Sıra N-si
|
Tədbirlərin adı
|
Məsul olanlar
|
1
|
2
|
3
|
1.
|
Bakı və Gəncə şəhərlərində Nizami yubileyinin hazırlanması və keçirilməsi üzrə qərargah 1992-ci il noyabrın 25-dən “Azərbaycan” mehmanxanasında yaradılsın.
|
Mədəniyyət Nazirliyi,
Yazıçılar Birliyi,
Elmlər Akademiyası
|
2.
|
Şəhərlərin, aeroportun, dəmiryol vağzallarının, habelə yubiley tədbirlərinin keçiriləcəyi yerlərin tərtibatı və bəzənməsi həyata keçirilsin
|
Bakı və Gəncə icra hakimiyyətləri, “Azərbaycan
Hava Yolları”, Konserni,
Azərbaycan Dəmir Yolu
İdarəsi
|
3.
|
Dəvətnamələrin, afişaların, plakatların, konsert proqramları üz qabıqlarının, təqvim planlarının və digər lazımi mətbu məhsulların buraxılışı təmin edilsin.
|
Mədəniyyət Nazirliyi,
Dövlət Mətbuat Komitəsi
|
4.
|
Yubiley tədbirlərinin mətbuatda, televiziya və radioda, digər kütləvi informasiya vasitələrində işıqlandırılması üzrə mətbuat mərkəzi yaradılsın.
|
Azərinform,
Azteleradio şirkəti
|
5.
|
Yubiley tədbirlərinin keçiriləcəyi bütün meydanlarda Nizami Gəncəvinin bədii əsərlərinin, böyük şair haqqında kitabların, broşuraların, bukletlərin, afişaların, plakatların, markaların, konvertlərin, açıqcaların, tətbiqi-sənət məmulatlarının, hədiyyələrin, milli şirniyyatların və respublikada hazırlanan digər məmulatların satışı təşkil edilsin.
|
Ticarət Nazirliyi, Azərittifaq, Rabitə Nazirliyi,
Dövlət Mətbuat Komitəsi
|
6.
|
İştirakçıların qaldıqları və tədbirlərin keçirildiyi yerlərdə onların yemək təmiatı təşkil edilsin
|
Ticarət Nazirliyi,
Azərittifaq
|
7.
|
Mehmanxanalarda və yubiley iştirakçılarının qaldıqları digər yerlərdə, habelə Gəncəyə səfər zamanı və geri qayıdarkən qonaqlara tibbi xidmət təşkil edilsin.
|
Ticarət Nazirliyi,
Azərittifaq
|
8.
|
Təntənəli gecə hazırlansın, səhnənin tərtibatı təşkil
edilsin, Nizami Gəncəvinin portreti, dəfnə yarpağı ilə “850” rəqəmi hazırlansın və M.F.Axundov adına Opera və Balet Teatrında “Nizami” baleti göstərilsin.
|
Mədəniyyət Nazirliyi
|
9.
|
Tədbirlərin keçirildiyi dövrdə yubiley şənliklərinin iştirakçıları qərargahın sifarişlərinə əsasən avtomobil nəqliyyatı ilə, Gəncəyə və geriyə təyyarə biletləri ilə, habelə digər şəhərlərə dəmiryol biletləri ilə təmin edilsinlər.
|
“Azərbaycan Hava Yolları, Konserni, Azərbaycan Dəmir Yolu İdarəsi,
Azəravtonəqliyyat Konserni
|
10.
|
Yubiley iştirakçılarının qarşılanması və “Azərbaycan” mehmanxanasında yerləşdirilməsi təşkil edilsin.
|
Xarici Turizm Şurası
|
11.
|
Təntənəli gecənin aparılması qaydası, rəyasət heyəti, sədrlik edən, məruzəçi, çıxışçılar, habelə keçirilən bütün tədbirlər üçün ssenari hazırlansın.
|
Mədəniyyət Nazirliyi,
Elmlər Akademiyası,
Yazıçılar Birliyi
|
12.
|
Yubiley şənlikləri keçirilən müddətdə asayişin qorunması və hərəkətin təhlükəsizliyi təmin edilsin.
|
Daxili İşlər Nazirliyi
|