Mövzu: Azərbaycan ərazisində ilk sinifli cəmiyyət, dövlət
qurumları və qədim dövlətlər.
Plan.
1.Azərbaycan ərazisində qədim dövlət qurumları.
2.Manna dövləti.
3.Midiya dövləti.
4.Albaniya dövləti.
5.Atropaten dövləti.
E.ə. II minilliyin axırı – I minilliyin əvvəllərində əhalinin yoxsullara və varlılara ayrılması daha da artmış ibtidai-icma quruluşunun dağılması sürətlənmişdir. Bu dövrdə Azərbaycanın cənub ərazisində dövlət qurumları, şimal hissəsində iri tayfa ittifaqları mövcud olmuşdur. Bu birliklərə nüfuzlu tayfa başçıları rəhbərlik edirdilər. Daha güclü tayfa ittifaqları əlverişli təbii şəraiti, münbit torpağı olan ərazilərə yiyələnmişlər.
Tayfalar daxilində də təbəqələşmə gedirdi. Güclü ailələr, tayfa başçıları və ağsaqqalları, icma şurası üzvləri, nüfuzlu hərbçilər, kahinlər çoxlu var-dövlətə sahib olurdular.
İcmanın daha münbit əkin sahələrini, əsas otlaqlarını, mal-qarasını, at ilxılarını varlı ailələr ələ keçirirdilər. Gəncə yaxınlığında, Qarabağda və s. ərazilərdə belə ailələrin yaşayış binalarının qalıqları aşkar edilmişdir. Həmin binalar bir neə otaqdan ibarət olub, həyətyanı sahə ilə başqalarından ayrılırdı.
Azərbaycanda əhalinin belə təbəqələşməsi yoxsul və varlı adamlara məxsus qəbirlərdə (kurqanlar, daş qutular) yaxşı izlənilir. Yoxsul qəbirlərində ölünün yanına az əşya qoyulmuşdur. Varlı adamların dəfn olunduğu kurqanlar həmçinin böyüklüyü, quruluşu və qəbirə qoyulmuş əşyaların zənginliyi ilə fərqlənir.
Sinifli cəmiyyyət Azərbaycan ərazisinin hər yerində eyni vaxtda meydana gəlməmişdir. Bu da ictimai, iqtisadi və sosial dəyişikliklərlə bağlıdır.
Bu dövrdə Mesopotimayada baş verən dəyişiklər Azərbaycana da təsir edirdi. Bunun nəticəsi olaraq artıq e.ə III minillikdə Azərbaycanın cənuunda erkən dövlət qurumları meydana gəlmişdir.Cənubi Azərbaycanda eramızdan əvvəl III minilliyin I yarısında İkiçayarası Şumer dövlətləri ilə ünsiyyətdə olan qədim dövlət quruluşu mövcud idi. Şimali Azərbaycan qədim İkiçayarası sivilizasiyasından xeyli kənarda yerləşmişdi. Buna görə də burada sinifli cəmiyyətin ruşeymləri gec yaranmışdır. Şimali Azərbaycanda dövlət hakimyyətinin ruşeymi tunc dövrünün sonu-dəmir dövrünün əvvəllərində meydana gəlmişdi. Şumer-Akkad mixi yazılarında Cənubi Azərbaycanda yerləşən Aratta ölkəsi, kuti, lullubi tayfaları yad edilir. Aratta ölkəsi ilə əlaqədər eramızdan əvvəl III minilliyin I yarısı hadisələr bir neçə şumer dastanında təsvir olunurdu. Aratta ölkəsi Urmiya gölünün cənub şərq hissəsini əhatə edirdi. Aratta dövləti İkiçayarasıın Şumer şəhəri dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi. Aratta ölkəsi haqqında eramızdan əvvəl XXVIII-XVII əsrlərdə Şumerin Uruk şəhər dövlətinin hökmdarı Merkarın adına yazılmış dastanda ilk məlumatlar verilmişdi. Arattada mövcud olan siyasi və ideoloji şərait şumer məfhumları vasitəsilə əks olunmuşdur. Ölkəni ensi rütbəsi daşıyan hökmdar idarə edirdi. Əsilzadə təbəqəsinə daxil olan maşmaş (kahin, vəzir), sukkal (elçi), uqula (rəis) və b. dövlət idarəsinin qulluqçuları olmuşlar. Eramızdan əvvəl III minilliyin I yarısında Arattada artıq dövlətə məxsus idarə orqanları və vəzifəli şəxsləri meydana gəlmişdi. Şumer hökmdarı Merkar bu dövləti özünə tabe etmək, əhalisini və sənətkarlarını Şumer məbəd tikintisində işlətmək niyyətində idi. Arattada çox allahlılıq mövcud olmuşdur. Mənbələrdə Aratta hökmdarı En-Sukuşsiranna ilə Şumer hökmdarı En-Merkar arasında münaqişə olduğu qeyd edilir. En-Merkar Arattanı özunə tabe etməyə cəhd göstərmişdir. Lakin bu münaqişə dinc yolla həll edilir və Aratta dövləti öz müstəqilliyini saxladı.
Bizim eramızdan əvvəl XXIII əsrdə Urmiya gölünün cənubunda ikinci dövlət qurumu olan Lullubi dövləti yarandı. Sosial cəhətdən azad lullubilər hürri və het dövlət idarələrinə əşə cəlb olunurdular. Onlar muzdlu döyüşçü kimi orduda da xidmət edirdilər.
Lullubi dövlət qurumuna hökmdar başçılıq edirdir. Lullubi hökmdarı Satuninin eramızdan əvvəl III minilliyin III əsrinin 20-ci illərində Akkad hökmdarı Naram-Suenə qarşı müharibə apardığı Akkad mənbələrində qeyd olunmuşdur. Bu müharibədə Lullubi hökmdarı məğlub olmuşdur. Lullubi padşahlığında xırda hökmdarların hakimyyəti mövcud imiş. Lullubi hökmdarı İmmaşqun (eramızdan əvvəl 2200-2170-ci illər) xırda hakimləri mərkəzi Lullubi dövlətinə tabe etdi. Bu dövlətin qüdrəti hökmdar Anubaninin dövründə daha da artır. Lullubi dövlətinin sərhədləri cənubda Diyala çayına, şimalda isə Urmiya gölünə çatırdı. Lullubi dövləti İkiçayarası ilə iqtisadi əlaqələrə girmişdi. Lullubilər də Aratta dövründə olduğu kimi İkiçayarası mədəniyyətinin təsirinə məruz qalmışdılar. Onlar da mixi yazı sistemi ilə tanış idilər. Eramızdan əvvəl II minilikdə vahid Lullubi dövləti parçalanır və yerində xırda hakimyyətlər yaranır.
Eramızdan əvvəl III minillikdə Urmiya gölünün qərb və cənub-qərbində kuti tayfa birləşmələri mövcud idi. Həmin minilliyin II yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər şumerlərlə sıx əlaqə yaratmışdılar. Onlar Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Akkad hökmdarı Naram-Suen Urmiya gölü hövzəsində yaşayan tayfalara qarşı təcavüz siyasəti yeridirdi. Lakin kutilər və digər tayfalar Naram-Suenin hücumunun qarşısını aldılar. Eyni zamanda kutilər özləri də İkiçayarasına tez-tez hücumlar edirdilər. Eramızdan əvvəl III miniliyin II yarısında Kutium dövləti Urmiya gölünün qərb və cənub-qərb torpaqlarında meydana gəlmişdi. Kutilər İkiçayarasını zəbt etməmişdən əvvəl dövlət qurumu yaratmışdılar. Kutilərin hakimyyəti illərində İkiçayarasının iqtisadiyyatı və ticarəti yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Kutilər İkiçayarası mədəniyyəti dairəsinə cəlb olunmuşdular. Kuti hökmdarlarının qısa mətnli kitabələri mixi yazılar ilə tərtib olunmuşdur. Onlar da aya, bərəkət və məhəbbət ilahəsinə sitayiş edirdilər. Kuti hökmdarı Tirikanın vaxtında o, cəmi 40 gün hakimiyyətdə qalmışdır. İkiçayarasında onun hakimyyətinə qarşı eramızdan əvvəl 2104-cı ildə qiyam baş vermişdir və kutilərin İkiçayarasında hakimyyətinə son qoyulmuşdur, çünki kutilər İkiçayarasında böyük hərbi qüvvə saxlamırdılar. İkiçayarasında kutilərin ağalağına son qoyulduqdan sonra Kutiumun özündə də dövlət süquta uğrayır, xırda hakimyyətlər yaranır. Eramızdan əvvəl III minilliyin sonunda Kuti, eləçə də Lullubi dövlətləri süquta uğrayaraq xırda hakimyyətli vilayətlərə parçalanırlar. Bu hal eramızdan əvvəl I miniliyin əvvəlinə kimi davam edir. Azərbaycanın erkən dövlətlərini türk mənşəli sülalələr idarə edirdilər.
Eramızdan əvvəl XIV əsrin sonunda Assuriya yenidən qüvvətlənir və onun qədim Azərbaycan torpaqlarına hücumları güclənir. Assuriya lullubilərin yaşadığı ərazini ələ keçirmişdi. Lakin Assuriyanın Azərbaycan ərazisində hökmranlığı müvəqqəti xarakter daşıyırdı. Qədim Azərbaycan tayfaları üsyan qaldırır, Assur əsarətindən xilas olmağa çalışırdılar. Qədim Azərbaycanın xırda hökmdarları çox zaman birləşməyə maçal tapmır, təkbə-tək döyüşə girir və ya uğursuz müdafiə olunurdular. Qədim Azərbaycan tayfaları eramızdan əvvəl II miniliyin sonu-I minilliyin əvvəlində yeni dövlət qurumlarının meydana gəlməsi ərəfəsində idi. Qədim Azərbaycan tayfaları ilə qonşuluqda hind-avropalılar, şumerlər, samilər, kassilər,elamlar və s. yaşayırdılar.
Turukkilər Urmiya gölünün cənubunda yaşamışlar. Onlar Lullubi və Kuti dövlətlərinin tərkibinə daxil idilər. Bu dövlət qurumları süquta uğradıqdan sonra turukki tayfaları müstəqil siyasət yürüdürdülər. Bu tayfalar Zaqros dağ keçidləri vasitəsilə Mesopotamiyaya daxil olmuşlar. Lakin Mesopotamiyanın şimalında yerləşən Assuriya dövləti bu ərazini işğal etmək istəyirdi. Turukkilər müqavimət göstərərək öz torpaqlarını vermədilər, əksinə assuriyaların nəzarəti altında olan Şuşarra vilayətini tutdular və bu ərazi uğrunda onlar dəfələrlə Assuriya ilə mübarizə aparmağa məcbur oldular.
Erkən dövlət qurumları gələcəkdə böyük müstəqil dövlətlərin yaranmasına şərait yaratdı. Manna dövləti. E.ə. I minilliyin əvvəllərində Urmiyayanı Zaqroş zonasında müxtəlif birləşmələr yaranması burada ilk iri siyasi birləşmənin-Manna dövlətinin meydana gəlməsi üçün zəmin hazırlayır. Manna dövləti Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlət hesab edilir. Manna dövləti qədim ənənələri olan bir ərazidə,qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir ərazidə meydana gəlmişdi. Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kutilər, lulubilər və kassilərin bilavasitə varisi idi. Mannanın adı mixi yazılı mənbələrdə ilk dəfə e.ə. 843-cü ildə III Salmanasar kitabəsində “Munna” formasında çəkilir. Adətən assurlar Mannanı “Manneylər ölkəsi”, Mannaş, urartulular isə Mana ölkəsi adlandırırdılar. S.Qaşqay qeyd edir ki,Manna adı mənşəcə yerli ad idi. Bəlkə də bu ad əvvəlcə Urmiyayanı tayfalardan birinə məxsus olmuş, sonralar mannalar ərazi və tayfaları birləşdirdikdən sonra bu ad bütün dövlətə şamil edilmişdir. III Salmanasarın hakimiyyətinin XVI ilindəki (e.ə. 843) yürüş təsvir edilərkən məlumat verilirdi ki, çar Daxili Zamuada məskənləri tuta-tuta Munna ölkəsinə çatmışdılar.Lakin səlnamədə Manna dövlətinə yürüşdən və ya bac alınmasından bir kəlmə də bəhs edilmir.Görünür assurlar ya Mannanı istila edə bilməmiş, ya da yalnız Mannanın sərhəddinə kimi irəliləmiş və daha sonra yolunu dəyişərək qonşu Allarabia ölkəsi üzərinə yerimişlər. E.ə. 829-cu ilin mənbələrində Mannanın adı darmadağın edilmiş plkələr sırasında çəkilir.III Salmanasar artıq qocalmışdı və Assuriya qoşunlarına bu yürüşlərdə Dayan-Aşşur başçılıq edirdi. Assuriya kitabəsində yazılmışdır:
...“Mən mannalı Udakinin məskənlərinə yaxınlaşdım. Mannalı Udaki mənim silahımın parıltısından dəhşətə gəlib, öz çar şəhəri Zirtanı tərk etdi. Mən onun dalınca düşdüm. Saysız-hesabsız qaramalını və əmlakını taladım. Şəhərlərini viran qoydum,od vurub yandırdım.”
Məğlubiyyətə baxmayaraq Manna təslim olmadı, bac vermədi.Assurlar ancaq bac vermklə kifayətləndilər. III Salmanasarın dövründən başlayaraq mixi yazılı mənbələrdə ardıcıl olaraq Manna hökmdarlarının adları və onların paytaxtı Zirta şəhərinin (sonrakı mənbələrdə bu şəhər İzirtu adlandırılır) adı çəkilir.
Hökmdar Udakidən sonra e.ə. 737-ci il yürüşləri ilə əlaqədar III Tiqlatpalasar və II Sarqonun e.ə. 718-ci ilə aid kitabələrində Manna hökmdarı İranzunun adı çəkilir. S.Qaşqay qeyd edir ki, əgər hər iki kitabədə adı çəkilən İranzunun eyni adam olduğunu nəzərə alsaq deməli İranzu 20 ildən çox Mannada hakimiyyətdə olmuşdur.Bu məlumatlardan da görünür ki, Mannada hökmdarlıq təsisatı irsi imiş. Bir-birinin ardınca hökmdarlıq etmiş Aza və Ullusunu İranzunun oğulları idilər. Assur hökmdarı Asarxaddonun müasiri Ahşeridən sonra Mannanı onun oğlu Ualli idarə edirdi. Tədqiqatçılar qeyd edirlər ki, materiallar Manna hökmdarlığının dövlət quruluşu haqqında aşağıdakı şəkildə təsəvvür yaradır. Dövlətin başında irsi hakimiyyət daşıyan hökmdar dururdu. Dövlətin ərazisi hökmdarın təyin etdiyi canişinlər tərəfindən idarə olunan əyalətlərə bölünürdü. Q.A.Melikişvili göstərir ki, hətta bu canişinlərin bəziləri irsi hakimiyyətə malik idilər.
Mannada siyasi kursu dəyişdirmək üçün sui-qəsdlər edilir,mövcud hökmdarlar hakimiyyətdən salınır və özlərinə yarayanlar hakimiyyətə gətirilirdi.Sui-qəsdlərin başında ya hökmdarların oğlanları,ya da qardaşları dururdu. Məsələn, Assur tərəfdarı olan Azani Urartu ilə müttəfiqlikdə olan qardaşı Ullusunu hakimiyyətdən salmışdı. Eyni zamanda II Sarqonun məlumatlarından görünür ki, Ullusunu “özününböyükləri, ağsaqqalları, canişinləri...ağsaqqa llar şurası” ilə birlikdə II Sarqonu qarşılamağa çıxmışdı. Hökmdar hakimiyyətinin möhkəmlənməsi, onun əyanlar tərəfindən idarə olunması, inkişaf etmiş iqtisadiyyat Mannanın Yaxın Şərqin iri dövlətlərindən birinə çevrilməsinə şərait yaratmışdı. Mənbələrin məlumatlarına əsasən Manna dövlətinin möhkəmlənməsi-nin və qüdrətli bir dövlətə çevrilməsinin tarixini müəyyən qədər izləmək mümkündür.
Manna özünün ən parlaq çiçəklənmə dövrünə,görünür ki, hökmdar İranzunun sələfləri və onun öz hakimiyyəti dövründə çatır. İranzunun sələflərinin adı bizə məlum deyil.Belə ki,həmin dövrdə Manna ilə daha çox toqquşan Urartu hökmdarları öz kitabələrində Manna hökmdarlarınn adlarını çəkmirlər. Onlar ümumiyyətlə nadir hallarda öz rəqiblərinin adlarını çəkirlər. Lakin həmin dövrdə Mannanın Urartuya hücuma keçməsi faktı Mannanın artıq güləndiyini göstərir. Buna Assuriyanın Mannada hərbi əməliyyatlar aparmaması da şərait yaradırdı. Assur hökmdar III Tiqlatpalasar artıq Assuriyanı narahat etməyə başlayan Midiya dövləti ilə məşğul olurdu. İranzunun hakimiyyətinin son dövrlərində Mannanın mövqeyi bir qədər zəifləyir. İranzunun ölümündən (təqribən e.ə. 719-716) sonra onun oğulları arasında hakimiyyət uğrunda mübarizə başladı. Atası İranzunun siyasətni davam etdirən və Assur tərəfdarı olan böyük oğlu Aza hakimiyyətə keçdi. Lakin o,çox az hakimiyyət sürdü və tezliklə Urartu ilə ittifaq tərəfdarları tərəfindən məğlub edildi.Urartu lə saziş bağlamış uişdişli Baqdatti və zikertulu Metatti Azanın əlehinə çıxdılar.Aza öz dövlətinin ərazisində müdafiəyə çəkilməyə məcbur oldu. O, “çıxılmaz Uauş dağında” (Səhənd) möhkəmləndi, lakin düşmənləri yenə bilmədiyindən öldürüldü. Hakimiyyətə onun qardaşı Ullusunu gətirildi. (Mənbələrdə Ulussunun Urartu tərəfindən hakimiyyətə gətirildiyi və bunun qarşılığında da bir neçə Manna qalasının Urartuyaa verildiyi qeyd olunur)Assuriya əlbəttə ki,müttəfiq dövlətin itirilməsi ilə barışa bilməzdi. Ona görə də II Sarqon hakimiyyətinn 6,7 və 8-ci illərində tabe etdi. II Sarqonun kitabəsində qeyd olunur:”...Uauş dağında, onlar Azanın Mannanın itirilmiş (Urartuya verilmiş) ərazilərinə yürüş edərək onları yenidən Mannaya meyidini atdıqları yerdə mən Baqdattinin (Azanın qatili) dərisini soydum və onu mannalara göstərdim.”Lakin bu dövrdə Ullusunu Assurla ittifaq göstərməkdən boyun qaçırdı.Buna görə də II Sarqon Mannanın paytaxtı İzirtu şəhərinə hücum edərək Zibia və Armait qalalarını ələ keçirdi. Mannadakı daxili çətinliklərdən istifadə edən Urartu hökmdarı I Rusa Mannanın 22 qalasını tutdu və Manna canişini Dayaukkunu Ullusunuya qarşı qaldırdı. E.A.Qrantsovski müəyyən etmişdir ki,digər canişinlərlə birgə qiyam edən Dayaukku Mannanın Missi vilayətinin hakimi idi.
Manna dövləti e.ə. IX-VIII əsrlərdə Ullusunu çox ağır vəziyyətə düşmüşdü. O, Assurun himayəsindən qurtulmaq və Urartudan yardım almaq fikrindən daşınmalı oldu. II Sarqon onu bağışladı, “bütün günahlarından keçdi” və Manna taxtında saxladı.Həmin dövrdən Ullusunu II Sarqonu müdafiə etdi və Urartu ilə mübarizədə ona yardım etdi. II Sarqonla Ullusunu arasında müqavilə bağlandı.Bu müaviləyə əsasən Ullusunu özündən əvvəlki Manna hökmdrlarına nisbətən Assurdan müəyyən imtiyazlar aldı. Urartu koalisiyasının məğlubiyyətindən sonra II Sarqon Urmiya gölünün Şimal hissəsinə yürüşlərini davam etdirdi və Subi əyalətindəki bir çox qalaları, o cümlədən Sanqibutu əyalətindəki zəngin Ulxu şəhərini Urartudan alaraq Mannaya qaytardı.
II Sarqon Mannanı müttəfiq dövlət adlandırır, Ullusunu ilə görüşərkən ona hədiyyələr verirdi. Mannanın vəziyyəti elə möhkəmləndi ki, artıq II Sarqonun varisləri dövründə o, Assurun üstünlüyünü tanımaqdan imtina etdi və hətta bəzi Assur yaşayış məskənlərini də tutdu. Assur hökmdarı Sinaherrib (e.ə. 705-681) Mannaya yürüş etməli oldu. Lakin bu hərbi yürüş o qədər də müvəffəqiyyətli keçməmiş və Sineharrib xərac almaqla kifayətlənmişdi.
Mannanın növbəti hökmdarı Ahşerinin (Ahseri) adı Asarhaddonun (e.ə. 680-669) məlumatlarından birində çəkilir. Assurla mübarizədə Ahşeri “Manna ölkəsinin əyalətlərində yerləşən kimmerlərin, skiflərin və sakların “ yardımından istifadə edirdi. Asarhaddon özünü “Mannalar ölkəsinin əhalisini,ram edilməyən kutiləri pərən-pərən salan, onları xilas edə bilməyən müttəfiq-skif İşpakanın qoşununu qılıncdan keçirən” kimi qələmə versə də Manna ona tabe olmamışdı.
Assur tanrısının orakulunda verilən sorğularda Asarhaddon addımbaşı soruşur ki,atlar və qoşunla birlikdə assur rəisləri Midiya ölkəsindən xərac almağa gedəndə mannalar onun xərac toplayanlarına hücum edəcəklərmi.
Ahşerinin dövründə madaylar Assur əlehinə üsyan qaldırdıqda mannalar onlarla birgə çıxış edirdilər. Güman edildiyi kimi Kaştaritinin başçılıq etdiyi madayların birliyi xalq hərəkatı nəticəsində yaranmışdı.
Ahşeri Aşşurbanapalın (e.ə. 669-627) daha güclü təzyiqinin sınağından keçməli oldu.Həmin dövrdə Manna şübhəsiz, Assurdan o qədər də gücsüz deyildi. Əvvəlcə Aşşurbanapal sülh müqaviləsi vasitəsilə Manna tərəfindən zəbt edilmiş Assur qalalrının qaytarılmasına çalışdı.Orakula müraciətində Aşşurbanapal soruşur: “xocələrin rəisi Nabuşarrunusur adamlar, atlar və Assur hökmdarı Aşşurbanapalın hərbi qüvvələri ilə (birlikdə) mannaların tutduqları Assuur qalalarını (qaytarmaq üçün getməyə yğışır); (əgər o getsə), istər hər hansı bir insan hiyləgrliyi ,istər xeyirxah sözlə, istər (dostluq) müqaviləsi ilə..nə yolla olursa-olsun bu qalaları o qaytaracaqmı, sənin böyük tanrılığına məlumdur.” Lakin Assur torpaqlarsülhlə qaytarlmadı.Manna və Assur arasında döyüş olsu və Manna məğlub edildi. Saysız-hesabsız kiçik yaşayış məskənləri ilə birlikdə səkkiz möhkəmləndirilmiş şəhər Ayusiaş, Sixua, Naziniri, Paşa(...)su, Busutu, Aşdiaş, Urkiyam un, o cümlədən Urmeyate, Uzbia qalalarını və paytaxt İzirtunu əhatə edən yaşayış məskənləri” talandı və yandırıldı. Bu məğlubiyyətdən sonra mannalar Ahşerinin əlehinə çıxdılar. Mənbələrin məlumatna görə ölkə əhalisi (assur dilində-nise mati) onun meyidini öz şəhərinin küçəsinə tullayıb cəsədini sürütlədilər. Onun qardaşlarını, ailəsini, nəslini qılıncdan keçirdilər.
İ.M.Dyakonov bu üsyanı istismarçılar (assurlar) əlehinə yönəldilmiş üsyan hesab edir. İ.H.Əliyev üsyanın səbəbini hökmdar hakimiyyətinin despotik idarəyə çevrilməsində görür. Q.A.Melikişvli hesab edir ki, narazılığa “Manna hökmdarlarının skiflər və kimmerlərlə ittfaqa aludəçilyi” və sonuncuların Manna torpaqlarına məskunlaşması olmuşdu. Solmaz Qaşqay qeyd edir ki.nəzərə alsaq ki,üsyan məğlubiyyətdən dərhal sonra baş vermişdi, üsyan torpaqlarını itirən torpaq sahiblərinin narazılığı nəticəsində də baş verə bilrdi və yəqin ki,assur kitabəsindəki nise mati ifadəsi də bu cür torpaq sahiblərini nəzərdə tutur.
