Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


Plan: 1. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı



Yüklə 1,84 Mb.
səhifə41/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   37   38   39   40   41   42   43   44   ...   103
Plan:

1. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı.

2. XIX əsrin 40-cı illərində Şimali Azərbaycanda inzibati-məhkəmə və aqrar islahat­ların keçirilməsi.

3. 60-70-ci illərin burjua islahatları.

4. İslahatdan sonra kənd təsərrüfatının vəziyyəti.

5. Sinfi mübarizə.

1. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı.

XVIII əsrin sonu XIX əsrin əvvəllərində Azarbavcamn daxili və beynəlxalq vəziyyəti. XVIII əsrin sonu XIX əsrin əvvəllərində Azərbaycanın daxili və beynəlxalq vəziyyəti çox mürəkkəb idi. Azərbaycanın Arazdan cənubdakı torpaqları Qacarlar səltənətinin tərkibində idi. Qacarlar dövlətinin başçısı Fətəli şah 1799-cu ildə oğlu Abbas Mirzəni Azərbaycan ordusunun başçısı təyin etmiş və 1805-ci ildən Cənubi Azərbaycan tor- paqlannm idarə edilməsini də ona tapşırmışdı. Dövrünün görkəmli dövlət və hərbi xadimi olan, şahzadə titulu daşıyan Abbas Mirzə islahatlar apararaq Azərbaycan ordusunu müasir, modern bir orduya çevirməyə çalışırdı. Bu vətənpərvər türkün qəlbində gələcəkdə dövlətin paytaxtını Təbrizə köçürtmək, türk dilini Qacar imperatorluğunun rəsmi dövlət dili elan etmək arzusu yaşayırdı. Cənubi Azərbaycamn hərbi, mədəni və iqtisadi həyatının yeniləşdirilməsi sahəsində atdığı addımlara görə, sonralar din xadimlərinin təsiri ilə Fətəli şah tərəfindən Azərbaycandan uzaqlaşdınimışdı. 1832-ci ildə Xorasanda vəfat edən Abbas Mirzə son nəfəsində “Azərbaycan, Azərbaycan” - deyərək gözlərini yummuşdu.

Azərbaycamn şimalında isə tam siyasi pərakəndəlik hökm sürürdü. Ayn-ayn xanlıqların torpaqlanmızı vahid dövlətdə birləşdirmək cəhdləri baş tutmadığından Azərbaycan hər hansı bir xarici təcavüzün qarşısını almaqda gücsüz idi. Cənubi Qafqaz, o cümlədən Azərbaycan üçün əsas təhlükə Rusiyadan gəlirdi. Bölgədə rus təcavüzünün qarşısını almağa Osmanlının da artıq yetərincə gücü qalmamışdı. Hələ üstəlik Osmanlı imperiyası üçün əsas təhlükə olan Napaleon Fransasına qarşı koalisiyaya qoşulmağa məcbur olan Osmanlı hökuməti istər-istəməz Rusiya ilə yaxınlaşmalı olmuşdu. 1799-cu il yanvar ayımn 3-də 8 il müddətinə bağlanmış Osmanlı-Rusiya ittifaq müqaviləsi Rusiyamn Cənubi Qafqazda əl-qolunu açdı. Müqaviləyə əməl edərək bitərəf mövqe nümayiş etdirən Osmanlı dövləti 1806-cı ilədək bu bölgədə gedən hərbi-siyasi proseslərə demək olar ki, qanşa bilmədi.

Bölgə üçün əsas təhlükə mənbəyi olan Rusiyanın Cənubi Qafqaz və Azərbaycan siyasəti təcavüzkarlığı ilə seçilirdi və onun əsas məqsədi Azərbaycamn torpaqlarını və sərvətlərini ələ keçirmək. Xəzəri Rusiyanın daxili dənizinə çevirmək. Şimali Qafqazdakı azadlıq mübarizəsini cənubdan təcrid etmək. Osmanlını tamamilə bölgədən sıxışdırıb çıxartmaq və İngiltərənin Şərqdə təsir dairəsini genişləndirmək cəhdlərinin qarşısını almaqdan ibarət idi.


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin