Qarabağ müharibəsi. Xocalı faciəsi. Dövlət müstəqilliyi elan olunandan sonra bütün dövlətlərə, birinci növbədə qonşu dövlətlərlə dostluq və mehriban qonşuluq münasibətləri yaratmağa çalışdı. Lakin Ermənistan Rusiyaya arxalanaraq Dağlıq Qarabağda vəziyyəti daha da gərginləşdirdi, 1991-ci ilin sentyabrında "Dağlıq Qarabağ Respublikası" elan edildi. 1991-ci il sentyabrın 26-da AR Ali Soveti DQMV statusunu ləğv etdi.1991-ci ilin sonunda Rusiya və Ermənistan arasında "Dostluq,əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə" imzalandı. Bundan sonra Ermənistan Dağlıq Qarabağın seperatçı və terrorçu ermənilərini daha yaxşı silahlandırmağa başladı.