Yazı" müsabiqəsi Mən 8-ci sinifdə "Şərt operatoru"



Yüklə 19,15 Kb.
tarix21.10.2017
ölçüsü19,15 Kb.
#8216
növüYazı

Ən yaxşı yazı” müsabiqəsi

Mовальная выноска 5ən 8-ci sinifdə “Şərt operatoru” mövzusunu keçərkən təlim üsulları olan beyin həmləsi və müzakirə üsullarından istifadə etdim. Bu mövzuda mənim məqsədim şərt operatorundan istifadə etməklə şagirdləri Python proqramlaşdırma dilinin əsas parametrləri ilə tanış etmək, bu parametrlərdən istifadə qaydalarını izah etmək və sərbəst proqram tərtib etməkdir. Bunun üçün mən təlim forması olan kiçik qrup və böyük qruplarla iş apardım, həndəsi fiqur, iş vərəqi, dərslik, İKT resurslarından istifadə etdim.Tədqiqat aparmaq üçün tapşırıqları əsasən riyaziyyat fənni ilə inteqrasiyasını qurdum. Motivasiyanı isə şəkil üzərində şagirdlərə təqdim etdim.




Verilmiş şəkildə cümləni tamamlanmamış formada qururam. Əgər ... onda ... əks halda... anlayışlarından istifadə etməklə nöqtələrin yerində şərt operatorunun üstünlüyünü göstərirəm. Şagirdlər kollektiv şəkildə motivasiyadan mövzunun şərt operatoru olduğunu və bu operatorun budaqlanan alqoritmə aid olduğunu tapmış olurlar. Tədqiqat sualı kimi “Şərt operatoru Python dilində necə ifadə edilir?” sualını verirəm və bunun əsasında tədqiqat aparılır. Tədqiqatın aparılması üçün şagirdlər kiçik qruplara bölunür. Şagirdlər verilmiş məsələləri böyük həvəslə yerinə yetirirlər. Çünki verilmiş məsələlər dərslərində və həyatda tez-tez istifadə etdikləri məsələlərdir.

Birinci tapşırıqda deyilir ki, klaviaturadan 1n99999 aralığında ixtiyari natural ədəd daxil edilib. Həmin ədədin neçərəqəmli olduğu ekranda göstərilsin. Artıq bu misalda şagirdlər başa düşürlər ki, bu birrəqəmli ədəd ilə beşrəqəmli ədəd arasında olan ədədlərdir.Və şagirdlər misalı proqramda tərtib etmək üçün if və print operatorlarından istifadə edirlər. Bu nisbətən zəif olan qrup üçün nəzərdə tutulmuş proqramdır.

İkinci qrupa isə verilmiş üçbucağın sahəsini tapan poqramı tərtib etmək tapşırılır. Bu proqramı riyazi biliyi güclü olan qrupa verirəm.

равнобедренный треугольник 3равнобедренный треугольник 2


равнобедренный треугольник 1 6 8 5 5 4 1

2

10 6


Burada üçbucağın sahəsini tapmamışdan öncə verilmiş tərəflərin həqiqətən də üçbucağın xassəsini ödədiyini şagirdlər müəyyənləşdirməlidirlər. Əgər üçbucaq bərabərsizliyi xassəsi ödənirsə onda bu üçbucağın sahəsi tapılsın, əks halda əgər ödənmirsə “Həlli yoxdur .” cümləsi ekranda çıxarılsın.

Uşaqlar proqram qurarkən şahidi olurlar ki, bu məsələ üçün qurduqları proqram təkcə verilmiş məsələ üçün deyil, bu tipdən olan bütün məsələlər üçün ödənilir.

Bu, zaman baxımından da şagirdlərə daha tez bir zamanda məsələnin həllini tapmağa kömək edir.Verilmiş üç fiqurdan ilk ikisinin üçbucaq bərabərsizliyi şərtini ödədiyini və onların sahəsini tapmaq mümkün olduğunu, amma üçüncü fiqurun üçbucaq bərabərsizliyi şərtini ödəmədiyi nəticəsinə gəlirlər.Və şagirdlər həm proqram qurmağı öyrənirlər, həm də vaxta qənaət etmiş olurlar. Çünki, üç məsələnin həlli bir proqramda tapılır.

Üçüncü qrupa isə şagirdlərə aşağıdakı yaş dövrlərinə uyğun proqram tərtib etmək tapşırılır: çağalıq və körpəlik dövrü (0-3 yaş); məktəbəqədər dövr (3-6 yaş); kiçik məktəbli dövrü (6-10 yaş); yeniyetməlik dövrü (10-15 yaş); gənclik dövrü (15-30 yaş); yetkinlik dövrü (30-60 yaş); ahıllıq dövrü (60-75 yaş); qocalıq dövrü (75-90 yaş); uzunömürlülük dövrü (90-150 yaş).

Verilmiş tapşırığa uyğun proqramı tərtib edərkən şagirdlər həm yaş dövrləri haqqında məlumat əldə edirlər, həm də bu tapşırıq üçün print və if operatorunun Python dilində nə qədər önəmli olduğunu görmüş olurlar. Bu proqramı bilik səviyyəsinə görə nisbətən zəif qrupa verirəm.

Dördüncü qrupa isə aşağıdakı verilmiş məsələyə uyğun proqram tərtib etməyi tapşırıram:

Əgər alıcı mağazadan 100 manat ilə 250 manat arasında alış-veriş edibdirsə, onda alıcıya 40% endirim edilsin və kassaya nə qədər ödəyəcəyi hesablansın.

Əks halda, əgər alıcı 250 manatdan çox alış-veriş edibdirsə, onda 50% endirim edilsin və kassaya nə qədər ödəyəcəyi hesablansın. Əks halda, əgər 100 manata qədər alış-veriş edibdirsə, onda heç bir güzəşt edilməsin.

Bu məsələdə hər bir şagirdin sevdiyi gəzinti alış-verişdən söhbət gedir. Bunun üçün də şagirdlər bu məsələni həll edərkən gözlərində həmin alış-verişi canlandırırlar. Və bu da onlara daha tez bir zamanda məsələnin həllini tapmağa sitimul verir. Bu tapşırığı riyazi biliyi güclü olan qrupa verirəm.

Tapşırıqlar müzakirə olunandan sonra hər qrupa test verirəm.Testi tərtib edərkən alqoritmin təsviri üsullarından- blok sxemdən, alqoritmik dildən istifadə edirəm. Bu testlərin əsasında şagirdlər başa düşürlər ki, hər hansı bir proqram qurmaq üçün ilk öncə sözlə təsvir, sonra blok-sxem, daha sonra alqoritmik dildən istifadə etməlidirlər.

Beləliklə, artıq şagirdlər şərt operatorunu mənimsəmiş olurlar.

Əgər şərt doğru olarsa birinci fraqment yerinə yetirilir, əks halda əgər şərt yalan olarsa onda ikinci fraqmentin yerinə yetirildiyini praktik cəhətdən öyrənirlər. Şərt operatorundan istifadə etmək üçün testlərdə və proqramda >,<, <=, >=,== münasibət əməllərindən daim istifadə edildiyinin bir daha şahidi olurlar.

Yaradıcı tətbiqetmədə şagirdlərə kvadrat tənliyin köklərini tapmaqla proqram tərtib etməyi tapşırdım. Burada onların Kvadrat tənlik mövzusu ilə əlaqəli çətinliklərini gördüm və fikirləşdim ki, əgər bu tip misalların həllini proqramda qursalar həm daha əyləncəli olar, həm də kvadrat tənliyin düsturlarını mənimsəmiş olarlar. Şagirdlərə bildirirəm ki, kvadrat tənliyin həllini tapmaq üçün şərtləri nəzərə almaq lazımdır. Burada diskriminantın üç halını proqramda nəzərə almağı tapşırıram. Əgər D>=0 olarsa tənliyin kökü var, əks halda əgər D<0 olarsa tənliyin kökü yoxdur.

Beləliklə, şagirdlər Python proqramlaşdırma dilində şərt operatoru vasitəsilə proqram qurmağı öyrəndilər. Burada alqoritmin kütləvilik xassəsinin tam ödəndiyinin şahidi oldular. Çünki bu məsələlərdə təkcə bir məsələ üçün deyil, bu proqram vasitəsilə kvadrat tənliyə aid bütün məsələri həll etmək mümkün olduğunu gördülər. Və bu tapşırıq əsasında şagirdlər təkcə Python dilində hazır verilmiş proqramı yox, özlərinin də proqram tərtib edə biləcəklərinin şahidi oldular. Python dilində proqram qurarkən bu operatorların nə dərəcədə əhəmiyyətli olduğunu, ən əsası riyazi hesablamaların qələmlə deyil, proqram vasitəsilə həllini tapmağı öyrəndilər. Nəticədə, şagirdlər həm müasir dövrümüzdə lazım olan proqramları kompüterdə tərtib etməyi öyrəndilər, həm də çoxlu riyazi biliklərə malik oldular.



Müəllim: Camalova Ləman Sevindik qızı

Əlaqə telefonu:0557825142

Şəhər: Sumqayıt

Məktəb: Təbiət elmləri təmayüllü gimnaziya

Vəzifə: İnformatika müəllimi
Yüklə 19,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin