Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


-ci il iyulun 18-də SSRİ Ali Sovetinin iclasından sonra



Yüklə 1,84 Mb.
səhifə79/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   75   76   77   78   79   80   81   82   ...   103
1988-ci il iyulun 18-də SSRİ Ali Sovetinin iclasından sonra DQMV-ni siyasi yolla ələ keçirməyin mümkün olmadığını görən ermənilər Azərbaycana qarşı elan olunmayan mübarizəyə başladı. Respublika rəhbərliyi yenə də müşahidəçi mövqe tutdu. Ermənilər isə daha da azğınlaşırdı. Dağlıq Qarabağda Şuşa şəhəri yaxınlığındakı Topxana meşəsindəki ağacları qıran ermənilər guya sənaye obyekti tikməyə başladılar. Əslində hər iki tərəfi qızışdırıb etnik düşmənçiliyi dərinləşdirən bu hiylə ehtirasları coşdurub xalqı idarəedilməzliyə sövq etmək məsədi güdürdü. Bu xəbər xalqı hərəkətə gətirdi. Noyabrın 15-16-da Bakıda mitinqlər başlandı. Xalq hərəkatının kortəbii mərhələsinin ən yüksək dövrü noyabrın 17-dən başlandı. 17 noyabr Azərbaycan xalqının tarixinə Milli Dirçəliş Günü kimi daxil oldu. Həmin gün mitinqdə 500 min nəfər iştirak edirdi. Azadlıq meydanı da gecələr izdahamlı idi. Fasiləsiz mitinqlər dekabrın 4-nə kimi davam etdi.

Mitinqdə Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağı dalğalanırdı.Mitinqin iştirakçılarının əsas tələbləri respublikanın ərazi bütövlüyünü qorumaq,Ermənistanın Azərbaycana qarşı təcavüzünü dayandırmaq, DQMV-də xüsusi idarə rejmini ləğv etmək idi. Əks təqdirdə SSRİ Ali Sovetinin sessiyasında Ermənistanın təcavüzü ilə əlaqədər məsələ qaldırmaq, iqtisadi sanksiyalar tətbiq etmək tələbi də irəli sürüldü. Hökümət 1988-ci ili dekabrın 4-də gecə ordunun köməyi ilə mitinqi dağıtdı, fövqəlada vəziyyət elan etdi. Azərbaycanda siyasi böhranın klassik forması yarandı. 1988-ci il 17 noyabrdan 4 dekabra qədər olan dövr Azərbaycan tarixinə Meydan hərəkatı kimi daxil oldu. Meydan hərəkatı xalqın ümummilli mənafeyi respublikanın ərazi bütövlüyü uğrunda birləşdirirdi və təşkilatlandırırdı.




Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin