2001-ci il yanvarın 21-26 -da Strasburqda keçirilən növbəti sessiyada Milli Məclisin üzvü İlham Əliyevin başçılığı ilə Azərbaycandan 12 nəfərdən ibarət nümayəndə heyəti AŞ-nın Parlament Assambleyasının (AŞPA) sessiyasında iştirak etdi. İndi nümayəndə heyətinin başçısı Səməd Seyidovdur. AŞPA-nın 2001-ci il sentyabrın 24-də keçirilmiş payız sessiyasında Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sənəd qəbul edildi. 2003-cü ilin yanvar sessiyasında İlham ƏliyevAŞ PA-nın viste-Prezidenti və qurumun büro üzvü seçildi.
Azərbaycan dövlətinin xarici siyasət sahəsində fəaliyyətinin əsas istiqamətlərindən biri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması, Azərbaycan ərazi bütövlüyünün təmin olunmasıdır. ABŞ-ın Ki-Uest şəhərindəki danışıqlar zamanı ABŞ Dövlət Departamenti 13 ildən sonra Ermənistanı təcavüzkar dövlət kimi tanınmışdır. 2004-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasının sənədlərində Ermənistanın işğalçı dövlət olması bir daha təsdiqləndi.