1992-ci il noyabrın 28-dən 30-dək Bakı və Gəncə şəhərlərində böyük şair və
mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 850 illiyinin hazırlanması
və keçirilməsi üzrə təşkilati tədbirlər
P L A N I
Sıra N-si
|
Tədbirlərin adı
|
Məsul olanlar
|
1
|
2
|
3
|
1.
|
Bakı və Gəncə şəhərlərində Nizami yubileyinin hazırlanması və keçirilməsi üzrə qərargah 1992-ci il noyabrın 25-dən “Azərbaycan” mehmanxanasında yaradılsın.
|
Mədəniyyət Nazirliyi,
Yazıçılar Birliyi,
Elmlər Akademiyası
|
2.
|
Şəhərlərin, aeroportun, dəmiryol vağzallarının, habelə yubiley tədbirlərinin keçiriləcəyi yerlərin tərtibatı və bəzənməsi həyata keçirilsin
|
Bakı və Gəncə icra hakimiyyətləri, “Azərbaycan
Hava Yolları”, Konserni,
Azərbaycan Dəmir Yolu
İdarəsi
|
3.
|
Dəvətnamələrin, afişaların, plakatların, konsert proqramları üz qabıqlarının, təqvim planlarının və digər lazımi mətbu məhsulların buraxılışı təmin edilsin.
|
Mədəniyyət Nazirliyi,
Dövlət Mətbuat Komitəsi
|
4.
|
Yubiley tədbirlərinin mətbuatda, televiziya və radioda, digər kütləvi informasiya vasitələrində işıqlandırılması üzrə mətbuat mərkəzi yaradılsın.
|
Azərinform,
Azteleradio şirkəti
|
5.
|
Yubiley tədbirlərinin keçiriləcəyi bütün meydanlarda Nizami Gəncəvinin bədii əsərlərinin, böyük şair haqqında kitabların, broşuraların, bukletlərin, afişaların, plakatların, markaların, konvertlərin, açıqcaların, tətbiqi-sənət məmulatlarının, hədiyyələrin, milli şirniyyatların və respublikada hazırlanan digər məmulatların satışı təşkil edilsin.
|
Ticarət Nazirliyi, Azərittifaq, Rabitə Nazirliyi,
Dövlət Mətbuat Komitəsi
|
6.
|
İştirakçıların qaldıqları və tədbirlərin keçirildiyi yerlərdə onların yemək təmiatı təşkil edilsin
|
Ticarət Nazirliyi,
Azərittifaq
|
7.
|
Mehmanxanalarda və yubiley iştirakçılarının qaldıqları digər yerlərdə, habelə Gəncəyə səfər zamanı və geri qayıdarkən qonaqlara tibbi xidmət təşkil edilsin.
|
Ticarət Nazirliyi,
Azərittifaq
|
8.
|
Təntənəli gecə hazırlansın, səhnənin tərtibatı təşkil
edilsin, Nizami Gəncəvinin portreti, dəfnə yarpağı ilə “850” rəqəmi hazırlansın və M.F.Axundov adına Opera və Balet Teatrında “Nizami” baleti göstərilsin.
|
Mədəniyyət Nazirliyi
|
9.
|
Tədbirlərin keçirildiyi dövrdə yubiley şənliklərinin iştirakçıları qərargahın sifarişlərinə əsasən avtomobil nəqliyyatı ilə, Gəncəyə və geriyə təyyarə biletləri ilə, habelə digər şəhərlərə dəmiryol biletləri ilə təmin edilsinlər.
|
“Azərbaycan Hava Yolları, Konserni, Azərbaycan Dəmir Yolu İdarəsi,
Azəravtonəqliyyat Konserni
|
10.
|
Yubiley iştirakçılarının qarşılanması və “Azərbaycan” mehmanxanasında yerləşdirilməsi təşkil edilsin.
|
Xarici Turizm Şurası
|
11.
|
Təntənəli gecənin aparılması qaydası, rəyasət heyəti, sədrlik edən, məruzəçi, çıxışçılar, habelə keçirilən bütün tədbirlər üçün ssenari hazırlansın.
|
Mədəniyyət Nazirliyi,
Elmlər Akademiyası,
Yazıçılar Birliyi
|
12.
|
Yubiley şənlikləri keçirilən müddətdə asayişin qorunması və hərəkətin təhlükəsizliyi təmin edilsin.
|
Daxili İşlər Nazirliyi
|
Dahi Azərbaycan şairi və mütəfəkkiri, dünya ədəbiyyatının klassiki
Nizami Gəncəvinin 850 illiyinə həsr olunmuş yubiley şənlikləri
iştirakçılarının Azərbaycan Respublikasında olmasının
P R O Q R A M I
26-27 noyabr
Yubiley şənlikləri iştirakçılarının Bakı aeroportunda və dəmityol vağzalında qarşılanması, mehmanxanada yerləşdirilməsi, şəhərin görkəmli yerlərinə ekskursuya və tanışlıq
28 noyabr
10.00-11.00 Nizami Gəncəvinin abidəsinə təntənənli şəkildə gül qoyulması mərasimi, Nizami adına Azərbaycan ədəbiyyatı muzeyinə baxılması
11.00-12.00 Elmlər akademiyasında görüş
12.00-13.00 Yazıçılar Birliyində görüş
16.00-17.00 Yubiley şənlikləri iştirakçılarının Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbulu
17.00-18.00 Yubiley şənlikləri iştirakçılarının Azərbaycan Respublikası Ali Sovetinin sədri tərəfindən qəbulu
19.00 Opera və Balet teatrında Nizami Gəncəvinin 850 illiyinə həsr olunmuş təntənəli gecə və Fikrət Əmirovun “Nizami” baletinə baxış
21.00 Azərbaycan Respublikası Hökuməti tərəfindən yubiley iştirakçıları üçün “Gülüstan” sarayında ziyafət
29 noyabr
9.00 Yubiley iştirakçılarının Gəncə şəhərinə uçuşu
10.00 Yubiley şənlikləri iştirakçılarının Gəncə şəhərində qarşılanması, onların “Gəncə” şəhərində qarşılanması, onların “Gəncə” mehmanxanasında yerləşdirilməsi
12.00-14.00 Nizami Gəncəvi məqbərəsinin xatirə kompleksinin açılışı. Poeziya və musiqi bayramı
16.00-19.00 “Ozan” arxitektura abidəsində Nizami Gəncəvinin həyat və fəaliyyəti muzeyində, “Zərrabi” arxitektura abidəsində Nizami poeziya teatrına baxış. XII əsrin Nizami Gəncəvinin “Xəzinə” və A.S.Puşkinin kitabxanaları ilə tanışlıq. Gəncə şəhəri sənət ustalarının konserti
30 noyabr
Yubiley şənlikləri iştirakçılarının Gəncə şəhərindən yola düşməsi.
Dostları ilə paylaş: |