1992-ci ilin martında ATƏM-nin Mİns qrupu yaradıldı. Bu qrupun vəzifəsi Ermənistan Azərbaycan münaqişəsini və Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizama salmaq idi. Minsk qrupunun tərkibinə 11 dövlət (Almaniya, ABŞ, Fransa, İtalya, İsveç, Çexiya, Türkiyə, Belorus, Rusiya, Azərbaycan, Ermənistan) daxil idi. 1997-ci ildə Rusiya, ABŞ və Fransa nümayəndəsi Minsk qrupunun həmsədirləridir.
1994-cü ilin dekabrında Budapeşt zirvə toplanışında ATƏM ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) adlandı. Budapeşt zirvə toplanışında ilk dəfə ATƏT-in sülhməramlı qüvvələrinin yaradılması və münaqişəi ərazilərə göndərilməsi qərara alındı. ATƏT-in ilk sülhməramlı çoxmilləti hərbi hissəsinin yaradılması və Dağlıq Qarabağa göndərilməsi razılaşdırıldı.