Yaxşı vaxt keçirdik, dostlar deyirdilər



Yüklə 49,5 Kb.
tarix10.01.2022
ölçüsü49,5 Kb.
#106166
növüDərs

Pako və Tako yoldaşları ilə birlikdə məktəbə gedirlər. Toko və Tako öz müəllimlərini, Anna müəlliməni çox sevirlər. Birinci dərs məhz Anna müəllimənin dərsidir. Pako da Toko və Takonun sinif yoldaşıdır. O da Anna müəlliməni çox sevir. Məktəbdə hər həftə oxu günü keçirilir. Bu gün müəllim “Bremenli musiqiçilər” kitabını oxudu. “Bremenli musiqiçilər” it, xoruz, eşşək və pişik haqqında hekayədir. Heyvanlar Bremenə gedib musiqiçilik etməyi qərara alırlar. Pako, Tako və Toko Bremenli musiqiçilərin kitabını çox bəyəndilər. Onlar eləcə musiqiçilərin və ansamblın yaradılması ideyasını çox bəyəndilər. Pako, Tako və Toko “Balaca musiqiçilər” ansamblını yaratmağı qərara aldılar. Pako, Tako və Toko həqiqətən də məktəbdə “balaca musiqiçilərin debüt” konsertini planlaşdırdılar. Konserti məktəbin bütün şagirdləri dinlədilər. Konsertin hazırlanmasında şagirdlərə Anna müəlimə yardım etdi. Konsertlərə valideynlər də dəvət olundular. Konserti hamı çox bəyəndi. Valideynlər Takoya və Anna müəlliməyə güllər də verdilər. Tamaşaçılar balaca musiqiçiləri xeyli alqışladılar.

- Yaxşı vaxt keçirdik, - dostlar deyirdilər.

- Afərin sizə! - valideynləri övladlarını həvəsləndirdilər.

- Yenə də belə bir konsert keçirək! - müəllimlər balaca “musiqiçilərlə” razılaşırdılar.



Tako, Toko və Pako öz konsertlərindən çox razı qalmışdılar. “Bremenli musiqiçilər”-dən güclü “balaca musiqiçilərik!”, - dostlar bir-birini həvəsləndirirdi.
Yüklə 49,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin