Azərbaycanda kəd təsərrüfatında keçirilən islahatlar nəticəsində 840 min ailə torpaq mülkiyyətcisinə çevrildi. Kənddə özəl iqtisadiyyat yarandı. AR-da kiçik və orta sahibkarlığın inkişafı üçün Dövlət Proqramı hazırlandı və prezident tərəfindən 2002-ci il 17 avqust fərmanı ilə təsdiq edldi. 2002-ci il avqustun 27-də Respublika prezidenti yanında Sahibkarlar Şurası yaradıldı. Nəticədə ölkədə milli kapitalist təqəsi formalaşdırılmasına başlandı.
"Böyük İpək Yolunu Ələt-Qazıməmməd hissəsinin üçqat asvaltlanmış 40 km-lik hissəsi çəkilib başa çatmış. Bakı şəhərində Metropolitenin 20-ci stansiyası olan "Həzi Aslanov" istifadəyə verilmişdi (2003-cü il iyulun 7-də) Məcburi köçkünlər üçün Dövlət Neft Fondundan Fizuli Rayonun Haramı düzündə 6, Bilsüvar rayonunda 13 yaşayış qəsəbəsi salınmışdı. Dövlət Neft Fondunda 2003-cü ildə 782 milyon ABŞ dolları vəsait vardı.
XXI əsrin əvvəllərində Azərbaycan Respublikasının xarici siyasəti və beynəlxalq əlaqələri. XXI əsrin ilk illəri Azərbaycanın xarici siyasətinin uğurları ilə başlandı. Avropa Şurasının (AŞ) Nazirləri Komitəsi 2001-ci il yanvarın17-də keçirilən sessiyasında Azərbaycanın AŞ-nın tam hüquqlu üzvü olmaası haqqında qərar qəbul edildi. 2001-ci il yanvarın 25-də AŞ-ın Fransanın Strasburq şəhərində yerləşən iqamətgahı qarşısında ölkəmizin bayrağı qaldırıldı.