İstifadə edilmiş ədəbiyyatlar
1. Azərbaycan tarixi 7 cilddə. Yeddinci cild Bakı “Elm”. nəşriyyatı 2007
2. XX əsr Azərbaycan tarixi II cild Bakı 2014
4. İsmayıl Məmmədov, Azərbaycan tarixi. Bakı 2005.
5. S.Allahverdiyev, Ə.Haqverdiyev, M.Behbudov “Azərbaycan tarixi” Bakı 2007
6. İradə Nuriyeva. Azərbaycan tarixi. Bakı: 2015.
Azərbaycan müstəqilik illərində
Plan:
1. Azərbaycan SSR yenidənqurma dövründə (80-ci illərin ikinci yarısı - 90-cı illərin əvvəlləri). 2. Azərbaycanda dövlət müstəqilliyinin bərpası. 3. Müstəqilliyin möhkəmləndirilməsi uğrunda mübarizə. 4. Azərbaycan XXI əsrin başlanğıcında.
1) Sovet cəmiyyətində böhran. Qarabağ düyünü. XX əsrin 80-ci illərinin ortalarında sovet dövlətində iqtisadi, siyasi və ideoloji böhran başladı. Bu böhranın daxili və xarici səbəbləri vardı. Daxili səbəblər inzibati-amirlik idarə üsulu, "sosialist istehsal üsulunun mövcudluğu", sahiblik hissinin, rəqabətin olmaması, büdcəsinin böyük bir hissəsini silahlanmaya xərclənməsi və s. idi. SSRİ-nin tənəzzülünün xarici səbəbləri onda idi ki, sovet dövləti demokratik qüvvələri ona qarşı qoyan hərbi tarazlıq yaratmış, antikommunist dairələr bundan da faydalanaraq sosializmə qarşı mübarizəni genişləndirmişdi. Şərqi Avropada orta-mənzilli sovet raketlərinin yerləşdirilməsi, 1979-cu ildə sovet qoşununun Əfqanistana daxil olması, sovet dövlətinə qarşı hazırlanan hərbi proqrama qarşı cavabın hazırlanması da sovet cəmiyyətinin tənəzzülünü sürətləndirdi.
1985-ci ilin aprelində hakim Sov.İKP SSRİ-də "yenidənqurma" adlanan siyasətə keçdi. Bu siyasət ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməyi, "aşkarlığı", cəmiyyəti demokratikləşdirməyi nəzərdə tuturdu. Sov.İKP MK-nin Baş katibi M.S.Qorbaçov 1988-ci ildə həm də SSRİ Ali Soveti Rəyvsət Heyətinin sədri oldu. 1989-cu ildə ölkədə xalq deputatlarının çoxmandatlı sisem əsasında ilk seçkiləri keçirildi.
Lakin Azərbaycan rəhbərliyi respublikanın əhalisini SSRİ-də baş verən hadisələrdən kənarda qoymağa çalışırdı. Həmin dövrdə DQMV-də baş verən hadisələr bütün azərbaycanlıları siyasi mübarizəyə cəlb etdi. SSRİ-də milli zəmində qarışdurma Azərbaycan SSR-in DQMV ərazisində baş verdi. "Qarabağ düyünü" hələ bu hadisələrdən əvvəl hazırlanmışdı. Əvvəla regionlarda milli qarşıdurma yaratmaqla əhalinin diqqətini başqa vacib məsələlərdən yayındırmağa çalışırdılar. H.Əliyevin Moskovada yüksək vəzifədən uzaqlaşdırılması ermənilərin əl-qolunu açdı. Zori Balayan saxtakarlıqla dolu olan "Ocaq" adlə kitabında yazdığı sayaqlamalarında Azərbaycan xalqına böhtan atdı. 1987-ci ildə M.Qorbaçovun ən yaxın əlaltısı Aqanbeykan Parisdə "Humanite" qəzetində Dağlıq Qarabağın Ermənistana verilməsinin məqsədəuyğun olması barədə iftiraçı bəyanat verdi. Şovinist xəstəliyinə tutulmuş ermənilər xaricdəki və Rusiyadakı ağaları tərəfindən müdafiə olunurdular və bütün vasitələrlə azərbaycanlıların simasında vəhşi obrazı yaratmağa çalışırdılar.
Bütün bunlardan sonra Ermənistanda dövlət səviyyəsində azərbaycanlıları dədə-baba torpaqlarından qovmaq üçün silahlı dəstələr təşkil etdilər. 1988-ci ilin yanvarında Qafan və Mehri rayonlarından ilk qaçqın axını Azərbaycana daxil oldu. Həmin il fevralın 8-də Xankəndində DQMV-nin Ermənistana verilməsi üçün imza toplandı. Fevralın 12-də Xankəndində mitinqlər başlandı.Əslində bu hadisələrin ssenarisi çoxdan hazırlanmışdı.
