Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,84 Mb.
səhifə96/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   92   93   94   95   96   97   98   99   ...   103
1997-ci il sentyabrın 9-11-də AR Prezidenti Strasburqda Avropa Şurası üzvü olan dövlətlərin zirvə toplanışında iştirak etdi və burda "Avropada adi silahların azaldılması haqqında" müqavilənin müzakirəsi zamanı Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova dövlətləri başçıları QUAM adlı dördlər qrupu yaratdılar. Sonralar buraya Özbəkistan da qoşuldu. Bu təşkilatın vəzifəsi iqtisadi artımı sürətləndirmək, təhlükəsiz və səmərəli nəqliyyat-kommunikasiya dəhlizini inkişaf etdirməkdir.

1999-cu ilin noyabrın 18-19-da İstanbulda ATƏT -in növbəti zirvə toplantısı keçirildi. Burada 1990-cı ildə qəbul edilmiş "Paris Xartiyası" ndan sonra dünyada baş vermiş dəyişiklikləri əks etdirən yeni İstanbul Xartiyası qəbul edildi. İstanbul zirvə toplanışı göstərdi ki, Azərbaycan sülh siyasəti indiki zamanda düzgün yoldur. İstanbul zirvə toplanışında ABŞ-ın iştirakı ilə Azərbaycan, Gürcüstan və Türkiyə arasında "Bakı -Ceyhan" Əsas İxrac Neft Kəməri haqqında saziş imzalandı.

AR-nin xarici siyasətində xarici dövlətlərlə siyasi əlaqələrin yaradılmasına xüsusi diqqət yetirildi. İstehsalı inkişaf etdirmək, ölkəyə xarici sərmayəcilər cəlb etmək üçün "Açıq qapı" siyasəti yeridildi.Respublikada investitorları və kreditorları müdafiə edən və onlara təminat verən qanunlar qəbul edilmişdi. Beynəxalq Valyuta Fondu, Dünya Bankı, Beynəxalq İnkişaf Assosiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əlaqədar yaradılmışdı. Təkcə Dünya Bankı və Beynəxalq Valyuta Fondu Azərbaycana 1 milyard 300 milyon dollardan çox kredit verilmişdir. ABŞ, Böyük Britanya, Fransa, Almaniya, İtalya, Polşa, Norveç, Rumınya, Bolqaristan və başqa ölkələrdə 90-na yaxın sənəd imzalanmışdı. Bu sənədlər Azərbaycanın Avropa iqtisadi münasibətlərinə inteqrasiyasını sürətləndirdi.




Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin