“Praktikal Salyuşns Qrup” MMC şirkəti ştatdankənar şifahi və yazılı tərcüməçilər ilə bağlı vakansiya elan edir.
“Praktikal Salyuşns Qrup” MMC şirkəti öz Müştərilərinə tam hüquq, biznes, konsaltinq və tərcümə xidmətləri göstərən şirkətdir. Hal-hazırda PSG təcrübəli şifahi və yazılı tərcüməçilər axtarır.
Əsas vəzifələr və öhdəliklər:
Tərcümə
-
İngilis, Rus və Azərbaycan dilində keyfiyyətli tərcümələr etmək;
-
Yüksək səviyyədə ardıcıl tərcümə etmək;
-
Təcili sorğuların və son tarixlərin öhdəsindən gəlmək;
-
Zəruri prioritetləri müəyyən edə bilmək;
-
Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqlarına malik olmaq;
-
Düzgün və dəqiq çap etmə bacarıqlarına sahib olmaq;
-
Menecer tərəfindən təqdim edilən sənədlərin düzgün tərcüməsini təmin etmək;
-
Məlumatların məxfiliyini qorumaq məqsədilə etik qaydalara əməl etmək;
Redaktə
-
Yazının ümumi keyfiyyətini yaxşılaşdırmaq məqsədilə sənədi yenidən nəzərdən keçirmək və dəyişmək;
-
Zəruri hallarda cümlələri silmək və ya bütün paraqrafı yenidən yazmaq;
-
Hər hansı aşkar səhvləri düzəltmək;
-
Təcrübə və intuisiyadan istifadə etməklə tərcümənin mənalı olmasını təmin etmək və ikimənalı cümlələrə aydınlıq gətirmək;
-
Sənədləri qeyd edilən səviyyələr üzrə redaktə etmək (Mövzu, ümumi struktur, paraqrafların strukturu, aydınlıq və stil)
Korrektə
-
Orfoqrafiyanı, durğu işarələri səhvlərini və düzgün dil seçimini yoxlamaq;
-
Tərcümə edilmiş sənədin yekun yoxlamasını təmin etmək;
-
Səhifəarası boşluqları düzəltmək və sənədi format etmək.
Tələb olunan ixtisas, təcrübə və bilik:
-
Dilçilik, beynəlxalq əlaqələr, iqtisadiyyat və ya hüquq sahələri üzrə Bakalavr/Magistr dərəcəsi;
-
Beynəlxalq təşkilatlarda yazılı/şifahi tərcümə sahəsində ən az beş il təcrübə;
-
Müvafiq bacarıqlar və praktiki bilik;
-
Peşəkar şifahi və yazılı tərcümə üzrə bilik və bacarıqlar;
-
Ardıcıl tərcümənin fundamental üsulları haqqında bilik və bacarıqlar;
-
Microsoft, Carol Draw, İnternet və digər zəruri proqramları yüksək səviyyədə bilmək.
Müvafiq vakansiyaya uyğun olan şəxslər 30 noyabr 2014-cü il tarixindən gec olmayaraq yazılı şəkildə və ya e-mail vasitəsilə müraciət edə bilərlər. CV-ləri ybaghirova@psg.az ünvanına göndərməyinizi xahiş edirik.
Elektron məktubda müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyinizi xahiş edirik.( Praktikal Salyuşns Qrup MMC-də ştatdankənar şifahi/yazılı tərcüməçi). Əks halda müraciət edən şəxsin namizədliyi nəzərə alınmayacaq.
Nəzərə alın ki, yalnız müvafiq təcrübəyə malik namizədlər bizimlə əməkdaşlıq etmək şansı qazanacaq.
Dostları ilə paylaş: |