Kütləvi repressiyalar başlandı. 1937-ci ildə xalqa “xəyanətdə”, “əksinqilabi” və “casusluq” damğaları ilə partiya rəhbərləri- R.Axundov, Ə.Qarayev, S.M.Əfəndiyev, Q.Musabəyov, Q.Vəzirov, D.Bünyadzadə güllələndi. Təkcə 1937-ci ildə Azərbaycanda 29 min “xalq düşməni” gullələndi və ya Sibirə sürgün edildi. 1937-38-ci illərdə Azərbaycanın məşhur ziyalılarından H.Cavid, M.Müşfiq, Ə.Nəzmi, Ə.Cavad, T.Şahbazi, S.Mümtaz, S.Hüseyn, B.Talıblı və s. repressiya qurbanları oldular. Kütləvi repressiyaların təşkilində türklərin genetik düşmənləri olan ermənilər, xüsusən Daxili İşlər orqanlarında rəhbər vəzifə tutan Sumbatov-Topuridze, Qriqoryan, Markaryan və b. mühüm rol oynamışdılar. Azərbaycanın 51 rayonundan 31-nin Xalq Daxili İşlər Komissarlığının rayon şöbələrinin rəisləri erməni idi. 1938-40-cı illərdə vaxtilə Azərbaycanın Cənub hissəsindən gəlmiş azərbaycanlıların zorla deportasiya olunması idi.
Dostları ilə paylaş: |