Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,84 Mb.
səhifə83/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   79   80   81   82   83   84   85   86   ...   103
1991-ci il noyabrın 20-də Qarakənd erməni yaşayış məntəqəsi yaxınlığında respublikanın yüksək vəzifəli dövlət xadimləri Rusiya və Qazaxıstan müşahidəçiləri olan vertolyot vuruldu. Noyabrın 26-da AR Ali Soveti Milli Şura haqqında qanuna yenidən baxdı (əvvəl oktyabrın 30-da baxmışdı) və 25 nəfər demokratik blokdan, 25 nəfər digər deputatlardan, cəmi 50 nəfərdən ibarət Milli Şura təsis edildi.

1991-ci il dekabrın 8-də Brest şəhəri yaxınlığında "Viskuli" mehmanxanasında Belorus, Ukrayna respublikaları və Rusiya Federasiyası rəhbərləri "Müstəqil Dövlətlər Birliyi" yaradılması haqqında müqavilə bağladılar və SSRİ-nin beynəxalq subyekti kimi ləğv olunduğunu elan etdilər. 1991-ci il dekabrın 25-də M.S.Qorbaçov SSRİ prezidenti vəzifəsindən istehfa verdi və beləliklə, SSRİ-nin varləğına hüquqi cəhətdən son qoyuldu.

1991-ci il noyabrın 9-da Türkiyə, dekabrın 11-də Rumıniya dekabrın 13-də Pakistan, daha sonra isə İsveçrə, İran, ABŞ, Rusiya Federasiyası və başqa dövlətlər Azərbaycanın dövlət müstəqilliyini tanıdılar. 1991-ci ildə dekabrın 8-də İslam Konfransı Təşkilatına, 1992-ci ilin fevralında İqtisadi Əməkdaşlıq Təşkilatına 1992-ci il iyulun 10-da Avropa Təhlükəsizlik və Əməkdaşlıq müqaviləsinə qoşularaq Helsinki Yekun aktını imzalamış, 1992-ci yanvarın 20-də ATƏM -in üzvü olmuşdu. Həmin il martın 2-də AR BMT-yə üzv qəbul olunmuşdur.


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin