Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


Qıpçaqların, gürculərin hücumları və Azərbaycanda Xarəzmsah Cəlaləddinin hakimiyyəti



Yüklə 1,84 Mb.
səhifə19/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   103
Qıpçaqların, gürculərin hücumları və Azərbaycanda Xarəzmsah Cəlaləddinin hakimiyyəti. İqtisadi və siyasi qüdrətini itirmiş Eldənizlər artıq hər hansı bir düşmənə müqavimət göstərmək iqtidarında deyildilər. Bundan istifadə edən qıpçaqlar 1223-cü ildə Dərbənddən keçərək Azərbaycana soxulub Şirvan bölgəsini qarət etdilər. Hiylə yolu ilə Gəncəyə girib əhalini soyub taladılar. Eldənizlərdən əlini üzmüş Azərbaycan əhalisi birləşərək qıpçaqları Azərbaycandan qovdular. Ölkəmizin düşdüyü ağır vəziyyətdən bəhrələnən gürcülər də 1225-ci ildə torpağımıza soxulub, əhalimizə divan tutdular.

1225-ci ildə Vətənimiz daha bir fəlakət ilə üzləşdi. Monqollann yürüşünə tab gətirməyən Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin öz ölkəsini monqollara buraxıb Azərbaycana gəldi. İbn əl-Əsirin sözləri ilə deyilsə, Azərbaycan və Aran kimi dünyanın ən zəngin torpaqlan ixtiyannda olsa da, “ölkəsini müdafiə etməkdə Allahın yaratdıqlarından ən acizi və bacarıqsızı olan” Atabəy Özbək Cəlaləddinin yürüşü qarşısında Təbrizdən Gəncəyə, sonra Əlincə qalasına qaçdı və orada da öldü. Nəticədə 1225-ci ildə Azərbaycanda Eldənizlər sülaləsinin hakimiyyətinə son qoyuldu. Cəlaləddin əvvəlcə Marağa şəhərini tutdu. Təbriz şəhərinin əhalisi yeddi gün qəhrəmanlıqla vuruşsa da, 1225-ci ilin iyulun 25-də Cəlaləddin şəhəri ələ keçirtdi. Təbrizdən sonra Cəlaləddin Dvində 60 minlik qüvvə toplayaraq Arana soxulmağa çalışan gürcülərə ağır zərbə vurdu. Gürcülər 20 min döyüşçü itirdilər. Bunun ardınca Cəlaləddinin hərbi qüvvələri Gəncə, Beyləqan və Şəmkiri ələ keçirib Tiflisə daxil oldular. Şirvanşahlar ildə 100 min dinar xərac vermək şərti ilə Cəlaləddindən vassal asılılığını qəbul etdilər. Yaxşı sərkərdə, amansız hökmdar və pis idarəçi olan Cəlaləddin Azərbaycanda abadlıq işləri aparacağı haqda vədini yerinə yetirmədi, əksinə Azərbaycanda və ona qonşu ölkələrdə xalqı soyub talamağa yönəlmiş vergi sistemi yaratdı. Açıq qarət siyasətindən bezmiş Təbriz əhalisi ayağa qalxıb üsyan qaldırdı. Bütün Azərbaycam Cəlaləddinə qarşı xalq hərəkatı bürüdü. 1231-ci ildə Gəncə üsyanı bu hərəkatın zirvəsi oldu. Cəlaləddin çox böyük çətinliklə olsa da, üsyanı yatırdı. Üsyanın başçısı usta Bəndər ələ keçirilərək amansızlıqla tikə-tikə doğrandı.

Cəlaləddinin Azərbaycandakı hərbi-siyasi fəaliyyətinin yeganə müsbət cəhəti Azərbaycanı və Şərqi Anadoludakı türk müsəlman əhalisini hədəfə alan və böyük qətliamlara səbəb olan gürcü təhlükəsini ortadan qaldırması hesab edilə bilər. Cəlaləddin gürcülərin əsas hərbi qüvvəsi olan 50 minlik qıpçaq birliyini öz himayəsinə aldı və nəticədə gürcülər bütün gücünü itirdilər.

Buna baxmayaraq özünü monqollann banşmaz düşməni kimi göstərən Cəlaləddin bölgədə olan hərbi - siyasi qüvvələri monqollara qarşı birləşdirmək əvəzinə, onlan daha da zəiflətdi. Bunun nəticəsində bölgədə monqolların ikinci yürüşünün qarşısını ala biləcək hər hansı bir güc qalmadı.




Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin