1994-cü il oktyabrın 4-də Gəncədə S.Hüseynovun tərəfdarları icra hakimiyyətinin binasını tutdular. Bakıda qiyamçıları Baş nazir Surət Hüseynov müdafiə edirdi. Prezident H.Əliyev gecə yarısı televizya və radio ilə xalqa müraciət etdi və 100 minlərlə adam dövlətçiliyin müdafiəsinə qalxdı və qiyamçılar geri çəkildilər.
1995-ci il martın 13-də Xüsusi Təyinatlı Polis Dəstəsi əməkdaşları Ağstafa və Qazaxrayonlarında dövlət idarələrini ələ keçirdilər. Bakıda isə R.Cavadov respublika prezidenti və Ali Sovet sədrinin istefasını tələb etdi. Qiyamçılar Səkkizinci kilometr qəsəbəsində məskən salmışdılar. Hökumət qüvvələri qiyamçıları zərərsizləşdirdi və dövlət çevrilişinin qarşısını aldı.