Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


Totalitar sosializm cəmiyyətinin qurulması. Kütləvi repressiyalar



Yüklə 1,84 Mb.
səhifə66/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   62   63   64   65   66   67   68   69   ...   103
Totalitar sosializm cəmiyyətinin qurulması. Kütləvi repressiyalar. Sovet rejimi proletar diktaturası adlandırılırdı. Ölkədə qanunlar deyil, partiya qərarları işləyirdi. AK(b)P yaranandan 30-cu illərin ortalarına kimi Azərbaycanda partiya rəhbərliyi çox tez-tez dəyişirdi. Ona əvvəllər V.Noneyşvili, Y.Stasova, V.Dumbadze, Q.Kaminski, S.M.Kirov başçılıq etmişdi. Sonra Mirzoyan-Qarayev- Ağaverdiyev birliyi, N.Giqalo, V.Polonski, Ruben və nəhayət, 1934-cü ildə M.C.Bağırov gətirilmişdi və 1953-cü ilədək sabitlik olmuşdu.

20-ci illərin ortalarından başlanan sosialist yenidənqurmalarının başlıca nəticəsi olaraq Azərbaycandan da Stalin modelli totalitar sosializm cəmiyyəti quruldu. İstehsal vasitələri ictimai mülkiyyət adı ilə dövlətin əlində cəmləşdi. Respublika əhalisinin sosial tərkibində ancaq fəhlələr, kolxozçu kəndlilər və onların arasından çıxan ziyalılar qaldılar – 86% dövlət sosializm təsərrüfatında əhatə olunmuşdu. 1936-cı il dekabrın 5-də qəbul olunmuş yeni Konstitusiyaya görə Azərbaycanın daxil olduğu Zaqafqaziya Federasiyası ləğv olündu. Azərbaycan birbaşa SSRİ tərkibinə daxil edildi. 1937-ci il martın 10-da Azərbaycan SSR-nin yeni Konstitusiyası qəbul olundu.




Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin