Mövzu: IX-XI əsrlərdə Azərbaycanda feodal dövlətləri
Plan:
1. Azərbaycanin xilafət hakimiyyətindən azad olması.
2. Şirvanşahlar dövlıəti.
3. Sacilər dövləti.
4. Səlarilər dövləti.
5. Ruslar Azərbaycanda.
6. Şəddadilər dövləti.
7. Rəvvadilər dövləti.
Azərbaycanin xilafət hakimiyyətindən azad olması. IX əsrdə xilafətə tabe olan ölkələrdə azadlıq müharibələrinin genişlənməsi, feödalläşma prosesinin inkişaıfı mərkəzi hakimiyyətə tabe olmaq istəməyən qüvvələrin artmasına və daxili çəkişmələrin qüvvətlənməsinə səbəb olduğundan Xilafət getdikcə zəiflədi.
Abbasilər imperiyasının dağılması gedişində Azərbaycanda bir sıra müstəqil feodal dövlətləri meydana gəldi. Belə bir şəraitdə xilafətin işğal etdiyi ölkələrdə yerli hökmdarlıqlar əmələ gəldi və onlar xilafət hakimiyyətinə tabe olmaqdan boyun qaçırdılar. IX əsrdə Azərbaycan, Orta Asiya, İran, Suriya və s. ölkələrdə yerli feodal dövlətlər yaranmışdı. Hələ xilafətin tərəqqisi dövründə Azərbaycanda, xüsusilə Arranda ərəblərdən asılı olan Sünik, Varsan, Beyləqan, Qəbələ, Şəki və s. kimi knyazlıqlar vardı. Lakin göründüyü kimi, onlar müstəqil deyildilər.
Babək üsyanı yatırıldıqdan sonra, IX-Xl əsrlərdə Azərbaycanda yaranmaqda olan feodal dövlətləri ərəblərin hakimiyyətindən imtina edir və özlərinin istiqlaliyyətinə nail olurdular. Belə dövlətlər sayca çox idilər. Onlardan daha nüfuzlulan Şirvanşahlar, Şəddadilər, Sacilər, Salarilər və Rəvvadilər idi. Sonuncu üç dövlət müxtəlif dövrlərdə müvafiq olaraq bir-birini əvəz etmişdi.
Dostları ilə paylaş: |