hal şahidləri foto çəkiliş aparmaq istəyən “Yeni Müsavat” qəzetinin əməkdaşı Samir Kazımlıya fiziki güc tətbiq ediblər.

Elçin Həsənov

“Yüksəliş naminə” qəzetinin müxbiri, AXCP Gənclər Təşkilatının üzvü, jurnalist Elçin Həsənov yanvarın 21-də səhər saatlarında  Sumqayıtdan Bakıya gələrkən ağ rəngli ”VAZ-21 07" markalı Az 10 XJ 077 dövlət nömrə nişanlı avtomobildə iki şəxs tərəfindən təqib edilib.

Leyla Mustafayeva

“Yeni Müsavat” qəzetinin əməkdaşı Leyla Mustafayevanın Qazaxda yaşayan qohumlarına təzyiqlər edilir və rayonda “Yeni Müsavat” qəzetinin satışına qadağa qoyulub. “Yanvarın 25 də qəzetimizin səhifəsində “DSK sədrliyi 15 min manata satılır” başlıqlı yazı dərc edilmişdi və bu yazı Qazax rayonundan redaksiyamıza daxil olan məlumat əsasında hazırlanmışdı. Məlumatda Qazax seçki dairəsində dairə seçki komissiyası vəzifəsinin  “hərraca” çıxarılması, eləcə də rayonun icra başçısı Rauf Hüseynovun  bu vəzifədə çalışmaq istəyən namizədlərə “15 min manat ver, gəl otur” deməsi kimi ifadələr öz əksini tapmışdı. Məqalə qəzetdə dərc olunduqdan sonra rayonun icra başçısı Rauf Hüseynov tərəfindən  Qazaxdakı qohumlarıma təzyiqlər edilməyə başladı, icra başçısı yaxın qohumum,  Qazax Rayon Həmkarlar İttifaqının sədri Fərhad Qocamanovu çağıraraq danlayıb, onu işdən çıxaracağı ilə hədələyib. Aldığım məlumata görə, bu səbəbdən də qəzetimizin  rayonda satışına da məhdudiyyətlər qoyulub” - deyə Mustafayeva qeyd edib.

Cəsur Sümərinli

Yanvarın 28-də Gədəbəydəki N saylı hərbi hissənin komandiri Asif Fərəcov "MilAz" İnformasiya Agentliyinin baş direktoru Cəsur Sümərinlini (Məmmədov) hədələyib.  Jurnalistin sözlərinə görə, yanvarın 27-də Gədəbəy rayonunun Nova-Saratovka kəndinin bir qrup sakini “MilAz” İnformasiya Agentliyinə müraciət edib. Müraciətdə  komandirin qanunsuz olaraq  hərbi hissəyə bitişik mağaza və yeməkxana tikdirməsindən söhbət gedib.
"Asif Fərəcov  mənə telefon zəngi zamanı bildirdi ki, o böyük bir bölgənin sahibidir və onun haqqında məlumatı hansı haqqla verdiyimizlə bağlı mənə sual verdi, habelə məni məhkəmə ilə hədələdi”, - deyə C.Sümərinli vurğuladı.

Eimin Bədəlov

Fevralın 1-də Misirin Azərbaycandakı səfirliyinin qarşısında  şəkil çəkən zaman polislər “Yeni Müsavat” qəzetinin müxbiri   Elmin Bədəlovu saxlayıblar.   “Şəkil çəkən zaman polis əməkdaşları məni saxladılar və  məni Nəsimi rayon Polis İdarəsinə gətirdilər. Şəxsiyyət və jurnalist vəsiqəmin surətini çıxardılarŞ, sonra məni sərbəst buraxdılar”, - deyə Elmin Bədəlov bildirib.

Emin Hüseynov

Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutunun (RATİ)  sədri Emin Hüseynov  fevralın 1-də  axşam saatlarında Heydər Əliyev adına Hava Limanının Gömrük nəzarət məntəqəsində  Dövlət Gömrük Komitəsinin təhqir və təzyiqləri ilə üzləşib. Hüseynovun sözlərinə görə, Dubaydan Azərbaycana qayıdarkən onu gömrükdə  saxlayıblar və  onu orada 3 saat ac-susuz saxlayıblar.  “Mənə gömrükdə bildirdilər ki, mən bəyannamə yazmalıyam və  mən də razılaşdım. Mən Dubaydan  özümlə bir neçə avadanlıq gətirmişdim. Onları da bəyannamədə qeyd etdim. Mən özümlə iki ədəd televizor, 2 ədəd mobil telefon, maşın üçün bir neçə lampa və maşın maqnitofonu gətirmişdim. Azərbaycandan gedərkən özümlə iki ədəd işlənmiş kamera aparmışdım ki, orda onlara uyğun yaddaş kartlarının yerləşdirilməsinin mümkünlüyünü sınayım.  Onlar mənə bildirdilər ki, mən özümlə apardığım  iki kameranı da və hətta özümə aid olan 3 ədəd telefonu da bəyannaməyə qeyd etməliyəm.  Mən bəyannaməyə özümlə apardığım əşyaları da  yazdım. Buna baxmayaraq mənə əsaslandırılmış şəkildə rüsum məbləğini təqdim etmədilər və əşyalarımın müsadirə olunduğunu bildirdilər”, - deyə Hüseynov bildirib. 

Tapdıq Fərhadoğlu və Rasim Əliyev

 Fevralın 2-də Bakıdakı Bayraq meydanında  Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və ərazinin mühafizəçiləri tərəfindən  Reportyorlarin Azadlıq və Təhlükəsizlik İnstitutununu və “Obyektiv”  TV-nin əməkdaşı Rasim Əliyevə, habelə “Amerikanın səsi”  radiosunun Azərbaycandakı təmsilçisi Tapdıq Fərhadoğluna təzyiq edilib. Jurnalistlər itələnərək ərazidən uzaqlaşdırılıb və qeyri etik ifadələrlə təhqir olunublar.

Belə ki,  səhər saat 6-da bayrağın bərkidildiyi qüllə milinin yuxarı hissəsi laxlamağa başlayıb və onun aşma təhlükəsi yaranıb. Bu barədə məlumat toplamaq istəyən jurnalistlər təzyiqlə üzləşiblər.



“Yeni Musavat” qəzeti

Yevlax rayonunda “Yeni Müsavat” qəzetinin satışına qadağa qoyulub. Buna səbəb Yevlax rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin tapşırığı ilə Yevlaxın qəzet köşklərindən “Yeni Müsavat” qəzetinin satışında məhdudiyyətlərin olduğu və buna  qəzetin 2 fevral 2011-ci il tarixli sayında dərc edilmiş “Yevlaxın icra başçısı Göygöldə üç villa tikdirib” başlıqlı məqalənin səbəb olub.



Elçin Həsənov

“Yüksəliş naminə” qəzetinin müxbiri, AXCP-nın Gənclər Təşkilatının üzvü, jurnalist Elçin Həsənov fevralın 8-də   Sumqayıt şəhər Polis İdarəsinin 4-cü bölməsinə çağırılıb.

“Polis bölməsində rəis müavini Azər Cahangirov mənimlə söhbət etdi. O, mənə bildirdi ki, polisə çağırılmağımın səbəbi həbs olunmuş gənc fəal Cabbar Savalanlının həbsi ilə bağlı olaraq  iki gün bundan əvvəl  Bakıda Heydər Əliyevin abidəsi önündə çıxış edərək gəncləri aksiyaya səsləməyim və  “Facebook” sosial şəbəkəsində adamları mitinqə çağırmağımdır”, - deyə E.Həsənov qeyd edib.



Cabbar Savalanlı

Fevralın 5-də Cabbar Savalanlı həbs edilərkən və ilkin izahatı alınarkən fiziki zorakılığa məruz qalıb. Bu barədə İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov fevralın 8-də Cabbar Savalanlı ilə görüşündən sonra məlumat verib.

Ramid İbrahimov

“Bizim Yol” qəzetinin müxbiri Ramid İbrahimov fevralın 11-də  Prezident Administrasiyasının qarşısında keçirilən etiraz aksiyasından reportaj hazırlayarkən mülki geyimli şəxslər tərəfindən fiziki təzyiqə məruz qalıb.

Kamran Məhərrəmli

“Yeni qəzet+”in təsisçisi və baş redaktoru Kamran Məhərrəmli ona gizli nömrədən zənglər olduğunu və ölümlə hədələndiyini bildirib. 

BBC

Fevralın əvvəllərindən Azərbaycanda kabel televiziyasında inhisarçı olan KaTV  BBC- in verilişlərini adi yayımdan çıxararaq, rəqəmsal yayıma keçirib. BBC -in əvvəl yayımlandığı tezliyi isə yeni fəaliyyətə başlayan “Mədəniyyət” kanalı tutub. 

Rasim Əliyev və Elçin Həsənov

Fevralın 16-da Sumqayıt Apelyasiya Məhkəməsində hakim İlham Həsənovun sədrliyi ilə  AXCP fəalı Cabbar Savalanla barədə Sumqayıt şəhər Məhkəməsinin seçdiyi həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesini işıqlandırmaq istəyən jurnalistlər təzyiqlə üzləşiblər.

Belə ki, hakim verilmiş apelyasiya şikayətini təmin etməyib.

Bu barədə vəkillər məhkəmə binası qarşısına toplaşmış gənclərə və Cabbar Savalanlının qohumlarına məlumat veriblər. Daha sonra AXCP-çi gənclər məhkəmə binası qarşısında dövlət himnini oxumağa başlayıblar. Amma  Sumqayıt polisinin əməkdaşları gənclərə hücum edib və ondan artıq AXCP fəalı, eləcə də Cabbar Savalanın bir neçə qohumu saxlayıb.

Polis hadisə yerində çəkiliş aparan “Obyektiv” TV-nin əməkdaşı Rasim Əliyevi və jurnalist Elçin Həsənovu saxlayaraq AXCP-çi  gənclərin mindirildiyi avtobusa zorla salıblar. Bu zaman Rasim Əliyev və Elçin Həsənova bədən xəsarətləri də yetirilib. Daha sonra polislərə rəhbərlik edən Azər adında şəxsin tapşırığı ilə Rasim Əliyev sərbəst buraxılıb. Amma o yenidən digər qrup polis əməkdaşlarının təzyiqi ilə üzləşib, bu dəfə isə çəkiliş apardığı videokamera əlindən alınıb. Təkrar rütbəsini də vəzifəsini bilmədiyimiz Azər müəllimin müdaxiləsindən sonra videokamera jurnalistə qaytarılıb.



Emin Huseynov

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ)  rəhbəri Emin Hüseynov fevralın 24-də səhər İstanbuldan Bakıya gələrkən Heydər Əliyev adına hava limanında sərhəd xidməti tərəfindən saxlanılıb. Hüseynovun pasportu bəzi detalların dəqiqləşdirilməsi adı ilə ondan alınıb.

“Sərhəd xidmətinin zabiti mənə bildirib ki, mənim adım qara siyahıya salınıb, amma hansı siyahıdan söhbət getdiyini açıqlamayıb”, - deyə Hüseynov bildirib.


Prosedur təxminin 20 dəqiqə çəkib, sonra Hüseynovun pasportu qaytarılıb və sərhədi keçməsinə icazə verilib.

Mehman Hüseynov, Əbulfət Namazov

2011-ci il martın 7-də RATİ-nin iki əməkdaşı Mehman Hüseynov (fotoqraf və videooperator) və Əbülfət Namazov (fotoqraf, sürücü) təşkilatın xidməti avtomobilində şəhər mərkəzində hərəkət edərkən 3 avtomobil (qara Mitshubishi Pajero və 2 VAZ 2107 (boz və qırmızı rəngli)    tərəfindən izləndiklərini görüblər. İşıqforda dayanan zaman özlərini təqdim etməyən mülki geyimli şəxslər RATİ-nin avtomobilinə yaxınlaşaraq onu əhatəyə alıblar, sonra isə qapıları açaraq RATİ əməkdaşlarının qollarını burmuş və zorla müxtəlif maşınlara oturdaraq naməlum istiqamətdə hərəkət etmişlər. Özlərini təqdim etmədən, həmçinin hərəkətlərinin səbəblərini izah etmədən RATİ əməkdaşlarını Nərimanov Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinə gətiriblər, rəisin kabinetinə aparıblar və sorğu-sual ediblər.

Leyla İlqar (Mustafayeva)

“Yeni Müsavat” qəzetinin əməkdaşı Leyla İlqar (Mustafayeva) barəsində doğulduğu Qazax rayonunda qeyri-rəsmi araşdırma aparılır. Bu barədə bu gün (9 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) L. İlqarın özü məlumat verib.

Leyla İlqarın sözlərinə görə, onun yaşadığı mənzil, kiminlə qalması barədə qeyri-rəsmi məlumatlar toplanılır: “Dünən Qazaxda yaşayan qohumlarım zəng edərək, mənə bildirdilər ki, haqqımda rayonda araşdırmalar aparılır. Düşünürəm ki, bu araşdırma MTN-nin  əməkdaşları  tərəfindən edilir. Konkret olaraq şübhələndiyim Qazax rayonunun icra hakimiyyəti başçısıdır. Çünki, qəzetimizdə  son vaxtlar  vaxtaşırı icra başçısı Rauf Hüseynov barəsində məqalələr dərc etmişəm”,  - deyə Leyla İlqar  bildirdi.



İnsan Hüquqları Evi (Norveç)

Ədliyyə Nazirliyi Norveç İnsan Hüquqları Evi Fondunun beynəlxalq nümayəndəliyi olan Azərbaycan İnsan Haqları Evinin bütün növ fəaliyyətinin dayandırılmasını tələb edib. Ədliyyə Nazirliyi bildirib ki, təşkilatın fəaliyyəti yalnız Azərbaycan dövləti ilə razılaşdırdıqdan sonra bərpa edilə bilər. Bu barədə martın 11-də RATİ-yə daxil olmuş İnsan Hüquqları Evi Fondunun bəyanatında qeyd edilib. Bəyanatda bu addımın Evin tənqidi mövqeyi olan şəxslərə öz fikirlərini bildirmək üçün yer ayırmasına görə atıldığı vurğulanır. Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu da bəyanatla çıxış edərək, Evin fəaliyyətinin dayandırılmasını siyasi sifarişin icrası kimi qiymətləndirib.
Belə ki, Azərbaycan İnsan Haqları Evi İnsan Hüquqları Evi Fondunun beynəlxalq nümayəndəliyi kimi 2007-ci ildə Azərbaycanda qeydiyyatdan keçib. 2009-cu ildə QHT-lər haqqında Qanuna edilmiş əlavə və dəyişikliklərə görə, beynəlxalq təşkilat yalnız dövlətlə müqavilə bağladıqdan sonra ölkədə fəaliyyət göstərə bilər.  

Abbas Atilay,

Etimad Budaqov



Martın 11-də bir qrup gəncin “Facebook” sosial şəbəkəsi vasitəsilə   hökumət əleyhinə  təşkil etdikləri “Böyük Xalq Günü”  aksiyası ilə  bağlı  Azərbaycanın paytaxtı Bakı şəhərində  fövqəladə vəziyyət yaşandı. Səhər saatlarından etibarən bütün ali və orta təhsil müəssisələri, metro stansiyalarının çıxışları, şəhərin bütün mərkəzi meydanları polis nəzarətinə götürülmüşdü. Gənclərin keçirdikləri etiraz aksiyası zamanı dəmir yolu vağzalı ərazisində polis tərəfindən  “Azadlıq” radiosunun fotomüxbiri Abbas Atilayıya təzyiq edilib. Nizami (keçmiş Torqovıy) küçəsində isə polislərdən biri  “Turan”  informasiya agentliyinin fotoreportyoru, əynində jurnalist olduğunu göstərən üzərində “PRESS” qazılan gödəkcə olan Etimad Budaqovun qarın nahiyəsinə  zərbə endirib.

Ədalət Əhmədov,

Ramin Deko (Cəbrayılzadə), Etimad Budaqov



Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin ailəsinə baş çəkməyə gedən jurnalistləri   Gəncə şəhər Nizami rayon polis şöbəsinin əməkdaşları polisə dəvət ediblər. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Turan” İnformasiya Agentliyi və RATİ əməkdaşı Ədalət Əhmədov məlumat verib.

“Biz Bəxtiyar Hacıyevin ailəsi ilə görüşdük. Sonra onunla da görüşmək istədik. Amma bir qrup mülki və rəsmi geyimli polis bizi  polis şöbəsinə dəvət etdi.  Bizə dedilər ki, sadəcə nabələd adamlar olduğunuz üçün Gəncəyə gəlişinizi aydınlaşdırmaq istədik”, - deyə Ə.Əhmədov qeyd etdi.


Belə ki, polisə aparılanlar “Azadlıq” qəzetinin müxbiri Ramin Deko (Cəbrayılzadə), “Turan” İnformasiya agentliyindən fotomüxbir Etimad Budaqov, Ə.Əhmədov və digər şəxslər olub.  Təxminən 10-15 dəqiqəlik söhbətdən sonra jurnalistlər sərbəst buraxılıb.

Fəxrəddin Hacıbəyli

Martın 18-də Almaniyada mühacirətdə yaşayan azərbaycanlı jurnalist Fəxrəddin Hacıbəyli döyülüb. Nəticədə o iki qabırğasının sınığı və qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Jurnalist Berlində Novruz şənliyi keçirilən zaman həmin şəhərində yerləşən Azərbaycan səfirliyinin himayəçiliyi ilə fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Tofiq Qarayev və onun göstərişi ilə hərəkət edən şəxslər tərəfindən döyülüb.

Seymur Həziyev


Martın 25-dən 26-a  keçən gecə  saat 00.30 radələrində “Azadlıq” qəzetinin müxbiri Seymur Həziyevin yaşadığı Abşeron rayonunun  Ceyranbatan qəsəbəsinin girişindən başına torba keçirilərək oğurlanılıb və naməlum ünvana aparılaraq işgəncəyə məruz qoyulduqdan sonra Binəqədi rayonu ərazisində  küçəyə atılıb.

Habil Aslanoğlu



Martın 29-da “Lider” televiziyasının Qarabağ bölgəsi üzrə xüsusi müxbiri Habil Aslanoğlu peşə fəaliyyətini yerinə yetirən zaman, Ağdam rayonunun Çıraqlı kəndində çəkiliş apararkən erməni işğalı altında olan Gülçülük sovxozundan atəşə məruz qalıb.

Mirzə Sakit

Tanınmış jurnalist, satirik yazar Mirzə Sakit (Zahidov) aprelin 2-də  İctimai Palatanın Fəvvarələr meydanında keçirdiyi etiraz aksiyası zamanı polis zorakılığına məruz qalıb.

Rasim Əliyev

Aprelin 2-də İctimai Palata tərəfindən keçirilən mitinq zamanı

RATİ-nin əməkdaşı Rasim Əliyev polis əməkdaşlarının təzyiqinə məruz qalıb.



Ramin Deko (Cəbrayılzadə)

Aprelin 4-də “Azadlıq” qəzetinin müxbiri Ramin Deko (Cəbrayılzadə)  saat 21:10 radələrində redaksiyadan evə gedərkən Milli Elmlər Akademiyasının yanında tanımadığı iki nəfərin fiziki  hücumuna məruz qalıb.  R. Deko bildirdi ki, hücum nəticəsində müxtəlif  dərəcəli bədən xəsarətləri alsa da həmin şəxslərdən qurtula bilib: “Həmin şəxslər mənə bir daha aksiyalarda iştirak etməməyi və “ağıllı” olmağı məsləhət gördüklərini dedilər. Bundan sonra mənə müxtəlif zərbələr endirdilər” deyə jurnalist bildirdi.
R. Deko həmçinin qeyd etdi ki, aprelin 3-də mülki geyimli naməlum şəxslər onu  avtomobilə oturdaraq,  şəhər  kənarına aparıblar və telefonunu əlindən alaraq, “Azadlıq” qəzetində deyil, hökumətyönlü “Yeni Azərbaycan”, “Xalq qəzeti” kimi qəzetlərdə işləməyin daha məqbul olacağını başa salmağa çalışıblar.

“Futbol+” qəzeti

Aprelin 7-də futbol üzrə Azərbaycan çempionatının I divizionunda mübarizə aparan “Bakılı” klubunun prezidenti Misir Əbilov “Futbol+” qəzetinin redaksiyasına basqın edib. Əbilov klubun inzibatçısı Babək Mahmudovla redaksiyaya gələrək qəzetin əməkdaşlarını küçə söyüşləri ilə təhqir edib.

“Turan”

İnformasiya Agentliyi



Aprelin 2-də  (Müxalifətin Bakı şəhərinin mərkəzində mitinq keçirdiyi gün)“Turan” İnformasiya Agentliyinə məxsus olan www.azcontact.az saytının fəaliyyətində müdaxilə olunub. Yalnız 6 saatdan sonra saytın fəaliyyətinin bərpası mümkün olub.

“Trend” İnformasiya Agentliyi

Aprelin 9-da “Trend” İnformasiya Agentliyinin internet səhifəsi  haker hücumuna məruz qalıb. Agentlikdən verilən məlumata görə, “Trend”-in  texniki mütəxəssisləri problemi operativ surətdə aradan qaldırıblar.

Eynulla Fətullayevin ailəsi

Aprelin 9-da “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru, həmin dövrdə həbsdə olan jurnalist Eynulla Fətullayevin ailəsinə onun ölüm  xəbəri və hədəsi ilə zəng edilib. Bu barədə bu jurnalistin atası Emin Fətullayev məlumat verib. Onun sözlərinə görə, dünən  səhər saat 06.40 radələrində ev telefonuna bir qadın zəng edərək, özünü ədliyyə nazirliyinin əməkdaşı kimi təqdim edib və bildirib ki,   oğlu Eynulla Fətullayevi öldürüblər.

Elmin Həsənli 

Aprelin 9-da "Azadlıq" qəzetinin əməkdaşı Elmin Həsənli  Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. "Özünü prokurorluğun əməkdaşı kimi təqdim edən şəxs zəng edərək mənim saat 10.00-da Baş Polis İdarəsində olmağımı istədi. Söhbətindən belə anlaşılırdı ki, o mənim jurnalist olduğumu da bilmirdi. Əvvəlcə adımı dedi, sonra soyadımı soruşdu. Bu gün təyin edilən vaxtda idarədə oldum. Məni prokurorluğun nümayəndəsi qəbul elədi. Məndən 2 aprel günü orada olmağımın səbəblərini, təşkilatçılar barədə suallar verdi. Mən də jurnalist olduğumu və həmin günü orada bir  jurnalist kimi peşə fəaliyyətimi yerinə yetirdiyimi dedim”, - deyə E. Həsənli bildirdi.


Fərqanə Novruzova, Rasim Əliyev, Elmin Həsənli, Samir Kazımlı

Aprelin 8-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşları - Fərqanə Novruzova, Rasim Əliyev  Səbail rayon  Polis İdarəsinin qabağında  çəkiliş apararkən polislərin təzyiqinə məruz qalıblar.  Qeyd edək ki, jurnalistlər   “Azadlıq” qəzetinin siyasi şərhçisi Natiq Ədilovun polisə çağırılmağı ilə bağlı ərazidə çəkiliş aparırdılar.

Belə ki, iki nəfər polis əməkdaşı jurnalistlərə yaxınlaşaraq onları Polis İdarəsinə aparıb. Polis İdarəsində isə özünü sadəcə rəis kimi təqdim edən 38-40 yaşlarında mülki geyimli kişi jurnalistlərə bildirib ki, Polis İdarəsi  binanın qarşısında foto və video çəkilişin yolverilməzdir və bunun üçün mətbuat xidmətinə müraciət etmək lazımdır. Hər iki jurnalist onlara məxsus jurnalist  vəsiqəsinin surəti çıxarıldıqdan sonra sərbəst buraxılıb. Bundan sonra da polislər          Polis İdarəsinin qarşısında gözləyən digər mətbuat nümayəndələrini – “Azadlıq” qəzetinin əməkdaşı Elmin Həsənli, “Yeni Müsavat” qəzetinin əməkdaşı Samir Kazımlı və digər   jurnalistlər də polislər tərəfindən  itələməklə ərazidən   uzaqlaşdırıblar.



Natiq Ədilov

Aprelin 8-də AXCP Mətbuat Xidmətinin rəhbəri və “Azadlıq” qəzetinin siyasi şərhçisi Natiq Ədilov saat 15:00-dan  Səbail rayon Polis İdarəsinə çağırılıb. Polis İdarəsinin qarşında müxalifət partiyaları  və media nümayəndələri də olublar.
Belə ki, Natiq Ədilov axşam saat 20:30-a qədər  polisdə saxlanılıb və sonra sərbəst buraxılıb. Ona  əsasən İctimai Palatanın  2 aprel mitinqi ilə bağlı suallar verilib.

May Rohvedder Strit (My Rohwedder Street), Şarlotta Vijstkörm (Charlotta Wijkström) və Şarli Laprevod (Charlie Laprevote)

Aprelin 17-də İctimai Palatanın “Sahil” bağında keçirdiyi etiraz aksiyası zamanı 3 İsveçli jurnalist mülki geyimli şəxslər tərəfindən saxlanılıb. May Rohvedder Strit (My Rohwedder Street) və Şarlotta Vijstkörm (Charlotta Wijkström) və Şarli Laprevod (Charlie Laprevote) saxlanılıblar. İsveçli jurnalistlər    Azərbaycanda iqtisadi inkişaf fonunda baş verən proseslərlə tanışlıq, eləcə də Azərbaycan-Avropa münasibətləri haqqında İsveç telekanalları üçün reportajlar hazırlamaq məqsədilə Azərbaycana səfər ediblər. Jurnalistlər bir gün sonra Azərbaycandan deportasiya edilib


Elman Abbasov,

Həkimeldostu Mehdiyev və İlqar Nəsobov



Aprelin 22-də  Babək rayon Nehrəm kəndində reportaj hazırlayan RATİ-nin Naxçıvandakı bölgə müxbirləri Elman Abbasova, Həkimeldostu Mehdiyevə və jurnalist İlqar Nəsibova Nehrəm kənd icra nümayəndəsi Təvəkkül Ələkbərov tərəfindən  təzyiq olunub və onların peşə fəaliyyətlərinə maneçilik törədib.

Babək rayon Nehrəm kənd sakini, fermer Zeynalabdin Bağırzadənin şikayəti əsasında kəndə getdiklərini, şikayətçini dinlədikdən sonra  qarşı tərəfin mövqeyini öyrənmək üçün Nehrəm kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyin binasına getdiklərini bildirən müxbir deyib: “ Bələdiyyə və İcra nümayəndəsi eyni binada yerləşir. Bələdiyyə sədrini yerində tapa bilmədik. İcra nümayəndəsinin otağına girmək istədikdə bir neçə polis nəfəri ilə birlikdə icra nümayəndəsi Təvəkkül Ələkbərov otaqdan çıxaraq bizə qarşı aqressiya göstərdi. O bizdən binanı tərk etməyimizi tələb etdi. Səbəb kimi isə rayon rəhbərliyi tərəfindən kəndə girmək üçün icazə almadığımızı göstərdi. Biz isə ona mətbuat haqqında qanunu xatırladaraq kəndə girmək və reportaj hazırlamaq üçün rayon rəhbərliyindən icazə almağa borclu olmadığımızı izah etdik. O, bağıraraq əl-qol hərəkətləri ilə diktofonlarımızı söndürməyi, çəkiliş aparmamağı , təkidlə binanı tərk etməyimizi tələb etdi”, - deyə qeyd edən E. Abbasov onu da qeyd edib  ki, ərazidə polislər olsa da onların işlərinə polislər tərəfindən müdaxilə edilməyib.



Əfqan Muxtarlı

“Yeni Müsavat” qəzetinin məlumatına görə, jurnalistin Zaqatalada yaşayan qohumları redaksiya ilə əlaqə saxlayaraq, polisin evlərinə basqın etdiyini bildiriblər.  Məlumata görə, iki polis mayoru və Aşağı Tala kənd icra nümayəndəsi öncə Ə.Muxtarlının qardaşı Ramazan Muxtarlının evinə gedib. Qardaşını gizlətməmələrini, polisə təhvil vermələrini tələb edib. Daha sonra atasının evinə basqın edərək,  Ə.Muxtarlının atasını təhdid ediblər. Bildiriblər ki, Ə.Muxtarlının Zaqatalaya girişinə qadağa qoyulub və rayona gələcəyi təqdirdə həbs ediləcək. Polislər göstərişin Daxili İşlər Nazirliyindən gəldiyini deyiblər. Nəticədə bir dəfə infarkt keçirən S.Muxtarlının ürəyi tutub və yatağa düşüb.
Qeyd edək ki, İctimai Palatanın 17 aprel mitinqinə sıravi aksiya iştirakçısı kimi qatıldığına görə Əfqan Muxtarlı  bir sutka Səbayel rayon Polis İdarəsində saxlanılıb və məhkəmənin qərarı ilə sərbəst buraxılıb. 

“Demokrat” qəzetinin fotoreportyoru Elçin Hidayət

Aprelin 26-da “Demokrat” qəzetinin fotoreportyoru Elçin Hidayət Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə çağrılıb.
“Polis bölməsində 8 saata qədər oldum. Məni bölmənin  rəisi Cəbrayıl Vəliyev qəbul elədi. 17 aprel mitinqi ilə bağlı sorğu-sual edildim, mitinqin  təşkilatçıları, məqsədləri barədə mənə suallar verildi”, - deyə E. Hidayət bildirib.

Ramin Deko (Cəbrayılzadə), Samir Kazımlı

Aprelin 28-də Bakı Şəhər Baş Polis İdarəsi qarşısında dayanıb AXCP sədri Əli Kərimlinin idarədən çıxmasını gözləyən partiya üzvləri və jurnalistləri polis ərazidən uzaqlaşdırıb.  “Azadlıq” qəzetinin müxbiri Ramin Deko (Cəbrayılzadə) və “Yeni Müsavat” qəzetinin müxbiri Samir Kazımlı post patrul maşınına mindirilərək ərazidən uzaqlaşdırılıb.

”Polis əvvəlcə ərazidə toplaşan partiya fəallarını polis idarəsinin qarşısından uzaqlaşdırdı. Bizi də uzaqlaşdıranda dedik ki, biz jurnalistik informasiya əldə etmək üçün burda dayanmışıq Əli Kərimlinin polis idarəsindən çıxmasını gözləyirik. Polislər dedi ki, adamlar sizdən şikayətçidirlər . Biz buna etiraz etdik, bundan sonra bizi post patrul maşınına mindirib aparın Cavanşir körpüsünün yanında düşürdülər ki, əraziyə yaxınlaşmayın”, - deyə jurnalist Ramin Deko (Cəbrayılzadə) bildirib.



Esmira Cavadova,

Pərvanə Bayramova, Əbülfət Namazov və Fərqanə Novruzova



Mayın 4-də Sumqayıt şəhər Məhkəməsində cənc fəal Cabbar Savalanlı barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Hökm elan olunduqdan sonra AXCP Gənclər təşkilatının bir neçə üzvü və digər gənclər məhkəmənin qarşısında “Azadlıq!”   şüarlar səsləndirməklə bu qərara etiraz ediblər.

Qabaqcadan əraziyə toplaşan 100 nəfərdən artıq polis və mülki geyimlilər isə  bundan sonra gənclərə, habelə jurnalistlərə qarşı hücuma keçiblər. Hadisə zamanı peşə fəaliyyətini yerinə yetirən media nümayəndələri də polis zorakılığına məruz qalıblar. Belə ki, “Azadlıq” radiosunun əməkdaşı Esmira Cavadova, “Turan” informasiya Agentliyinin əməkdaşı Pərvanə Bayramova və “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşları - Əbülfət Namazov və Fərqanə Novruzova polislərin fiziki təzyiqinə məruz qalıblar. Polislər “Azadlıq” radiosunun əməkdaşı Esmira Cavadovanın kamerasını əlindən alıblar və az sonra özünə qaytarıldıqda orada olan bütün çəkilişlərin  silinməsi məlum olub.



Qalib Həsənov

Mayın 5-də Gəncə şəhər Nizami rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə orduda xidmətdən yayınmaqda ittiham olunan gənc fəal Bəxtiyar Hacıyevin işi üzrə təyin olunan məhkəmə prosesi keçirilib. Bu prosesi müşahidə etmək üçün gəncə şəhərinə ezam olunan RATİ-nin əməkdaşı Qalıb Həsənov məhkəmə binası qarşısında təzyiqə məruz qalıb. Qalib Həsənov iradəsinə zidd olaraq polislər tərəfindən  polisə bölməsinə aparılıb və orada video kamerası, habelə kameradakı kasetə heç bir əsas olmadan və heç bir prosedura uyğun olmayan tərzdə yoxlanılıb. Daha sonra isə o sərbəst buraxılıb.

Etimad Budaqov, Tural Həsənli, Zülfiyyə Sakitqızı (Zahidova) və  Vüqar Huseynov 

Mayın 6-da Təhsil Nazirliyinin qarşısında ötən ilin noyabrında məktəblərdə hicaba qadağa qoyulmasına etiraz olaraq keçirilən aksiyada peşə fəaliyyətini yerinə yetirən bir qrup jurnalist polisin fiziki təzyiqinə məruz qalıblar. Belə ki, “Turan” informasiya agentliyinin əməkdaşı Etimad Budaqov, “Yeni Müsavat” qəzetinin əməkdaşı Zülfiyyə Sakitqızı (Zahidova), “Fakt Xəbər” portalının əməkdaşları  - Tural Həsənli və  Vüqar Huseynov  peşə fəaliyyətini yerinə yetirdikləri zaman mülki və polis geyimli şəxslərin təzyiqilə üzləşiblər. Z.Sakitqızının fotoaparatı əlindən alınaraq aparılıb, Tural Həsənlinin fotoaparatı isə əlindən salınaraq sındırılıb.

“Xural” qəzeti redaksiyası

Mayın 13-də  məhkəmə icraçıları prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyeva kompensasiya ödənilməsi haqqında məhkəmə qərarının icrasını təmin etmək məqsədilə “Xural” qəzetinin əmlakını siyahıya alıblar.

Qəzetin redaktoru Əvəz Zeynallının RATİ-yə verdiyi məlumata görə, məhkəmə icraçıları Mehdiyevə 10 min manat ödənilməsinin icrasını tələb edirlər.  Zeynallı isə  redaksiyanın bu qədər vəsaitinin olmadığını bildirir. Bir gün öncə isə məhkəmə icraçıları Zeynallının yaşadığı mənzilə gedərək mal və mülkünü siyahıya almışdılar.

Xatırladaq ki, “Xural” qəzetinin 23 may 2010-cu il tarixli sayında “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı!!! Prezident Administrasiyasının rəhbəri nədən Şəki camaatını və icra başçısını cəzalandırmalı oldu?” başlıqlı məqalədə yazılanların  təkzib edilməsi, üzr istənilməsi və mənəvi zərərə görə 10.000 (on min) manat pul tutularaq, Binə qəsəbəsində yerləşən ”Ümid yeri ” Uşaq Evinə köçürülməsi barədə iddia qaldırmışdı. Nərimanov Rayon Məhkəməsində hakim Rasim Kazımovun sədrliyi ilə keçirilən prosesdə Ramiz Mehdiyevin iddiası tam təmin edilib. Sentyabrın 1-də Bakı Apellyasiya Məhkəməsi Nərimanov rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.


Həkimeldostu Mehdiyev və Elman Abbasov

RATİ-nin Naxçıvandakı bölgə müxbiri Elman Abbasov və Həkimeldostu Mehdiyev rayon ərazisinin Ermənistan tərəfindən atəşə tutulmağı ilə bağlı vəziyyəti ətraflı Sədərək rayonunun eyni adlı kəndində olublar. Onlara  atışma zamanı mərmi dəymiş evə baş çəkiblər yerli əhali ilə söhbətləşiblər.
Habelə baş verənlərlə münasibət öyrənmək üçün müxbirlər Sədərək Rayon  İcra Hakimiyyətinin Başçısı Abasqulu Abbasovla telefon vasitəsi ilə əlaqə saxlayıblar. İcra başçısı məsələyə aydınlıq gətirmək əvəzinə jurnalistləri hədələyib. “Sizə kim icazə verib ki, oraya gəlmisiniz, heç kim atəş açmayıb. Onu deyənlər yalan deyir. İndi mən özüm gəlirəm oraya. Sizi sürüyüb məhv edəcəm, Sədərəyi sağ tərk edə bilməyəcəksiniz. Bu dəqiqə polis göndərirəm”,  - deyə rayon icra hakimiyyətinin başçısı jurnalistləri hədələyib.

İdrak Abbasov

Mayın 16-da “Ayna” və “Zerkalo” qəzetlərinin müxbiri İdrak Abbasov Nərimanov Rayon Polis İdarəsinə çağırılıb. Özünü idarənin müstəntiqi kimi təqdim edən şəxs jurnalistdən saat 16.00-da idarədə olmağı, əks təqdirdə onun zorla polisə aparılacağını bildirib. Jurnalist “Media forum” saytına açıqlamasında deyib: “Zəng edən şəxs bildirdi ki, 6 may dindarların aksiyasına görə yaradılmış istintaq qrupunun müstəntiqidir və məndən izahat almalıdır. Qeyd etdim ki, çağırış vərəqi yollayın və mən də hara və nə üçün çağırıldığımı bilim. Ya çağırış vərəqi yollanılacağını, yada arxamca polis əməkdaşı göndəriləcəyini dedi”, - deyə qeyd edən jurnalistə sonradan çağırış vərəqəsi yollanmayıb və o polisə də aparılmayıb.

Emin Milli (Abdullayev)

Blogger, keçmiş siyasi məhbus Emin Milli (Abdullayev) iyun ayının 10-da  xarici  səfərə  gedərkən Heydər Əliyev adına hava limanının sərhəd keçid məntəqəsində saxlanılıb. Bu barədə bu gün (13 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  E. Millinin özü məlumat verib.

“Britaniyada  “Con smik” adlı  proqram  var.  Həmin proqrama qəbul olduğum üçün bir ay müddətinə  Böyük Britaniyaya getməli idim. Ancaq məni sərhəddən buraxmadılar. Sərhəddə mənə dedilər ki, Ədliyyə Nazirliyindən mənim şərti azadlığa buraxılmağım bildirilib və bu səbəbdən mənə ölkəni tərk etmək olmaz”, - deyə E.Milli qeyde edib. Amma bir gün sonar bloggerə ölkəni tərk eləməyə icazə verildi.



Həkimeldostu Mehdiyev

İyunun 14-də Naxçıvan Muxtar Respublikasının Sədərək sərhəd keçid məntəqəsinin gömrüyündə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Həkimeldostu Mehdiyev döyülüb. Bu barədə jurnalistin özü məlumat verdi.

“Mən Türkiyədən bacım oğlunun toyunda istifadə etmək üçün bir qədər toyuq və sərinləşdirici içki alıb gətirmişəm. Gömrükdə mənə heç bir izahat vermədən mallarımı alıb müsadirə elədilər. Buna etiraz edəndə isə Gömrüyün rəis müavini Bəxtiyar müəllim məni təhqir etdi. Habelə o gömrüyün süpürgəçisi olan, adını bilmədiyim kişiyə məni yumruq və su butulkası ilə vurmağa təhrik etdi. Aldığım zərbələrdən nəfəs ala bilmirəm”, - deyə jurnalist qeyd etdi.



Amanda Erikson,
Silya Devis


İyunun 15-dən 16-a keçən gecə axşam saat 00.15-20 radələrində Milli Dram Teatrının yaxınlığında amerikalı jurnalist Amanda Erikson və britaniyalı hüquq müdafiəçisi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Silya Devis döyülüb. İdmançı bədən quruluşuna malik 4 nəfər kişi xanımların üzərinə hücum çəkib və heç bir izahat vermədən onları döyməyə başlayıblar. Hadisədən əvvəl xanımlar bu şəxslərin onları izlədiyini bildirmişdilər. Nəticədə xanımlar ciddi zədələr alıblar. RATİ əməkdaşı Silya Devisin sol qolu da sınıb. Erikson və Devis yerli QHT-lərlə (RATİ) əməkdaşlıq etməklə bərabər jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirirdilər. Amanda Erikson həmçinin “Vaşinqton post” və “Nyu-York tayms” qəzetləri ilə də əməkdaşlıq edir.

Əvəz Zeynallı

İyunun 27-də “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Binəqədi Rayon Polis İdarəsinin rəisi Ağalar Məhərrəmov tərəfindən hədələnib. Baş redaktor bildirdi ki, qəzetin 26 iyun tarixli sayında “Polis rəisini otağında döydülər!!!” başlıqlı yazıda Binəqədi Rayon Polis İdarəsinin rəisi Ağalar Məhərrəmovun yüksək çinli məmurların rayonda fəaliyyət göstərən obyektlərinə haqq qoyduğuna dair məlumatlar yazılıb və buna görə də polis rəisi onu telefonda hədələyib.

Diana Markosyan

İyunun 28-də “Bloomberg” agentliyinin fotomüxbiri Diana Markosyan Azərbaycandan İstanbul reysi ilə uçan təyyarə vasitəsilə deportasiya edilib. Fotomüxbir iyunun 28-nə keçən gecə Bakıya gəlib. Markosyanın ikili vətəndaşlığı var – o Amerika və Rusiya vətəndaşıdır. Bakıya Rusiya pasportu ilə gəlib. O yalnız erməni əsilli olduğu üçün saxlanılıb və deportasiya edilib.

Öz növbəsində, Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov “Turan” İnformasiya Agentliyinə bu jurnalistin akkreditasiyası olmadığını deyib. Onun sözlərinə görə, bir müddət əvvəl Azərbaycan XİN-ə ”Bloomberg” agentliyinin nümayəndəsi Maykl Smiti akkreditə etmək xahişi ilə müraciət daxil olub. Bu xahiş təmin edildikdən sonra Smiti fotomüxbir Diana Kazaryanın (XİN-ə daxil olan müraciətdə fotomüxbirin soyadı məhz belə göstərilmişdi) müşaiyət edəcəyi haqqında məktub daxil olub.“Bloomberg” agentliyinə göndərilən rəsmi cavabda ya Kazaryanın akkreditasiyası haqqında müraciətə baxılması üçün səfəri təxirə salmaq, yaxud başqa fotomüxbir göndərmək təklif edilmişdi ki, qısa vaxt ərzində Kazaryan üçün təhlükəsizlik tədbirlərini təmin etmək mümkün deyil. Lakin “Bloomberg” Azərbaycan XİN-in bu rəsmi bildirişini diqqətə almayıb. Hazırda Maykl Smit artıq Bakıdadır və onun işi üçün heç bir maneə yoxdur”, - deyə o, əlavə edib.




QEYD: Yuxarıdakı məlumatlar RATİ-nin apardığı monitorinqlərin, araşdırmaların və zərərçəkən subyektlərin verdikləri məlumatların əsasında hazırlanıb.

Dostları ilə paylaş:
1   2   3
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə