Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


Yanvarın 19-dan 20-nə keçən gecə hər tərəfdən Sovet ordusunun hücumu başlandı



Yüklə 1,84 Mb.
səhifə81/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   77   78   79   80   81   82   83   84   ...   103
Yanvarın 19-dan 20-nə keçən gecə hər tərəfdən Sovet ordusunun hücumu başlandı. Əməliyyatda SSRİ Müdafiə Naziri D.Yazov başçılıq edirdi.Silahsız adamlara atəş açıldı, onlar döyüş maşını ilə əzişdirildi. Bakıda və digər rayonlarda 131 nəfər öldürüldü, 744 nəfər yaralandı,400 nəfər həbs olundu. Bu qanlı hadisə Azərbaycan xalqının tarixinə "Qanlı yanvar" günü kimi daxil oldu.

Respublikadan Moskvaya qeyri-müəyyən vəziyyətdə qaçmış Ə.Vəzirovun yerinə AKP MK-ya birinci katib A.Mütəllibov təyin edildi. AXC ilə iqtidar razılığa gəlib Məşvərət Şurası yaratdılar.

Azərbaycan SSR Ali Sovetinin sessiyası 1990-cı il mayın 19-da prezident vəzifəsi təsis etdi və bu vəzifəyə A.Mütəllibov seçdi. Sentyabr ayında Azərbaycan SSR Ali Sovetinin seçkiləri keçirildi. 20-də artıq ictimai təşkilatı birləşdirən "Demokratik blok" 360 deputat mandatından cəmi 30-nu ala bildi. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası qərarı ilə ölkə "Azərbaycan Respublikası " adlandı. Azərbaycan Xalq Cmhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı olaraq təsdiq edildi.

Mədəniyyət. Mədəniyyət sahəsində keçid dövründə bir sıra çətinliklər yarandı. Əsas çətinlik vəsait çatışmamazlığı, SSRİ məkanında əlaqlərin kəsilməsi, respublikanın daxilində siyası sabitliyin olmaması idi.

Azərbaycan poeziyasının görkəmli siması olan Xəlil Rza Ulutürk ömrü boyu azadlıq və müstəqilik uğrunda mübarizəyə sadiq qalmış, şerlərini silaha çevirmişdir. O, "Davam edir 37" və "Zindan" adlı silsilə şerlərinə M.F.Axundov mükafatına layiq görlmüşdü. Bu dövrdə B.Vahabzadə, M.Dilbazi, N.Xəzri, M.Araz xalqın mənəvi aləmi ilə bağlı əsərlər yaratdılar. B.Vahabzadə "Şəhidlər" poemasında xalqı mətinliyə, birliyə çağırırdı.




Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin