Yazılma forması : Esse



Yüklə 18,82 Kb.
səhifə4/4
tarix01.01.2022
ölçüsü18,82 Kb.
#107056
növüYazı
1   2   3   4
NƏZM SİSTEMLƏRİ

Mürəbbe- Şərq ədəbiyyatında lirik şeir şəkillərindən biridir. Dörd misralıq bir neçə bənddən (5-7 ) ibarət əsərdir. Mövzu dairəsi genişdir. Qafiyə quruluşu : aaaa, bbba, ccca, ddda, eeea.

       Müsəbbə- klassik Şərq şeiridir, hər bəndi yeddi misralıdır.mövzusu müxtəlif ola bilir. Qafiyə quruluşu: aaaaaaa,bbbbbba, cccccca, dddddda.

      Müsəddəs-  məhəbbət və gözəlliyə hısr olunan, altılıq formalı şərq şeri şəklidir. Qafiyə quruluşu : aaaaaa, bbbbaa, ccccaa, ddddaa.

      Müsəmmən-yaxın və orta Şərq ədəbiyyatında quruluşca müsəddəs kimi olan, ama bəndləri səkkiz misradan ibarət şeirdir.

      Müsəmmət- ərəb, fars, tacik ədəbiyyatında bir neçə bənddən ibarət  şeirdir. Alti misrali bəndlardən ibarət olub qafiyə quruluşu : aa, aa, ab, cccccb, dddddb şəklindədir.

       Müstəzad- mövzuca qəzəl  və qəsidəyə çox yaxın olan, məhəbbət və gözəllik tərənnüm edən, çox vaxt iyirmi- qirx misra arası yazılan şeir şəklidir. Qafiyə quruluşu : aaaa, bbba, ccaa, ddaa.

       Müxəmməs- Şərq şeir şəkillərindəndir, hər bəndi beş misradan ibarət, bəndlərinin sayı on- on beş ola bilir. Qafiyə quruluşu: aaaaa, bbbba, cccca, dddda.

       Məsnəvi – klassik Şərq şeirinin formalarından biridir. Misraları cüt-cüt qafiyələnən şeir formasına məsnəvi deyilir. Burada iki qoşa misra bir-biri ilə qafiyələnir və tam, müstəqil fikir ifadə olunur. Məsnəvinin bu cür cüt-cüt qafiyələnmiş misralarında dərin, hikmətamiz və fəlsəfi-sosial fikirlər verilir. Azərbaycan ədəbiyyatında məsnəvi şeirinin ilk nümunələrini Xaqani Şirvani yaratmışdır. 



        Dördlük (mürəbbe) – hər bəndi 4 misradan ibarət olan klassik şeir şəklidir. İndi yazıb yaradan müasir şairlərimiz də bu şeir şəklindən istifadə edirlər. Öz zərifliyi, musiqililiyi, ahəngi ilə seçilən dördlüklərin mövzusu da rəngarəng və müxtəlif olur. Dördlük şeirində 1-ci bəndin bütün misraları həmqafiyə olur. Qalan bəndlərdə 1-ci, 2-ci, 3-cü misralar həmqafiyə olur, 4-cü misra isə birinci bəndlə həmqafiyələnir. Adətən, dördlüklərdə ilk bəndin son misrası bütün digər bəndlərin sonunda nəqarət şəklində təkrarlanır.

        Beşlik (müxəmməs) – klassik şeirimizin çox işlənən şəkillərindən biridir. Demək olar, klassik şairlərimizin çoxu bu janrdan istifadə etmişlər. Müxəmməsdən aşıq şeirimizdə də geniş istifadə edilmişdir. məhəbbət, gözəllik, ictimaisosial, fəlsəfi motivlər beşliklərin əsas mövzusu olur. Beşliklərdə ilk bəndin bütün misraları həmqafiyə olur. Digər bəndlərin 1, 2, 3, 4-cü misraları həmqafiyə, 5-ci misra isə ilk bəndlə qafiyələnir.
Yüklə 18,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin