Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,84 Mb.
səhifə38/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   ...   103
Qarabağ xanlığı Kür və Araz çayları arasındakı geniş torpaqları əhatə edirdi. Xanlığın banisi Pənahəli xan Qarabağda yaşayan Cavanşirlər tayfasından idi. Vaxtilə Nadir şahın ordusunda xidmət etmiş Pənahəli xan onun ölümündən sonra özünü müstəqil hökmdar elan etdi. O, ilk növbədə xanlığın hərbi qüdrətinin güclənməsinə diqqət verdi. Qarabağ xanlığını İran və qonşu xanlıqların hücumlarından qorumaq məqsədilə 1748-ci ildə Bayat qalasının əsasını qoydu (50, s. 80). Qısa vaxt ərzində qalaya hasar çəkildi, xəndəklər qazıldı, yaşayış evləri, məscid, bazar və hamamlar tikildi.

Qarabağ xanlığının güclənməsi bu yerləri ələ keçirmək istəyən Hacı Çələbini və müstəqilliyə can atan Qarabağ məliklərini ciddi narahat edirdi. Elə buna görə də onlar 1748-ci ildə Pənahəli xanın üzərinə hücum edib Bayat qalasını mühasirəyə aldılar. Lakin bir aydan artıq davam etmiş mühasirə heç bir nəticə vermədi. Bununla belə, düşmənlərin hücum təhlükəsi hələ də qalmaqda davam edirdi. Bu Pənahəli xanı daha etibarlı qala tikdirməyə vadar edirdi.

1752-ci ildə Qarabağ xanı yeni bir qalanın - Şahbulaq qalasının əsasını qoydu. Qarabağ tarixçisi Mirzə Camal yazırdı ki, Pənahəli xan 4 il bu qalada yaşadı. Lakin Şahbulaq qalası da kifayət qədər möhəm deyildi. Bu Pənahəli xanı daha möhkəm qala tikdirməyə vadar edirdi. Pənahəli xan 1756-cı ildə üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş hündür dağ yaylasında yeni bir qalanın əsasını qoydu. Qala əvvəllər öz banisinin adı ilə Pənahabad, sonralar isə Şuşa adlandırıldı. Çox əlverişli strateji mövqeyə malik olan Şuşa düşmən hücumu üçün əlçatmaz olan bir qalaya çevrildi. Qala tezliklə bütün Azərbaycanın mühüm ticarət, sənətkarlıq və mədəni mərkəzlərindən birinə çevrildi. Pənahəli xanın fəaliyyətinin mühüm istiqamətlərindən birini onun hakimiyyətini qəbul etmək istəməyən xristian məliklərinə qarşı mübarizə təşkil edirdi.

Onu da göstərmək lazımdır ki, XVII əsrdə və XVIII əsrin əvvəllərində formalaşmış bu məliklər Nadir şahın hakimiyyəti dövründə xeyli imtiyazlara malik idilər. Müstəqil Qarabağ xanlığının yaranmasından sonra da onlar özlərini müstəqil aparmağa çalışırdılar. Pənahəli xan müxtəlif yollarla məlikləri özünə tabe etməyə çalışırdı. Onun hakimiyyətini birnci olaraq Vərəndə məliyi Şahnəzər qəbul etdi. Pənahəli xan yerdə qalan məliklər arasındakı ziddiyyətdən istifadə edərək onların hamısını özündən asılı vəziyyətə sala bildi. Lakin bu asılılıq əksər hallarda formal xarakter daşıyırdı. Rusiyanın yardımından istifadə edən məliklər imkan düşən kimi müstəqil olmağa çalışır və hətta Qarabağ ərazisində erməni dövləti yaratmağı planlaşdırırdılar. İranda hakimiyyət uğrunda gedən mübarizədən istifadə edən Pənahəli xan Qarabağ xanlığının ərazisini xeyli genişləndirməyə nail oldu. Əvvəllər Qaradağ, Naxçıvan və İrəvan xanlıqlarına tabe olan Tatev, Sisian, Qafan, Mehri, Güney və Göyçə mahalları Qarabağ xanlığına birləşdirildi. Təbriz, Naxğıvan, Gəncə və Qaradağ xanlıqları müəyyən vaxtlar Qarabağ xanlığından asılı vəziyyətdə olurdular. Pənahəli xan öz xanlığının müstəqilliyini də uğurla qoruyub saxlayırdı.

1757-ci ildə Qarabağ xanlığı Məhəmmədhəsən xan Qacarın hücumuna məruz qaldı. Lakin bir aya qədər Qarabağda qalmasına baxmayaraq düşmən ordusu heç Şuşaya yaxınlaşa bilmədi və geri çəkilməyə məcbur oldu.

1759-cu ildə Urmiya hakimi Fətəli xan Əfşar Qarabağa hücum etdi. Şuşanı 6 ay mühasirədə saxlamasına baxmayaraq, düşmən onu ələ keçirə bilmədi. Lakin uzun sürən mühasirənin şəhərdə vəziyyəti pisləşdirdiyini görən Pənahəli xan oğlu İbrahimxəlil xanı girov verməklə mühasirənin dayandırılmasına nail oldu. İbrahimxəlil xanın hakimiyyəti dövründə (1763-1806-cı illər) Qarabağ xanlığı daha da gücləndi və nəinki Azərbaycanın, eləcə də bütün Cənubi Qafqazın ən güclü dövlət qurumlarından birinə çevrildi. Yalnız Azərbaycan xanlıqları deyil, həm də Rusiya, İran və Türkiyə kimi dövlətlər Qarabağ xanlığı ilə hesablaşırdılar.




Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin