Rusiya-İran müharibəsi. Gülüstan sülhü. Gəncə almandan sonra Rusiya ordusunun Azərbaycamn içərilərinə doğru irəliləməsi Qacar dövlətini qəti addımlar atmağa məcbur etdi. Fətəli şahın Rusiyadan qoşunlarım Cənubi Qafqazdan çıxarmaq tələbi rədd edildi və 1804-cü il iyulun 10-da I Rusiya-Qacar savaşı başladı. Bütün Qafqazı “kafir ruslardan təmizləyəcəyini” bəyan edən Fətəli şah şahzadə Abbas Mirzənin başçılığı altında olan 50 minlik ordunu Araz çayından şimala göndərdi. Bu ordu demək olar ki. Cənubi Azərbaycan türklərindən təşkil olunmuşdu. Mənbələrdə Qacar ordusu Səfəvilər dövründə olduğu kimi türklüyün rəmzi olan Qızılbaş ordusu və yaxud Azərbaycan ordusu adlandırılırdı. Bu ordu ilə rus qoşunlan arasında Eçmiədzin (Üçkilsə) yaxınlığında baş verən döyüşdə ruslar uğur qazandılar. Qəmərlidə baş verən qanlı döyüşdə uğur qazanmayan general Sisianov başda olmaqla rus qoşunları İrəvanın mühasirəsini dayandırıb geri çəkildilər.
Qafqazdakı rus komandanlığının əsas məqsədi nəyin bahasına olursa, olsun Azərbaycanın şimal xanlıqlannm ruslara qarşı Qacar şahzadəsi Abbas Mirzə ilə birləşməsinə yol verməməkdən ibarət idi. Şimal xanlannm bir çoxu onlarla eyni türk soyundan olan Qacarlara doğma münasibət bəsləyir və bir “xilaskar” kimi baxırdı. Ancaq bəzi xanlar Rusiyamn hərbi-siyasi və diplomatik təzyiqlərinin güclənməsi şəraitində “Gəncə faciəsinin” təsiri altında ruslara qarşı açıq şəkildə çıxış etməkdən çəkinirdilər. Bütün bunlarm nəticəsidir ki, 1805-ci ildə Qarabağ hakimi İbrahimxəlil xan, Şəki hakimi Səlim xan Rusiyanın hədə-qorxulu tələbləri qarşısında general Sisianovun Kürəkçay yaxınlığındakı düşərgəsinə gəlməyə məcbur oldular. 1805-ci il mayın 14-də rus komandanı Sisianovla İbrahimxəlil xan arasında müqavilə - “Andlı öhdəlik” bağlandı. 11 maddədən ibarət olan Kürəkçay müqaviləsinə görə Qarabağ xanlığı Rusiyamn tabeliyinə keçir, xan özü və varisləri üzərində Rusiya imperatorunun ali və yeganə hakimiyyətini tanıdığına and içməklə söz verirdi. Xanın və varislərinin xanlıq üzərində hakimiyyəti dəyişməz olaraq saxlanılmahydı. Daxili idarəetmə, məhkəmə və divanxana işləri, xanlıqdan gəlirlərin yığılması xamn səlahiyyətində qalırdı. Şuşa qalasında 500 nəfərlik rus qoşunu yerləşirdi. Xanlıq ildə rus xəzinəsinə 8 min çervon (1 çervon 3,14 manata bərabər idi) bac verməyi öhdəsinə götürürdü. Müqavilənin 10-cu maddəsində andlaşmanın əbədi müddətə bağlandığı göstərilmişdi. 1805-ci il mayın 21-də Kürəkçay da Şəki hakimi Səlim xan da təxminən eyni məzmun daşıyan müqavilə bağlamağa məcbur edildi. Əsas fərq ondan ibarət idi ki, ruslar 500 nəfərlik qoşunun yerləşməsi üçün xanlıqda özləri qala tikməli idilər. Bu şərti əməl etməyən ruslar memarlıq incisi olan Şəki xan sarayını kazarmaya çevirmişdilər. Xanlığın əhalisinin sayı nəzərə alınaraq üzərinə 7 min çervon bac qoyulmuşdu. Qarabağ və Şəki xanlıqlan Rusiyanın razılığı olmadan heç bir dövlətlə əlaqələr saxlaya bilməzdilər. Bu, əslində xanlıqların müstəqil xarici siyasət hüququndan məhrum edilməsi demək idi.
Abbas Mirzə 1805-ci ildə rusları Şimali Azərbaycandan çıxartmaq üçün döyüş əməliyyatlanm davam etdirdi. Şuşa yaxınlığında ruslan məğlubiyyətə uğratsa da, onun Tiflis üzərinə yürüşü uğursuzluqla nəticələndi. Rusların isə əsas məqsədi Şamaxı və Bakı xanlıqlarım ələ keçirmək idi.
Rusların tabe olmaq tələblərini müxtəlif bəhanələr və şərtlərlə rədd edən Şamaxı hakimi Mustafa xan da rus qoşunlarmm hücumu təhlükəsi qarşısında Kürəkçay müqaviləsinin şərtlərini bəzi fərqlərlə təkrar edən “Andlı öhdəliyi” imzalamağa məcbur oldu. 1805-ci il 25 dekabr müqaviləsi ilə Şamaxı xanlığı başqa dövlətlərlə əlaqə saxlamaq hüququndan imtina edir, rus xəzinəsinə ildə 8 min çervon bac verməyi öhdəsinə götürürdü. Rus qoşunlarının Şamaxıda yerləşməsinə Mustafa xan razı olmadığından Cavad məntəqəsində ruslara qala tikmək hüququ verilirdi.
1805-ci ilin yayında rus hərbi donanmasının dənizdən Bakıya hücumu şəhərin müdafiəçilərinin igidliyi və rusların qatı düşməni qubalı Şeyxəli xanın qoşunla köməyə gəlməsi nəticəsində uğursuz oldu.
Rus komandanı Sisianov 1806-cı ilin yanvar ayında Bakı xanlığının Rusiyanın tabeliyi altına keçməsi haqqında çox ağır şərtlərini Hüseynqulu xana göndərdi. Bu şərtlərə görə Bakı xanlığının bütün gəliri Rusiya xəzinəsinə verilməli, Bakı şəhəri tamamilə ruslardan ibarət xüsusi bir idarə orqanının tabeliyinə keçməli, qalada rus toplan və minə yaxın əsgər yerləşdirilməli idi. Amansız, amansız olduğu qədər də şöhrətpərəst general Sisia- novla Bakı hakimi Hüseynqulu xan arasında 1806-cı il fevralm 8-də Bakının Qoşa qala qapısı yaxınlığında görüş zamanı rus generalı xanın yaxın qohumu tərəfindən öldürülərək öz layiqli cəzasını aldı. Bu hadisə Bakımn işğalının qarşısım almasa da, onu bir qədər ləngitdi.
1806-cı ilin yazında Abbas Mirzənin ordusunun Qarabağ istiqamətində ruslara savaş açması mənbələrdə deyildiyi kimi, bir çox Qarabağ əyanlarının qızılbaş qoşununa qoşulmasına səbəb olmuşdu. Gəncə hakimi Cavad xanın qatili mayor Lisaneviç çox ciddi nəzarət altında saxladığı İbrahimxəlil xanın da Qacarlarla birləşmək ehtimalını aradan qaldırmaq üçün böyük bir qətliam törətdi. İbrahimxəlil xan ailə üzvləri və yaxın adamları ilə birlikdə amansızlıqla qətlə yetirildi. Qarabağ xanlığında hakimiyyət omm oğlu Mehdiqulu xana verildi.
Rus zabiti Lisaneviçin vəhşiliyinə cavab olaraq Şəki hakimi Səlim xan 1806-cı ildə Rusiya ilə əlaqələri kəsdi və rus qoşunlanm xanlığmdan qovub çıxartdı. Ancaq ruslar 1806-cı il oktyabrın 22-də Şəki yaxınlığındakı döyüşdə Səlim xanı məğlubiyyətə uğratdılar. Sonra Car-Balakənə yollanaraq oradakı üsyanlan amansızlıqla yatırdılar. Qacarlardan üz döndərib Rusiyamn tərəfinə keçmiş Cəfərqulu xan Xoylu Şəki xanı təyin edildi. Xanlığa gələrkən Xoy əhalisinin bir hissəsini də özü ilə gətirib Şəki şəhərinin ətrafında yerləşdirdi.
1806-cı ildə Abbas Mirzənin Qarabağda, Şəkidə və digər bölgələrdə ruslarla apardığı döyüşlər müvəffəqiyyət qazanmadı. Ruslar isə əksinə 1806- cı ilin iyunun 22-də Dərbəndi, sentyabrın 3-də isə Bakını ələ keçirtdilər. Sonra isə Quba xanlığı tabe edildi.
1808-1809-cu illərdə Abbas Mirzənin ordusu ilə rus ordusu arasında hərbi əməliyyatlar ruslar üçün uğursuz oldu. 1809-cu il Qarababa döyüşündə ruslar məğlubiyyətə uğradılar.
Cənubi Qafqazda rus işğalına uzun müddət seyirçi mövqe tutan Osmanlı dövləti sükutu pozaraq 1806-cı ildə Rusiya ilə müharibəyə başladı.
1807-ci il Gümrü döyüşündə məğlubiyyətə uğradı. 1812-ci ildə Rusiya ilə bağlanan Buxarest sülhünə görə Osmanlı dövlətinin Qafqazdakı sərhədləri dəyişməz qalırdı, ancaq Osmanlı hökuməti Cənubi Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən işğalı faktını tanımalı oldu.
1812-ci ilin əvvəllərində Qacarların Abbas Mirzənin başçılığı altında olan 20 minlik ordusu Qarabağ xanlığına daxil olsa da, burada möhkəmlənə bilmədi. Lənkəran xanlığında mövqe tutan Abbas Mirzənin qoşunu 1812-ci ilin oktyabnn 18-də Aslandüz döyüşündə ağır məğlubiyyətə uğradı. Bu məğlubiyyət həm Birinci Rusiya - Qacar müharibəsinin, həm də Lənkəran xanlığının taleyini həll etdi. Rus ordusu 1813-cü ilin yanvann 1-də Lənkəran qalasını ələ keçirtdi. İngiltərənin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində Rusiya ilə Qacarlar arasında 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində banşıq müqaviləsi bağlandı. 11 maddədən ibarət olan Gülüstan müqaviləsinin şərtlərinə görə hər iki dövlət arasında savaşa son qoyulur (maddə 1), Fətəli şah Qacar Şimali Azərbaycan xanlıqları olan Gəncə, Qarabağ, Şəki, Şamaxı, Dərbənd, Quba, Bakı, Lənkəran, eyni zamanda Dağıstan və Gürcüstanın Rusiya imperatorluğunun tabeçiliyinə keçməsini təsdiq edirdi (maddə 3), Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsus olmalı idi (maddə 5), Qacar dövlətinə gələn rus tacirlərindən gətirdikləri mallara görə 5%-dən çox gömrük alınmamalı idi (maddə 9), Qacar dövlətinin təbəələri olan tacirlərdən də eyni qaydada 5%-lik gömrük tələb olunmalı idi.
Araz çayından şimaldakı Azərbaycan torpaqlarına iddialı olan Qacarlarla işğalçı Rusiya arasında bağlanmış bu ədalətsiz və qeyri-bərabər müqavilə nəticəsində Şimali Azərbaycanın böyük bir hissəsi Rusiya imperiyasının tərkibinə qatıldı. Naxçıvan və İrəvan xanhqlan rus qoşunlan tərəfindən tutulmadığından həmin ərazilərimiz müqavilədən kənarda qaldı. Şimali Azərbaycanın Rusiyamn tərkibinə daxil edilən torpaqlan ilə həmin xanlıqlar arasındakı sərhədlər də Gülüstan müqaviləsi ilə müəyyənləşdirilmişdi.
Dostları ilə paylaş: |