Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,84 Mb.
səhifə80/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   76   77   78   79   80   81   82   83   ...   103
Azərbaycan Xalq Cəbhəsi (AXC). Artıq məlum oldu ki, Azərbaycanın rəsmi dairələri respublikanın ərazi bütövüyünü qorumaq iqtidarına malik deyildir. Belə bir şəraitdə bu vəzifəni yerinə yetirəcək kütləvi ictimai-siyasi təşkilatların yaradılması zəruri oldu. 1988-ci ildə AXC-nin "Müvəqqəti təşəbbüs mərkəzi" yaradıldı.

1989-cu il iyulun 16-da Bakıda yarımleqal şəraitdə AXC-nin təsis konfransı keçirilir. 15 nəfərdən ibarət İdarə heyəti seçildi. Əbülfəz Əliyevin (Elçibəy) AXC-nin sədri seçildi. AXC-nin Nizamnaməsi və Proqramı qəbul edildi. "Hüquqi dövlət və vətəndaş cəmiyyəti" AXC-nin son məqsədi elan edildi.

AXC yarandığı ilk vaxtlar geniş sosial bazaya malik idi.Azərbaycanın rəsmi dairələri bunu nəzərə alıb Moskvaya və Ermənistana təsir göstərmək üçün mitinqlərin və tətillərin keçirilməsinə icazə verdi. 1989-cu il sentyabrın 5-də AXC rəsmən qeydə alındı. AXC-nin fəal iştirakı ilə 1989-cu il sentyabrın 23-də Azərbaycan SSR Ali Sovetinin növbədən kənar sessiyası "Azərbaycan SSR-in suverenliyi haqqında Konustitusiya qanunu "nu qəbul etdi. Bu qanun keçmiş SSRİ-də ilk demokratik meyilli qanun idi.



Qanlı yanvar. 1989-cu ilin sonunda AXC-nin xalq arasında nüfuzu artdı. Bu da qarşıdan gələn seçkidə onun qələbəsini təmin edə bilərdi. AXC-nin özündə böhran başlandı. Digər tərəfdən, respublikada hakimiyyət böhranı başlandı. 1989-cu il dekabrın 31-də Naxçıvan MSSR-də Araz çayı boyunca SSRİ-İran, 1990-cı ilin yanvarında SSRİ-Türkiyə, Biləsuvar və Cəlilabadda SSRİ-İran sərhəd qurğuları dağıdıldı. Ermənistan tərəfdən Azərbaycana hücumlar edirdi. Belə bir şəraitdə AXC hücumların qarşısını almaq üçün özünümüdafiə dəstələrini birləşdirdi və hücumların qarşısını almaq üçün Milli Müdafiə Şurası (MMŞ) təşkil etdi (1990).

1990-cı il yanvarın 13-də Bakıda bir erməni iki azərbaycanlını öldürdü və 13-16 yanvarda erməni talanları oldu. MMŞ bu talanların qarşısını aldı. Halbuki şəhərdə olan 10 min nəfərlik daxili qoşun hissələri fəaliyyət göstərmədi. Heç bir ehtiyac olmadığı halda 1990-cı il yanvarın 15-də SSRİ Ali Soveti Rəyasət Heyyəti "Dağlıq Qarabağ Muxtar Vilayəti və bəzi digər rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında " fərman verdi. 1990-cı il yanvarın 17-də respublika rəhbərliyinin istehfasını tələb edən ümumxalq mitinqi keçirildi. Yanvarın 19-da Naxçıvan MSSR-nin ALİ Soveti Naxçıvan Muxtar Respublikasının SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul etdi. 1990-cı il yanvarın 20-də SSRİ Ali Soveti Rəyasət Heyəti "Bakı şəhərində fövqaladə vəziyyəti tətbiq edilməsi haqqında " fərman verdi. Fərman əhalidən gizləndi. Bu fərmandan Azərbaycan xalqı xəbərsiz idi. Yanvarın 19-da saat 2000-da televizya verlişləri stansiyasının enerji bloku partladıldı və xalq bu barədə məlumat ala bimədi.




Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin