Yataqların ehtiyatları və onların
hesablanması
Yataqlarda neft, qaz və kondensat yığımlarının həcmi onları xalq təsərrüfatı baxımından qiymətləndirməyə imkan verir. Odur ki, ayrı-ayrı layların və bütövlükdə mədənin ehtiyatları haqqında məlumatların alınması ən vacib problem kimi qiymətləndirilməlidir. Problemin həlli müxtəlif çətinliklərlə qarşılaşır. Belə ki, flüidlərin toplandığı geoloji mühit hər hansı bir həndəsi formaya uyğun gəlmir, daxili quruluşu isə lay parametrlərinin müxtəlifliyi və tektonik qırılmalarla səciyyələnir. Lakin yatağın axtarış və kəşfiyyat işlərinin sonunda belə ən vacib elementlər haqqında ətraflı məlumatlar olmur. Belə şəraitdə lay flüidlərinin ehtiyatlarını hesablamaq üçün müvafiq elm sahələrinin, o cümlədən, geologiya, geofizika, riyazi statistika, ehtimal nəzəriyyəsi və s. imkanlardan geniş istifadə edilir.
Neft ehtiyatları
Neft ehtiyatının hesablanmasında ən çox istifadə edilən metod həcm üsuludur. Bu üsul məsaməli həcmdə neftin toplanması xarakterinə əsaslanmışdır.
Q = F·h·m·β·ρ·θ
Yataqların çıxarılabilən neft ehtiyatının hesablanması
Qeyd olunduğu kimi, nefti digər faydalı qazıntılardan fərqləndirən əsas göstəricilərdən biri onun ehtiyatının tam realizə edilə bilinməməsidir. Ən müasir texnologiyanın yataqların ideal təbii şəraitində tətbiqi onların ilk (balans) ehtiyatının 60-70% - dən artıq hasil edilməsinə imkan vermir.
Laylarda toplanmış neftin ümumi miqdarından onun realizə oluna bilən hissəsi – yataqların çıxarılabilən neft ehtiyatı adlanır.
Yatağın çıxarılabilən ehtiyatının onun balans ehtiyatına nisbəti son neftvermə əmsalı ilə ifadə olunur.
Bu göstəricinin qiymətinin etibarlı təyin edilməsi üçün müxtəlif üsullar təklif olunmuşdur.
Qaz ehtiyatları
Yataqlarda qaz yığımlarına əsasən iki formada rast gəlinir: sərbəst və neftdə həll olunmuş şəkildə. Qaz yığımları strukturda sərbəst formada və ya neft yatağının üst hissələrində yerləşə bilər.
1. Sərbəst qaz ehtiyatlarını hesablamaq üçün əsasən iki üsuldan istifadə edilir: həcm və təzyiq düşküsü.
a) həcm üsulu. Adından göründüyü kimi üsul qazın hər hansı bir layının həcminin miqdarını göstərir. Lakin burada neftdən fərqli olaraq bəzi spesifik parametrlər nəzərə alınmalıdır. Belə ki, lay həcmində qazın ehtiyatı həmin layın təzyiq və temperaturundan da əsaslı surətdə asılıdır.
V = S · h · m · f ·(P·α – Pson·αson)·βq · ηq , burada
b) təzyiq düşküsü üsulu. Üsul qaz yatağının bilavasitə işlənilmə prosesində tətbiq olunur, yəni işlənilmənin ilk dövründə (Q1) və bir müddət keçdikdən sonra hasil edilmiş qazın həcmləri (Q2) və bu dövrlərə müvafiq lay təzyiqlərinin (P1 və P2) qiymətlərinin müqayisəsinə istinad edir:
Q =
Belə olduqda yatağın qalıq qaz ehtiyatını hesablamaq olar.
V =
ƏDƏBİYYAT
B.Ə.Bağırov- Neft-qaz mədən geologiyası- bakı-2011
Dostları ilə paylaş: |