Ruslar Azərbaycanda. Rusların Azərbaycanla əlaqəsinin tarixi qədimdi. Erkən orta əsrlərdə bu əlaqə xeyli genişləndi. Şərqşunas V.V.Bartoldun fikrincə, «ruslarla Azərbaycan arasında ticarət və sair əlaqələr hələ çox qədimdən başlanmışdı. Kiyev rusu dəniz və çay yolları ilə qərbdə Bizans, şərqdə Xəzər dənizi vasitəsilə digər ölkələrlə ticarət edirdi». Digər mənbələrdən məlum olduğu kimi, IX əsrdə ruslar Don və Volqa (İtil) çayları ilə ticarət məqsədilə Xəzər dənizinə gəlmiş, sonra da ticarət mallarını quru yolla dəvə karvanlarında Bağdada aparmışlar. Onlar Azərbaycana gətirdikləri ənənəvi malları: xəz derini, mumu, balı buradakı yerli mallarla: ipəkdən, yundan və pambıqdan toxunmuş parçaya, çəltiyə, zəfərana, boyaq maddəsinə, quru meyvəyə, müxtəlif metal məmulatına dəyişirdilər. Ruslar təkcə Azərbaycanla deyil, Şərqin digər ölkələri ilə, o sıradan Xəzər xaqanlığı və Xorəzm şahlığı ilə de ticarət edirdilər.
X əsrdə rusların bu ərazilərə gəlişinin məqsədi və mahiyyəti tamamilə deyişdi. Əvvəllər 15-20 gəmidən ibarət kiçik dəstələrlə ticarət məqsədilə gəldikləri halda, indi yüzlərlə gəmi ilə səfərə çıxanların niyyəti qarətçilik və istilaçılıq idi.
914-cü ildə 500 gəminin hər birisində 100 nəfər olmaqla Azərbaycanın Xəzər sahillərinə 50 mindən artıq rus gəldi. Bu vaxtacan Xəzərdə ancaq ticarət gəmiləri üzürdü. Ona görə de denizdən hərbi təhlükənin baş verəcəyini gözləməyən yerli əhali düşmənin dənizdən qətli hücumu qarşısında çətin vəziyyətə düşdü. Sacilər dövlətinin hakimi Yusif öz qoşunu ilə ruslarla vuruşmalı oldu. Şirvanşah Əli ibn Hey səm təkcə quruda deyil, düşmənlə denizdə də döyüşdü. Dəniz döyüşlərində təcrübəsi olan və daha böyük qüvvəyə malik ruslar qalib gəldi, minlərlə adam öldürüldü və dənizdə batınidı. Bir mənbədə deyilir ki, 938-ci ildə ruslar 38 gəmidə Bakı sahillərinə gəldilər. Şirvanşah Mənuçöhr ibn Yezid onlarla vuruşdu və məğlub oldu. Ruslar Kürlə Arazın qovuşduğu yerdən yuxarı üzmək istərkən şirvanlılar onlara mane oldular. Növbəti yürüşlərin birində 15 min nəi'əıiik Xorəzm qoşunu sahilə çıxan ruslara hücum etmiş və üç gün davam edən döyüş nəticəsində onların bir hissəsini öldürmüş, bir hissəsini .suda boğmuş, yalnız beş min nəfəri qaçmaqla xilas ola bilmişdi.
Yerli əhali ile döyuşlərdəki itkilər, xəstəliklər, xəzərlərin, alanların, xorəzmlərin vurduqlan zərbələr rusların Xəzər sahillərinə hücumlarını dayandıra bilmirdi. Onlar müəyyən fasilədən sonra bu əfsanəvi diyann zəngin sərvətini ələ keçirmək üçün daha böyük qüvvə ile hucuma keçirdilər. 30 illik fasilədən sonra yenə hücuma keçən ruslar, bu dəfə Şirvana və Xəzər sahillərinə deyil, Arranın mərkəzi Bərdəyə gəldilər. İstilaçıların Bərdəni hədəf seçməsi təsadüfi deyildi. Bərdə haqqında me’lumat verən orta əsr müəllifləri və şərqşünaslar iqtisadi, siyasi, mədəni inkişafına, təbii-coğrafi mövqeyinə, gözəl iqliminə və sərvətlərinin zənginliyinə görə Bərdəni IX-X əsrlərdə təkcə Qafqazda deyil, Yaxın və Orta Şərqdə en çox inkişaf etmiş şəhərlərdən biri hesab edirdilər. Ona görə de Bərdənin zəngin sərvəti rusların diqqətini daha çox cəlb edirdi.
Onlar dənizlə cənuba doğm üzərək Kürün mənsəbinə çatdılar, ordan da çay vasitəsilə keçib Bərdə yaxınlığındakı Mübarəki deyilən kənddə sahilə çıxdılar. Gəmiləri burada saxlayıb, özləri 944-cü il avqustun 24-de Bərdəni mühasirəyə aldılar. Salari hakiminin Bərdədəki naibi öhdəsində olan 5600 nəfərlə yadelli istilaçılara müqavimət göstərdi. O dövrün silahlan olan nizə, qalxan, qılınc, xəncər, əmud və s. ilə silahlanmış çoxminli rus drujinalan döyüşdə qalib gələrək şəhəri tuta bildilər. Əhalini incitməyə və qarət etməyə başladılar. Bir çoxlan şəhəri tərk etməyə məcbur oldu. Mərzuban ibn Məhəmməd topladığı 30 minlik qoşunla Bərdənin müdafiəsinə gəldi. Günlərlə davam edən döyüşlərdə hər iki tərəfdən xeyli miqdarda adam tələf oldu. Mərzuban növbəti hücumlardan birində düşmənin 700 nəfər döyüşçüsünü məhv etsə də, şəhəri azad edə bilmədi. Bu vaxt şiddətli istilərə dözə bilməyən ruslar arasında misri deyilən xəstəlik başlandı və onların sırasını seyrəltdi.
Şəhərin müqəddəratı həll edildiyi bir vaxtda Mosul hakimi ölkənin cənubundakı Salmas şəhərinə hücum etdi. Mərzuban Bərdənin müdatləsini davam etdirmək üçün burada dörd min əsgər saxlayıb, özü Səlmasa getdi.
Əhali ruslara qarşı mübarizəni dayandırmadı. Xalqın möhkəm iradəsi düşmənin ümidlərini sarsıtdı. Digər tərəfdən, onların içərisində xəstəliklərdən ölənlərin sayı döyüş meydanında ölənlərdən çox idi. Ona görə də 944-cü il avqustun 24-də Bərdəyə daxil olmuş istilaçılar ələ keçirdikləri qənimətlə kifayətlənərək 945-ci il avqustun 12-do oranı tərk etməli oldular. Amma onlann hücumu Bərdənin sonrakı taleyinə ağır tə’sir göstərdi. Salari hakimi əsas diqqətini dövlətin paytaxtı Ərdəbilə verdiyindən Bərdənin bərpasına qayğı göstəra bilmədi. Digər tərəfdən, Şəddadilər dövlətinin paytaxtı Gəncə ticarət və mədəniyyət mərkəzinə çevrilməklə təraqqi edir və Bərdəni kölgədə qoyurdu.
Dostları ilə paylaş: |