1988-ci il fevralın 21-də DQMV Xalq Deputatları Sovetinin sessiyası vilayəti Emənistana vermək haqqında qeri-qanunu qərar qəbul etdi. Yerevan və Xankəndində mitinqlər başlandı.Bütün Qarabağın azərbaycanlı əhalisi ermənilərin özbaşınalığına qarşı ayağa qalxdılar. Lakin Moskovanın tapşırığını "sədaqətlə"icra edən Azərbaycan rəhbərləri bunun qarşısını aldılar. Ermənilər isə vəhşiliklərini davam etdirdilər, 1988-ci il fevralın 24-də Əsgəran rayonunda iki azərbaycanlı gənci qətlə yetirdilər, 19 nəfəri yaraladılar.
Ermənilər öz cinayətlərini ört-basdır etmək üçün həmin il fevralın 28-də Sumqayıtda faciə törətdilər, 32 nəfər öldürüldü,soyğunculuq,talancılıq və digər cinayətlər törədildi. Azərbaycanda sabitliyi pozmaq və düşməncilik ehtiraslarınə gücləndirmək məqsədilə Qriqoryan adlı bir erməni beş erməni öldürmüşdü. Sovinist erməni liderləri, maraqlı super dövlətlərin xüsusi xidmət idarələrinin adamları bunları lentə almışlar və azərbaycanlıların əməlləri kimi bütün dünyada yaydılar.
Bundan sonra ermənilərin azərbaycanlılara qarşı vəhşilikləri geniş vüsət aldı. Spitaka 1-14 yaşlı 70 nəfər uşaöı böyük borunun içinə yığıb hər ki tərəfdən ağzını qaynaq etmişdilər. 1988-ci ilin dekabrın 11-də Azərbaycandan Ermənistanın zəlzələ zonasına göndərilən "İL-76" təyyarəsini vurdular. Təyyarədə 78 nəfər həlak oldu. Onlardan ancaq biri sağ qaldı. 1991-ci il avqustun 8-də Ermənistan SSR-də sonuncu Azərbaycan kəndi -Mehri rayonundakı Nüvədi kəndi rus əsgərlərinin köməyi ilə boşaldıldı.
Beləliklə, azərbaycanlı türk-müsəlman əhalisinin Ermənistandan çıxarılmasının dördüncü mərhələsi başa çatdı. Daha Ermənistan deyilən ərazidə azərbaycanlı qalmadı. Ermənistandakı 185 zərbaycanlı kəndindən 230 min nəfər azərbaycanlı qovuldu. Dünya ictimayyəti bütün bunlara daşürəkli münasibət göstərib biganə qaldı. Dünyanın nüfuzlu təşkilatları, dövlət başcıları və siyasi xadimləri sonralar bütün bunları"informasiya blokadası"adlandırıb, Azərbaycanın özünü dünyada tanıda bilməməsi ilə izahb etməyə çalışırdılar. Bu isə erməniləri, xüsusilə Dağlıq Qarabağ ermənilərini yeni seperatçı cinayətlərə şirnikdirdi.
Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin 1988-1995-ci illərdə, "Azərbaycan SSR-in DQMV-nin sosial-iqtisadi inkişafının sürətləndirmək tədbirləri haqqında" qərar qəbul etdi. Əslində bu qərar Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün ilk addım idi. DQMV -nin sosial-iqtisadi vəziyyəti Azərbaycanın və ümumiyyətlə ,keçmiş sovetlər birliyinin bütün digər rayonlarından yüksək idi. 1988-ci ilin iyununda Ermənistan SSR Ali Soveti DQMV Xalq Deputatları Sovetinin Ermənistana birləşdirmək haqqında qərarına razılıq verildi.
Azərbaycanlıların Dağlıq Qarabağ ərazisindən çıxarılmasına başlandı. Mərkəzin hər bir addımı Azərbaycan xalqına qarşı yönəldilirdi. 1989-cu ilin yanvarında SSRİ Ali Soveti Rəyasət Heyəti "Azərbaycan SSR-in DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında " qərar verdi. Konustitusiyada müvafiq dəyişiklik etdi. Birbaşa Moskvaya tabe olan Xüsusi İdarə Komitəsi (XİK) yaradıldı. Qatı ermənipərəst və imperiya maraqlarının icraçısı olan Arkadi Volski onun başçısı təyin edildi.XİK qayda-qanun yaratmaq əvəzinə ,nəinki erməni silahlı dəstələrinin fəaliyyətinə mane olmadı,hətta,azərbaycanlıların DQMV ərazisindən çıxarılmasına şərait yaratdı. DQMV əslində təcrid edilib Azərbaycanın tabeliyindən çıxarıldı. 1989-cu ilin iyununda Stepanakertdə ( Xankəndində) yaşayan bütün azərbaycanılar şəhərdən çıxarıldı.
Azərbaycan ictimaiyyətinin təsiri altında SSRİ Ali Soveti 1989-cu il noyabrın 28-də XİK-ni ləğv etdi. Vilayətin idarə olunması Azərbaycan SSR-in Təşkilat Komitəsinə tapşırıldı. Təşkilat Komitəsinə SSRİ Ali Sovetinin xüsusi komissiyası nəzarət edirdi. Mərkəz heç bir təsirli tədbir görmədi.Buna görə də Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 01 -də "Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında" qərar qəbul etdi. DQMV-nin siyasi və iqtisadi idarəsi Ermənistana tabe edilməsi üçün saxta hüquqi baza yaradıldı.
Dostları ilə paylaş: |