Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,84 Mb.
səhifə102/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   95   96   97   98   99   100   101   102   103
2001-ci il sentyabrın 11-də ABŞ-da beynəlxalq ticarət mərkəzində terrorçuluq nəticə­sində yüzlərlə adam həlak oldu,çoxmərtəbəli bina dağıdıldı. Azərbaycan Respublikası ABŞ-ın terrorçuluğa qarşı mübarizəsini dəstəklədi və terrorizmə qarşı mübarizədə iştirak etdi.ABŞ prezidenti Corc Buş Azadlığı Müdafiə Aktına 907-ci düzəlişi dayandıra bildi.Bundan sonra ölkəmizə maliyyə yardımı ilə yanaşı ABŞ-ın Azərbaycana silah satışı üzrə qoyduğu qadağa 2002-ci il martın 30-da ləğv edildi.

Azərbaycanın xarici siyasətində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi xüsusi yer tutur. 2001-ci ilin yanvarında Rusiya Federasiyası, həmin ilin noyabrında Qazaxıstan arasında Xəzər dənizinin dibinin milli sektorlar əsasında bölüşdürülməsinə dair sazişlər bağlanmışdır. 2002-ci il aprelin 23-də Xəzəryanı ölkələrin dövlət başçılarının Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Aşqabad zirvə toplantısı keçirilmişdir. Lakin İran və Türkmənistanın qeyri-obyektiv mövqe tutması nəticəsində konkret nəticə əldə edilməmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrə işgüzar nəfərləri ölkəmizin xarici dövlətlərlə iqtisadi, siyasi, mədəni əlaqələrin inkişafında və xarici siyasətinin fəallaşmasında böyük rol oynayır, Azərbaycanın beynəlxalq alməmdə tanınmasına əlaqələrin genişlənməsinə kömək edir. Azərbaycan prezidenti İlham Əliyev Özbəkistanda (mart, 2004), Türkiyədə (aprel, 2004), Ruminya və Ukraynada (2004), İranda (yanvar, 2005), Polşada (mart, 2005), Xorvatiyada (iyun, 2005), Pakistanda (aprel, 2005), Bolqarıstanda (sentyabr, 2005), Yaponiyada (mart, 2006), ABŞ-da (aprel, 2006), Fransada (may,2006) , Rumıniyada (iyun, 2006) ,Türkiyədə (iyul, 2006), Sloveniyada ( avqust, 2006), Latviyada ( 3-5 oktyabr, 2006), Belorusda (17 oktyabr, 2006), Belçikada (7-8 noyabr, 2006), Rusiya Federasiyasında (9 noyabr, 2006), Birləşmiş Ərəb Əmirliyində (20-21 noyabr, 2006), Fransada (29-31 noyabr, 2007), AFR-də (14-15 fevral 2007) işgüzar səfərdə olmuşdu. AR-ın przidenti İlham Əliyev 2007-ci il yanvarın 25-də İsveçrənin Davos şəhərində Dünya iqtisadi formunda iştirak etmişdir.


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin