Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,84 Mb.
səhifə18/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   103
Birinci yürüs. 1220-1223-cü illəri əhatə edən və kəşfiyyat xarakteri daşıyan birinci yürüşə 30 minlik qoşuna malik Cəbə və Subatay başçılıq etmişdi. Tarixçi İbn əl-Əsir yazırdı: "monqollar Azərbaycan və Aran vilayətlərinə gəlib, bir ildən də az bir müddətdə onları misli görünməmiş surətdə dağıtdılar, əhalisinin çoxunu qırdılar. Dərbəndə və Şirvana gedərək o tərəfdəki şəhərləri aldılar və oranın padşahı yaşayan qaladan başqa heç bir yer salamat qalmadı." Bu yazı yürüşün ümumi şəkildə təsviridir, ancaq monqollar elə birinci yürüşdə də xalqımızın ciddi müqaviməti ilə qarşılaşmışdı. Hökmdar Atabəy Özbək qaçıb gizlənsə də, ayrı-ayrı şəhərlərin və vilayətlərin əhalisi silahlanaraq işğalçılarla savaşa girməkdən çəkinmirdilər. 1221-ci ildə monqollar Təbrizə üç dəfə basqın etsələr də, əhalinin ciddi müqaviməti ilə rastlaşdıqlanndan və şəhəri tuta bilmədiklərindən paltar və ərzaqdan ibarət bac almaqla kifayətləndilər. Aran hakiminin köməyilə gürcü Baqratuni çarlığının 60 minlik qoşununu məğlubiyyətə uğratdılar. Monqollara tabe olmayan Marağa şəhərini mühasirəyə alıb, ələ keçirdilər və əhalisini qırdılar. Sərabı tutub qarət etdikdən sonra Naxçıvan və Beyləqana saldırdılar. 1221-ci ildə Ərdəbili tutub böyük qırğın törətdilər və şəhərin böyük hissəsini dağıtdılar. Beyləqan əhalisi ilə sülh danışığına gedən nümayəndəni əhali öldürdükdən sonra monqol-tatarlar 1221-ci ilin ramazan ayında şəhəri çətinliklə də olsa, ələ keçirdilər. Qılıncı sıyınb qoca, uşaq, qadın - hamısını qırdılar. Tarixi qaynaqlara görə monqollar, hətta hamilə qadmlann qannlannı yarıb çağalannı öldürürdülər. İbn əl-Əsirin yazdığına görə "şəhərin əhalisinin kökünü kəsdilər."

O dövrdə Aran vilayətinin anası-mərkəzi olan Gəncəyə yürüdülər, ancaq şəhərin əhalisinin çoxluğunu, gürcülərlə olan savaşda mərdlik və şücaət göstərdiklərini, şəhərin müdafiəsinin möhkəmliyini bildikləri üçün oraya yaxın gedə bilmədilər. Adam göndərib, gəncəlilərdən pul və paltar tələb etdilər. İstədiklərini alaraq rədd olub getdilər. Şirvan Dərbəndinə getmək istəyən monqol - tatarlar əvvəlcə Şamaxı şəhərini mühasirəyə aldılar. Monqollar ümumiyyətlə, şəhərlərin mühasirəsi zamanı divardeşən maşınlardan, mancanaqlardan və xüsusi nərdivanlardan istifadə edirdilər. Şamaxı əhalisi mühasirə şəraitində qəhrəmanlıqla savaşdı. Qaynaqlara görə, Şamaxı əhalisi demişdi: “Qılınca sarılmaq lazımdır. Bizə qılıncdan başqa qurtuluş yoxdur, səbr etmək və şərəflə ölmək hər şeydən yaxşıdır". Mühasirə daraldıqca, şəhərin müqaviməti zəiflədi. Şəhəri alan monqollar çoxlu mal, pul qarət etdilər və burada da əhalinin kökünü kəsdilər. 1222-ci ildə Şirvanşahla danışığa gedib, onun göndərdiyi nümayəndələrlə çox güclü müdafiə sisteminə malik olan Dərbənd şəhərinin yanından keçdilər və Şimali Qafqaz düzənliyinə çıxdılar. 1223-cü ildə ruslan əzdilər və bulqar türklərindən yaxşı bir zərbə alıb vətənlərinə geri döndülər. Birinci yürüş kəşfiyyat xarakteri daşısa da, Azərbaycanda kənd təsərrüfatına, sənətkarlığa, ticarətə, şəhər həyatına, bütövlükdə iqtisadiyyata və mədəniyyətə böyük ziyan vurdu və ölkəmizin müdafiə gücünü daha da zəiflətdi.




Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin