BAKI AVRASİYA UNİVERSİTETİ
İxtisas: Azərbaycan dili və ədəbiyyatı
Təhsilin səviyyəsi: Bakalavriat
Təlim forması: Əyani
Müəllimin Soyadı, adı, atasının adı: Fərəh Cəlil
Təhsilalan: B200045 Quliyev Ramazan Rəfael oğlu
Qrup: B02Aze20/02
Fənn: Ədəbiyyatşünaslığa giriş
Fakültə : Filologiya
Mövzu : Nəzm sistemləri
Yazılma forması : Esse
Nəzm — ərəbcədən hərfi mənada vəzni, qafiyəsi və rədifi olan bədii əsər deməkdir. Nəzm əsərlərinin özünün də öz mürəkkəb-daxili və ritmik-struktur qanunauyğunluqları var.
Nəzm nümunələri xalq yaradıcılığı və ədəbiyyat olmaqla olduqca geniş bir arealı əhatə edir. Lap qədimdən nitq yarandığı dövürlərdən ov, əmək nəğmələri, oxşamalar, bayatılar və s. şəkildə şifahi xalq ədəbiyyatı yaranmağa başlamışdır. Sonralar nəzmin bu qolu xalq ozanları, aşıqları sayəsində daha da zənginləşmiş və öz qayda qanunları yaranmışdır. Yazılı ədəbiyyat nümunələri yarandıqdan sonra bu iş daha da təkmilləşmiş müxtəlif xalqların söz adamlarının başqa-başqa dillərdə bədii söz sənətinə verdiyi töhfələr nəticəsində ümumi nizam qnunauyğunluqlarını gözləyən bayatı, rübai, məsnəvi, qəzəl, qoşma, gəraylı və s. növlər yaranmışdır.
Bayatı
Bayatının mənşəçə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. 7 hecalı 4 misradan ibarətdir. 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur. Əsas fikir son iki misrada ifadə edilir. Bayatılar mövzuca rəngarənkdir. Bayatılarda xalqın kədəri, ictimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları ifadə edilmiş, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatılar söylənmişdir.
Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, müxtəlif variantlara düşmüşdür. Sarı Aşıqın bayatıları məşhurdur. Bayatı janrından klassik və müasir yazılı ədəbiyyatda da istifadə edilmişdir. Bir sıra türkdilli xalqlarda da bayatıya uyğun şeirr formaları mövcuddur. Buna İraqda xoyratları misal göstərmək olar. Bayatılar forma və məzmunça müəyyən mənada, çastuşkalara yaxındır. Həzin melodiya və havalara da bayatı deyilir. Bəzi muğam adları (Bayatı Şiraz, Bayatı-kürd, Bayatı-qacar və s) bayatı sözü ilə bağlıdır.
Bayatı folklorun ən geniş yayılmış janrlarındandır. Bayatıların çoxu məzmunca qəmli, kədərli və həzin olur. Qürbət sıxıntısı, ayrılıq, Vətən məhəbbəti ilə bağlı bayatılar daha çoxdur. Məsələn:
Əziziyəm, dilən gəz,
Bağda gülü dilən gəz.
Qürbətdə xan olunca,
Vətənində dilən gəz.
Məhəbbət mövzusunda olan və ictimai məzmunlu bayatılar da var. Bayatı dörd misradan və hər misrası yeddi hecadan ibarət şeir şəklidir: birinci, ikinci və dördüncü misralar qafiyələnir, üçüncü misra isə sərbəst olur. I və II misralar giriş xarakteri daşıyır, əsas fikir son iki misrada söylənilir. Bayatının qafiyə quruluşu bu şəkildədir: aaba. Bayatıların ilk misraları, bir qayda olaraq, "Mən aşiq", "Mən aşiqəm", "Əzizinəm", "Eləmi" sözləri ilə başlanır.
Rübai
Rübai — Şərqdə yazılı ədəbiyyatın geniş yayılmış şeir janrlarından biri.[4] Rübai birinci, ikinci və dördüncü misraları həmqafiyə, üçüncü misrası isə sərbəst qalan dörd misralıq müstəqil əsərdir. Bəzən misralarda həmqafiyə olan sözlərdən sonra rədif də gələ bilər. Dörd misrada bitkin, həm də məna və ideyaca mühüm, dərin fəlsəfi bir fikir ifadə etmək rübaidə əsas şərtdir. Dünya ədəbiyyatında rübainin ən klassik nümunələrini Şərqin dahi mütəfəkkiri Ömər Xəyyam yaratmışdır. Onun fəlsəfi dərinlik və emosional tərzdə yazılmış rübailərində böyük həyat sevgisi, həqiqətpərəstlik, dini mövhumata qarşı üsyankarlıq və s. tərənnüm olunurdu:
Əlimdə olsaydı əgər iqtidar,
Bu köhnə fələki kökündən yıxar,
Təzədən elə bir fələk qurardım,
Ki, hər kəs yaşardı azad, bəxtiyar.
Azərbaycan ədəbiyyatının intibah mərhələsinin ən qüdrətli sənətkarı Məhsəti Gəncəvi də rübai janrında gözəl sənət nümunələri yaratmışdır.
Məsnəvi
Məsnəvi — Şərq, eləcə də klassik Azərbaycan epik şeirində ən geniş yayılmış formalardan biri. "Məsnəvi" ərəb sözüdür, mənası "ikilik" deməkdir.
Məsnəvi formasında yazılmış əsərlərin iki misrası bir beyt adlanır. Hər beytin misraları, müstəqil olaraq, tamamlanmış bir fikri ifadə edir.Məsnəvinin misraları bir-biri ilə eyni qafiyəli olur: aa, bb, cc, çç, və s.Məsnəvi formasında yazılmış əsərlərdə misraların iki-iki qafiyələnməsi şairə öz fikirlərini sərbəst və daha geniş şəkildə ifadə etməyə imkan verir. Amma bu da var ki, bu misralar, yəni beytlər arasında güclü fikir bağlılığı olur.Məsnəvi formasında yazılmış əsərlər həcminə görə müxtəlif olur. Bu, mövzunun əhatəliyindən asılı olur.
Azərbaycan ədəbiyyatında ilk məsnəvi əsər yaradan XII əsrin qüdrətli sənətkarı Xaqani Şirvani olmuşdur. Onun "Töhfətül-İraqeyn" poeması məsnəvi formalı şeirin ilk və ən gözəl nümunəsidir. Nizami Gəncəvinin "Xəmsə"si, Şah İsmayıl Xətainin "Dəhnamə"si, ("On məktub"), Məhəmməd Füzulinin "Leyli və Məcnun"u, "Bəngü-Badə"si ("Tiryək və şərab") və s. məsnəvi formasında yazılmış əsərlərdir.
Qəzəl
Qəzəl – klassik Şərq şeiri növüdür. Qəzəl ərəb ədəbiyyatında yaranıb. Yazılı ədəbiyyatda klassik janrlardan biridir. Lirik növdədir. Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, həmçinin Azərbaycan poeziyasının ən çox işlənən formasıdır. Əruz vəzninin müxtəlif bəhrlərində yazılır. Qəzəl, əsasən, 5-12 beytdən ibarət olur. Qəzəlin ilk beyti mətlə, son beyti məqtə adlanır. (iki misra "beyt" adlanır) Qəzəlin ən yaddaqalan beyti şah beyt və ya beytül qəzəl adlanır. Mətlənin hər iki misrası həmqafiyə olur. Qalan beytlərin isə sonu mətlə ilə qafiyələnir. Məqtədə şair təxəllüs və ya adını göstərir. (Qeyd: Qazi Bürhanəddin qəzəllərində adını verməyib). Qəzəllər, əsasən, məhəbbət mövzusunda olur. Bundan başqa əxlaqi, tərbiyəvi, ictimai-siyasi, fəlsəfi, təbiət mövzusunda ola bilər. Azərbaycan şairləri Nizami, Nəsimi, Füzuli, Saib Təbrizi, Seyid Əzim Şirvani, Mir Möhsün Nəvvab, Natəvan, Həsənəli xan Qaradaği, Şah İsmayıl Xətai fars şairlərindən Sədi, Hafiz, Cami, özbək şairi Nəvai qəzəlin klassik nümunələrini yaratmışlar.
Dostları ilə paylaş: |