Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


Monqolların Azərbaycanda torpaq və vergi siyasəti



Yüklə 1,84 Mb.
səhifə22/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   103
2. Monqolların Azərbaycanda torpaq və vergi siyasəti.

Torpaq və vergi siyasəti. Monqolların Azərbaycanda həyata keçirtdikləri torpaq və vergi siyasətinin əsas məqsədi ölkənin sərvətlərini talan edib aparmaqdan, yerli əyanların iqtisadi və siyasi gücünü sarsıtmaqdan ibarət idi. Yerli hakimlərə və əyanlara məxsus torpaqlar müsadirə edilirdi. Monqollar müsəlman olmadıqlarından vəqf torpaqları da müsadirə olunurdu.

1258-ci ildə Azərbaycan monqolların beşinci ulusuna - Hülakü dövlətinin tərkibinə daxil edilmişdi. Hülakülər dövründə sülalə torpaqları incu, hökmdarın özünə məxsus torpaqlar isə xass-incu adlanırdı. Geniş müsadirələr hesabına dövlətə məxsus divan və sülalə-incu torpaqlan xeyli çoxalmışdı. XIII əsrin 90-cı illərində divan torpaqlarının ayrı-ayrı məmurlara və əyanlara iqta kimi bağışlanması geniş şəkil almışdı. Bu dövrdə yerli əyanlara məxsus mülk və dini idarələrə məxsus vəqf torpaqlannın azalması Hülakü hökmdarı Qazan xan İslamı dövlət dini kimi qəbul edənədək davam etmişdi. Bundan sonra müsadirə olunmuş torpaqların vəqflərə qaytarılmasına başlanılmışdı. Kənd icmalarının ixtiyarında olan camaat torpaqları dövlət xəzinəsinin mülkiyyəti sayılırdı.

Monqol ağalığı dövründə əhali üzərinə qoyulan vergi və mükəlləfiyyətlərin sayı 40-a çatmışdı. XIII əsrin 30-40-cı illərində əsas vergi xərac olub, məhsulun 70%-ni təşkil edirdi. 1254-cü ildə Münkə xaqanın əmri ilə keçirilən siyahıyaalma əsasında 10 yaşından 60 yaşma kimi bütün kişilər vergi dəftərlərinə salınmışdı. Bu zaman vergi verənin torpağının və ya təsərrüfatının olub-olmaması nəzərə alınmırdı. Vergi ödəyə bilməyəni ailəliklə qul edib aparırdılar. Monqol ordusunun saxlanılması üçün tağar (40 kq buğda) adlanan hərbi vergi yığılırdı. Sənətkarlar və tacirlər bazara çıxanlan məhsula görə tamğa vergisi və başqa vilayətlərə apardıqları mala görə isə bac adlı gömrük haqqı ödəyirdilər. 1340-cı il məlumatına görə, Təbriz şəhərindən toplanan tamğa vergisinin miqdarı 1 milyon 150 min dinara çatmışdı. O vaxtkı rəsmi kursla (1 dinar = 13,8 qr gümüş) hesablansa, bu məbləğ 3,5 milyon Fransa frankına bərabər idi. 1311-ci ildə Fransanın bütün dövlət büdcəsi 3 milyon frankdan çox deyildi.

Monqollar dövründə meyvə bağları üzərinə bağşümari vergisi (natural və pul) qoyulmuşdu. Saray xidmətçilərinin saxlanması xərclərini ödəmək üçün əhalidən ixracat və rüsum toplanırdı.

Bu dövrdə əhali üzərinə bir sıra ağır mükəlləfiyyətlər də qoyulmuşdu. Ən ağır mükəlləfiyyətlərdən biri tərx idi. Belə ki, monqol qoşunu üçün zəruri olan taxıl məhsul­ları əhalidən icbari qaydada bazar qiymətindən qat-qat aşağı satın alınır və xəzinə təsərrüfatlarından toplanan, ancaq dövlətin ehtiyac duymadığı məhsullar (xurma, düyü və s.) bazar məzənnəsindən çox baha qiymətə əhaliyə zorla satılırdı.

Saraylar, qalalar tikmək, yol və körpülər salmaq üçün kəndli və sənətkarlar məcburi qaydada biyar mükəlləfiyyətinə cəlb olunurdular.

Monqol ağalığı dövründə vergi yığılmasını baskaklar həyata keçirirdilər. Bu zaman heç bir qayda-qanun gözlənilmirdi. Vergi və gəlirlərin toplanması bir çox hallarda ayrı-ayrı şəxslərə iltizama (icarəyə) verilirdi. Xəzinəyə verginin dəyərini qabaqcadan ödəyən iltizamçı hərbi dəstənin köməyi ilə kəndliləri soyub talamaqla əlavə böyük gəlir əldə edirdi.

Hərbçi monqol əyanlarının yeritdiyi iqtisadi siyasət Azərbaycanda kənd təsərrüfatı, sənətkarlıq və ticarətin tamamilə tənəzzülə uğramasına və dövlət gəlirlərinin azalmasına gətirib çıxarmışdı. Dövlət xəzinəsinin boşalması şəraitində XllI yüzilliyin sonlannda, hətta dövlətin əsas dayağı olan ordunu saxlamaq belə mümkün deyildi.




Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin