Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,84 Mb.
səhifə14/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   103
Rəvvadilər dövləti. Orta əsr müəllitləri Rəvvadilər sülaləsinin tarixi və dövlətin yaradıcısı Əbülheyca Rəvvadinin şəxsiyyəti barədə dolaşıq fikirlər söyləmişlər. Əbülhey­canın mənsub olduğu Rəvvadilər (mənşəcə ərəb idilər) sülaləsinin tarixi qədimdi. Onlar VIII əsrdə Təbrizdə, Marağada, Əhərdə, Qarabağda hakimlik etməklə uzun müddət müstəqilliyə can atmışdılar. Rəvvadilərin mənşəcə Salarilərlə yaxınlığı olmamışdı.

X əsrin ortalarında və ikinci yarısında Əhər (Qaradağ) hakimi Əbülheyca Rəvvadi Salarilər dövlətinin hakimi Mərzubana, sonra isə onun varisi İbrahimə tabe olan və xərac verən nüfuzlu feodallardan idi. Əbülheyca yaranmış tarixi şəraitdən istifadə edərək 981-ci ildə Salari İbrahimə tabe olmaqdan boyun qaçırdı, onunla mübarizəyə başladı, qalib gəldi və hakimiyyəti ələ aldı. Beləliklə, Rəvvadilər dövləti rəsmən yarandı. Vaxtilə Salarilər dövlətinin əlində olan Azərbaycan və Ərməniyə torpaqları Rəvvadilərin hakimiyyəti altına keçdi. Dövlətin paytaxtı Ərdəbildən Azərbaycanın qədim və zəngin şəhəri Təbrizə köçürüldü. Bu zaman Təbriz Ərdəbilə nisbətən iqtisadi, siyasi və mədəni cəhətdən xeyli tərəqqi etmişdi. Təbrizin təbii-coğrafi mövqeyi paytaxt şəhəri üçun daha münasib idi. Rəvvadilər dövlətinin orazisi əsasən indiki İran Azərbaycanı ərazisini əhatə edirdi. Əbülheyca hakimiyyəti ələ keçirib dövlətin daxili işlərini sahmana saldıqdan sonra 987-ci ildə Ərməniyəyə hücum edərək onu özünə tabe edib əhali üzərinə vergi qoydu və xərac aldı. O, Xoy və Urmu feodallannı da hakimiyyəti altına keçirtdi. Dövlətin ərazisi genişlənməklə yanaşı, onun nüflızu da yüksəlirdi. Əbülheycanın varislərindən olan Əbu Mənsur Vəhsudan da (1020-1059) ölkə daxilində bir sıra tədbirlər həyata keçirdi. Mərkəzi hakimiyyəti xeyli gücdəndirdi. Onun dövıündə Şəddadilərlə düşmşnçilik davam etdi. 1042-ci ilin oktyabrında Təbrizdə güclü zəlzələ baş verdi. Mənbələrin məlumatına görə, zəlzələ nəticəsində bir çox binalar və qalalar dağıldı, 40 mindən artıq adam tələf oldu, şəhərin müdafiə qabiliyyəti zəiflədi. Şəhərin ətrafındakı qala hasarlan uçulub-dağıldığından Rəvvadi Vəhsudan l'əbrizi tərk edib başqa qalaya köçdü. Şəhərin bərpa işləri başa çatdırılmamış Toğrul bəyin başçılıq etdiyi səlcuq türkləri Təbrizə hücum etdilər. Hücuma hazır olmayan Vəhsudan müqavimət göstərə bilmədi.

İbn əl Əsirin yazdığına görə, «səlcuq hakimi Toğrul bəy bir sıra qələbələrdən sonra 1054-cü ildə Təbrizə gəldiyi zaman Rəvvadi hakimi Vəhsudan siyasi hakimiyyəti əlində saxlamaq məqsədilə səlcuq- Innn vassallığını qəbul etməyə məcbur oldu.

Səlcuq sultanı Alp Arslan (1063-1072) Azərbaycana gəldiyi zaman Rəvvadilərin daxili müstəqilliyini tamam ləğv edərək 1065-ci ildə Təbrizə səlcuq əmiri təyin etdi. Bununla da Rəvvadilor dövləti öz müstəqilliyini itirərək, səlcuq larin hakimiyyəti altına keçdi. Süqut etməsinə baxmayaraq, bir əsrə qədər mövcud olmuş Rəvvadilər dövləti ölkənin iqtisadi, ictimai, siyasi və mədəni həyatında mühüm rol oynamışdı.

IX-XI əsrlərdə Azərbaycanda meydana gələn feodal dövlətlərdən Şirvanşah Məzyədilər, Sacilər, Salarilər, Şəddadiler və Rəvvadiləri yaradan sülalələr mənşəcə müxtəlif olsalar da, onlann təşkil etdiyi dövlətlər Azərbaycan erazisini əhatə edirdi. Bunlardan Sacilər və Salarilər ara müharibələri və daxili mübarizə nəticəsində, Rəvvadilər və Şəddadilər isə səlcuqların hücum və təzyiqləri nəticəsində fəaliyyətlərini dayandırmağa məcbur oldular.

IX-XI əsrlərdə gərgin mübarizə şəraitində Azərbaycanda müstəqil feodal dövlətlərin yaranması müstəsna əhəmiyyəti olan hadisə idi. Həmin dövlətləri yaradan sülalələrin mənşəyindən və mənsubiyyətindən asılı olmayaraq bu dövlətlər Azərbaycan torpağında milli zəmində təşəkkül tapırdılar. Onlar xilafətə tabe olmaqdan imtina elməklə öz istiqlaliyyət bayraqlarını qaldırırdılar. Bu dövlətlərin mövcud olduğu on illər ərzində daxildə yaranmış qismən əmin-amanlıq zəminində təsərmfatın bütün sahələri dirçəlir, əhali artır və məhsuldar qüvvələr inkişaf edirdi.



Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin