Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,84 Mb.
səhifə27/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   103
Şəki hakimiyyəti. Şəki XIII əsrin 20-ci illərin əvvəllərində də Şirvanın tərkibində idi. Şəhəri 2 nəfər-vəzir Səfiəddin və vali Qaşqara idarə edirdi. XIV əsrin 30-cu illərində Hülakü dövlətinin tənəzzülü dövründə Şəki feodalları daxili müstəqillik əldə etdilər. Hakimiyyətə Oyrat sülaləsi gəldi. Həmin vaxtdan Şəki hakimlərinin müstəqillik uğrunda apardıqları mübarizə XIV əsrin son rübündə daha da gücləndi. Teymur ilk yürüşü zamanı (1386-1387) Şəki vilayətinə gəldi, dağlıq ərazilərində yaşayan camaat qarət edildi, Şəki hakimi Seydi Əli Oyrat Teymurun Azərbaycanda olmadığı dövrdə itaətdən boyun qaçırdı (1387-1392). Teymurun 2-ci yürüşü zamanı (1392-1395) bir daha Şəkiyə daxil oldu. Seydi Əli mülkün və əmlakını atıb getdi. Bir müddətdən sonraTeymur qoşun hissələrini Şəkidən Qızıl Ordu üzərinə göndərib, Mahmudabada gəldi və Səmərqəndə qayıtdı.

Teymurun Azərbaycana hakim təyin etdiyi Miranşah 1395-ci ildə Seydi Əlinin müxalif olduğunu güman edib, yoxlamadan Şəkini talan etdi. Seydi Əli gürcü feodalları ilə ittifaqa girib Əlincə qalasına hücum etdi və burada mühasirədə olan Sultan Tahiri azad etdi. Teymurun Əlincə ətrafındakı qoşunu məğlub oldu. Qoşun başçısı Səncər Təbrizə vəziyyəti Miranşaha bildirmək üçün getdi. Miranşah, oğlu Əbu Bəkri qoşunla Şəki üzərinə göndərdi. Döyüşdə Seydi Əli Şəkidə törədilən qarətin intiqamını almaq üçün şəxsən Əbu Bəkrin üzərinə şığıdı. O həlak oldu, lakin Əbu Bəkrin qüvvələri məğlub oldu. Seydi Əlinin oğlu Seydi Əhməd Şəki hakimi oldu. Teymur yenidən Azərbaycana gəldikdə o, Şirvanşah İbrahimin vasitəçiliyi ilə Teymura qiymətli hədiyyələr, 6000 at verdi. Teymur Seydi Əlinin günahını oğluna bağışladı və Seydi Əhmədi Şəki hakimi kimi tanıdı.




Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin