Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


-ci il fevralın 25-26 -da erməni seperatçıları Xankəndindəki Rusiyaya məxsus 366-cı motoatıcı alayının iştirakı ilə Xocalını tutdular



Yüklə 1,84 Mb.
səhifə86/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   82   83   84   85   86   87   88   89   ...   103
1992-ci il fevralın 25-26 -da erməni seperatçıları Xankəndindəki Rusiyaya məxsus 366-cı motoatıcı alayının iştirakı ilə Xocalını tutdular. XX ən dəhşətli soyqırımını törətdilər. Əlif Hacıyev, Tofiq Hüseyinov (ölümlərindən sonra onlara Milli Qəhrəman adı verildi) və digər komandir və döyüşçülərin səyinə baxmayaraq, Xocalını erməni seperatcıları ələ keçirdilər. Nəticədə Xocalı soyqırımında 613 nəfər öldürüldü, 487 nəfər yaralandı, 1275 nəfər əsir alındı, 6 ailə tamamilə məhv edildi, şəhər yandırıldı.

Bu hadisədən sonra Azərbaycan cəmiyyətində siyasi gərginlik artdı. 1992-ci il martın 6-da A.Mütəllibov istefa verdi.Hərbi sahədə təcrübəsiz,səriştəsiz R.Qazıyev müdafiə naziri oldu. Ermənilər mayın 7-8 də Rusiya ordusunun əsgər və zabitlərinin köməyi ilə Şuşanı, mayın 17-də isə Laçını işğal etdilər.

1992-ciil mayın 14-də Ali Sovetin sessiyasında A.Mütəllibovun tərəfdarları onu hakimiyyətə qaytardılar. Azərbaycanın demokratik qüvvələri Ali Sovetin qərarını Konustitusiyaya zidd hesab etdi. AXC mayın 15-də parlament binasını tutdu. AXC hakimiyyətə gəldi. Mayın 18-də İsa Qəmbər Ali Sovetin sədri, iyunun 7-də isə Əbülfəz Elçibəy prezident seçildi. İ.Qəmbər yeni prezident seçkisinədək respublika prezidenti vəzifəsini icra etdi.

AXC və Müsavat hakimiyyəti dövründə Azərbaycanda iqtisadi və siyasi böhran dərinləşdi. 1992-ci il mayın 15-də imzalanmış Daşkənd müqaviləsinə əsasən, SSRi-nin hərbi əmlakı bölüşdürüldü. Aviasiya polku yaradıldı. Xəzər donanmasının qüvvə və vəsaitinin 25%-i Azərbaycana düşdü. Lakin Azərbaycana verilən hərbi obyektlər, texnika və cihazlar yararsız hala salınmışdı. 1992-ci ilin iyununda respublikanın silahlı qüvvələrinin vahid mərkəzdən idarə etmək məqsədilə vahid komandalıq yaradılması haqqında fərman verildi vəordu quruculuğunda mühüm əhəmiyyətə malik oldu.




Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin