Yazıçı İbrahim bəy Musabəyovun "Neft və Milyonlar Səltənətində"



Yüklə 17,29 Kb.
tarix29.01.2022
ölçüsü17,29 Kb.
#113964
növüYazı
Azərbaycan kino tarixi Filmlər


Qızıl uçurum filmi(1980)

Film yazıçı İbrahim bəy Musabəyovun “Neft və Milyonlar Səltənətində” povestinin motivləri əsasında çəkilmişdir.

Rejissor Fikrət Əliyev

Əsərin müəllifi İbrahim bəy Musabəyov

Ssenari müəllifi Mirzəağa Atəş

Baş rollarda Əliabbas Qədirov-Cəlil

Həmidə Ömərova-Şəfiqə

Hamlet Xanızadə-Lütfəli bəy(onu pozan)

Yelena Qabets-Ağbəniz

Məmmədrza Şeyxzamanov-Qurban

Həsənağa Turabov-Usta Bağır

Sadıq Hüseynov-Əhməd

Şamil Süleymanov-Əziz

Filmin digər adları: Neft və Milyonlar Səltənətində

Filmdə baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin taleyi fonunda cərəyan edir. Yoxsul və kimsəsiz olan Cəlil təsadüf nəticəsində varlı bir neft sahibkarına çevrilir. Təəssüf ki, qəddar, əyyaş neft milyonçusu Lütfəli ilə dostluğu onu müflisləşdirir Zəhmətsiz qazanılmış milyonlar onu yoldan çıxarır, pullarını göyə sovurur, mənəvi iflasa uğrayır. O, tədricən dostlarını, evini, ailəsini itirir, özü də məhv olur... edir. Filmdə varlı neft sahibkarlarının xoş və firavan, yoxsul fəhlələrin isə acınacaqlı həyatı, gecə-gündüz neft mədənlərində işləyib bir parça çörək pulu qazanmaları, bu kimi digər səhnələr tamaşaçıda dövrün ab-havası barədə müəyyən təsəvvürlər yaradır.

*Lütfi Cəlili arvadına təcavüz etmək istəyən yerdə arxadan bıçaqlanır.

Axırlara yaxın Cəlil at arabasında Səfil halda gətirilir. Yolda bu söz deyilir atı sürən. Hayhaynan gələn vayvaynan gedər.

Cəlil axırda daşı qaldıran yerdə ürəyi tutur və ölür.

Filmdə pulun hakim olduğu cəmiyyətin iç üzü, eybəcərlikləri, bu cəmiyyətin insanların həyatına göstərdiyi təsir, onun nümayəndələrinin əxlaq və mənəviyyatındakı ziddiyyətlər öz əksini tapmışdır.

Bissimillah Filmi. (1925)

Rejissor: Abbas Mirzə Şərifzadə

Ssenari müəllifi: Pavel Blyaxin

Rollarda: Mirzəağa Əliyev, Mustafa Mərdanov, İbrahim Azəri və s.

Dini fanatizm əleyhinə təşviqat-təbliğat məqsədilə çəkilmiş film yalançı mollaların törətdikləri cinayətlərdən, yoxsul kəndlilərin başına gətirilən oyunlardan, öz xeyri üçün fırıldaqçı mollalara tərəfdar çıxan yerli bəylərin əməllərindən bəhs edir. Burada Azərbaycan qadınının köhnə adət-ənənələrə qarşı fəal etirazı da öz əksini tapmışdır.

***Filmdə məhərrəmlik görüntüləri xronikal kadrlardır, yəni Aşura günündə Bakıda çəkilib. Aktyor Mustafa Mərdanov isə özlərini döyənlərin arasına qatılmış və kinonun o səhnəsi beləcə quraşdırılmışdır.

Baş Kinolaşdırma İdarəsi (Moskva) filmi yüksək qiymətləndirərək sovetlər ekranına layiq görüb.

Ailənin başçısı Qulunun üzü heç gülmür. Çünki uşaqsız ailənin sevinci az olur. Günlərin birində Qulu arvadı Zeynəbi götürüb kənd mollasının yanına gəlir. Qulu uşaqları olmadığını mollaya deyir. Molla bu işə bir əncam çəkəcəyinə söz verir və deyirki Uşağınız olacaq. Amma məhərrəmlikde qanınızı və ən yaxşı qoçunuzu müqəddəs İmam Hüseynə qurban verməlisiniz!

Daha sonra Quluya tapşırır ki, gələn dəfə arvadını tək göndərsin. Daha sonra Qulu evə gəlib Yusifə oğlu olacağı barədə xəbər verir.

++Digər səhnələrdə biz Qulunun qardaşı Cəfərin neft daşlarında işlədiyini öyrənirik. Cəfərə məktub oxudur dostu. Həmin məktubda yazılıb ki kapitalistlərə qarşı ayaqlanma olacaq hazır olmalısınız və s.



Bir neçə gündən sonra əyyaş molla Zeynəbi qəbul edir. Bu səhnələrdə biz görürük ki molla Zeynəb içəri daxil olmadan əvvəl içki içir, zeynəb otağa daxil olan zaman isə namaz qılmağa başlayır. Molla namaz qıldıqdan sonra onun bədənindən cini qovmaq məqsədilə namusuna təcavüz edir. Məhərrəm ayında Qulunun oğlu olur. Qulu həyətlərindəki yeganə toğlunu mollaya nəzir gətirir. Arzusunun həyata keçməsi münasibətilə Qulu məscidə gedib zəncir vurur, hətta yenicə doğulmuş uşağın başına bir neçə yerdən ülgüc çəkir. Aşura günü körpə ölür. Qulu mollanın yaxasından yapışıb deyir: «Sənin məsləhətinlə körpənin başına ülgüc çəkdik. Körpə də həlak oldu…» Mollanın cavabı qısa olur: «Körpəni sənə Allah vermişdi, Allah da aldı. Allahın məsləhəti belə imiş…»

Bundan sonra Qulunun ailəsində bir sıra hadisələr baş verir. Bisavadlığı və avamlığı ucbatından Qulunun başı bəlalar çəkir. «Ruhani adamlar Allahın yaxın bəndələridir. Onlar Allahın buyruqlarını yerinə yetirənlərdir». Bu sözlərlə kəndlilərin başını qatan kənd mollasının bir gün fırıldaqları aşkara çıxır. Xalq məhkəməsi yaramaz və alçaq işlərlə məşğul olan yalançı mollanın həbs olunması haqqında hökm çıxarır… və Molla 10 illiyinə həbs edilir.
Yüklə 17,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin