1998-ci il oktyabrın 11-də altrnativ əsasda Heydər Əliyev ikinci dəfə prezident seçildi. 1999-cu il dekabrın 12-də AR-da ilk dəfə bələdiyyə seçkiləri keçirildi. 2000-ci il noyabrın 5-də Milli Məclisə seçkilərdə 14 partiya iştirak etdi. Milli Məclisin deputatları əsasən YAP-ın üzvləri və 4 partiyanın nümayəndələrindən ibarət idi.
Bazar iqtisadiyyatı. İqtisadi dirçəlişin başlaması. Hələ 1992-ci avqustun 15-də mlli valyuta-manat dövriyyəyə buraxılmışdı. Lakin həmin müharibənin, həm də istehsal üsulunun dəyişməsinin təsiri altında məhsul istehsalı azalırdı. Respublikada elə bir şərait yarandı ki, varlılar varlandı, yosxullar daha da yoxsullaşdı. Belə bir şəraitdə ölkədə özəlləşdirmə həyata keçirildi. 1995-1998-ci illərdə Azərbaycanda dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Dövlət Proqramı qəbul edildi. Hər bir vətəndaşa özəlləşdirmə payı verildi. Özəlləşdirmənin ikinci Dövlət Proqramına əsasən (2000-ci il) strateji obyektlərin özəlləşdirilməsinə başlandı, 1994-cü ildə xarici ticarət sərbəstləşdirildi.