Görünür ölkədəki bu üsyan daxili idarəetmə üzündən deyil,məhz Ahşerinin xarici siyasətinə qarşı baş vermişdi. Çünki, Aşşurbanapalın Ahşerinin bütün nəslinin qılıncdan keçirilməsi barədəki məlumatının əksinə olaraq Ahşeri öz oğlu Ualli ilə əvəz olunmuşdu. Ahşerinin əlehdarları Assurla ittifaq tərəfdarları idilər və üsyan da Assurun köməyi olmadan hazırlana bilməzdi.
Ahşerinin oğlu Ualli Assurun qələbəsini etiraf etdi,assurların iddia etdikləri xəracı ödədi vəəlavə olaraq 30 at da verdi.O,oğlu Erisini və qızını da hökmdara girov göndərdi.Buna cavab olaraq isə Aşşurbanapal Mannaya öz sülh elçisini göndərdi.
Manna dövlətinin adı çəkilən mixi yazılı kitabələrdə göstərilir ki, o, e.ə. 616-cı ildə Assurun Babillə son müharibəsinə kimi Assurun müttəfiqi olaraq qalmaqda idi.Gedd səlnaməsi məlumat verir ki, Assuru ağır məğlubiyyətə uğradan Babil hökmdarı Nabopalasar (e.ə. ?-605) Assur əyanları və onlara köməyə gələn mannaları əsir aldı. Assuru qəti olaraq məğlubiyyətə uğradan madaylar Yaxın Şərqdə rəqabətsiz qüdrətli bir dövlətin əsasını qoydular. Madaylar Manna dövlətini çox güman ki,e.ə. 615-610-cu illər arasında darmadağın etmişlər. Lakin hələ bir müddət Midiyadan asılı olsa da Manna varlığını qoruyub saxlayırdı.
Mannanın adı çəkilən sonuncu yazılı mənbə Bibliyadır. İeremiya kitabında Urrtu dövləti, Manna və skiflər e.ə. 593-cü ildə madaylarla birlikdə Babil əlehinə çıxışa çağırlırlar. Mannanın düzən və dağətəyi yerlərinin əhalisi əkinçiliklə məşğul olurdu.Arxeoloji qazıntılar zamanı bu ərazilərdə arpa,buğda və darı qalıqları tapılmışdır.Əkinçilər torpağı dəmir toxa və xış ilə şumlayırdılar.Taxılı dəmir oraqla biçirdilər. Assuriya mixi yazılarında göstərilir ki, Mannada taxıl anbarları olmuşdur. Böyük anbarlar dövlətə yaxud hökmdara məxsus idi. Quraqlıq yaxud aclıq vaxtı dövlət anbarlarından əhaliyə taxıl paylanırdı. Bağçılıq və üzümçülük də inkişaf etmişdi. Üzümdən şərab hazırlayırdılar. Mannalıların həyatında maldarlıq mühüm yer tutmuşdur.Atçılıq geniş yayılmışdır. Mannanın Subi vilayəti öz atları ilə xüsusilə fərqlənirdi.Manna əhalisi oturaq həyat sürürdü. Yaz və yay aylarında mal-qaranı,qoyun-quzunu dağlara aparırdılar. Bara-Sanqibuti vilayətində hökmdar sürüləri saxlanılırdı. Təsərrüfatd dəvədən də istifadə edirdilər.
E. ə. IX əsrdə Manna ərazisinda bir sıra xırda dövlət birləşmələri mövcud idi. Bu dövlətlər müstəqil xarici siyasət yürüdür və xarici müdaxiləyə qarşı təkbaşına mübarizə aparırdılar. Mannanın ərazisində Zamua, Mazamua, Gilzan, Allabria, Karalla, Meişta-Mesi, Alateye, Surikaş, Missi, Gizlibunda, Uişdiş, Buştu, Bara-Sanqibuti, Zikirtu və Andia kimi vilayətlər meydana gəlmişdi.
Dostları ilə paylaş: |