Müstəqillik uğrunda mübarizə. Ermənistanın yerli əhalisi olan azərbaycanlıların deportasiyası və DQMV -dəermənilərin seperatçılıq meyillərinə, mərkəzin xeyir-dua verməsi Azərbaycanda xalq hərəkatının başlamasına səbəb oldu. Belə bir şəraitdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü qorunmasını tələb edən kortəbii çıxışlar baş verdi. Azərbaycanın ilk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda keçirildi.1988-ci il mayın 18-də Azadlıq meydanında Azərbaycan xalqının iradəsini ifadə edən izdihamlı mitinq oldu. İttifaq höküməti xalqın qəzəbini soyutmaq üçün AKP MK-nın birinci katibi K.Bağırov Ə.Vəzirovla əvəz etdi. Ə.Vəzirov fəaliyətini Moskvaya istiqamətləndirdi və bu isə onun siyasətini iflasa uğratdı.