Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


XIV MÖVZU Azərbaycan I Dünya müharibəsi dövründə (1914-1918-ci illər) PLAN



Yüklə 1,44 Mb.
səhifə10/15
tarix30.04.2018
ölçüsü1,44 Mb.
#49527
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   15

XIV MÖVZU
Azərbaycan I Dünya müharibəsi dövründə

(1914-1918-ci illər)



PLAN
1.İmperialist müharibəsinin başlanması və Azərbaycan.

2.Müharibənin iqtisadiyyata təsiri. Zəhmətkeşlərin inqilabi: çıxışları.

3.Fevral burjia- demokratik inqilabının qələbəsi Azərbaycanda siyasi

vəziyyət. 1918-ci il mart soyqırımı.



ƏDƏBIYYAT

1. Azərbaycan tarixi. VII cilddə, V cild, Bakı, 2008, səh.162-191.

2. Məmmədov İ, Məmmədov Ç. Siyasi tarix, Bakı,2004,səh.71-74.

3. Siyasi tarix (mühazirə kursu).I hissə , Bakı, 1995,səh. 154-166.

4. Əliyev H.Ə.Azərbaycanlıların soyqırımı haqqında .28 mart, 1998-ci il

fərmanı.


5. Hacıyev H. İstiqlalın əzablı yolu. Bakı, 1991.

6. Musayev İ.Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət.(1917-1920-ci

illər), Bakı,1992.

XIX əsrin sonlarından başlayan kapitalist dövlətləri arasında dünyanın bölüşdürülməsi uğrunda mübarizə 1914-1918-ci illərdə bəşəriyyatın ilk ən böyük dəhşətli müharibəsinin başlanmasına səbəb oldu. Birinci Dünya müharibəsi kimi tarixə düşən bu savaş 40-dan çox ölkəni əhatə etmişdi. Başlıca olaraq bu ölkələr 2 hissəyə bölünmüşlər: Antanta (İngiltərə,Fransa,Rusiya və b.) və Üçlər ittifaqı (Alman,Avstriya-Macarıstan, İtaliya) . Müharibənin gedişatında Üçlər ittifaqı Dördlər ittifaqına (Alman,Avstriya-Macarıstan,Türkiyə,Bolqarıstan) çevrilmişdir.

      Müharibəyə başlanmasına bəhanə 28 iyun 1914 ildə Sarayevoda Avstriya-Macarıstan imperiyasının vəliəhdi Frans-Ferdinandın qətlə yetirilməsi oldu.

     Hərbi bloklara daxil olan dövlətlərin ayrı-ayrılıqda xüsusi işğalçılıq planları vardı. Bu planlarda Azərbaycan və onun nefti xüsusi yer tuturdu. Hələ müharibə ərəfəsində Azərbaycan neftini ələ keçirilməsi uğrunda ingilis və alman inhisarları rəqabəti artmışdır. Almaniya Bakı neftini ələ keçirmək üçün Türkiyədən istifadə etmək istəyirdi və bunun üçün hətta türk ordusunu müharibəyə hazırlayırdı.

     Almanlar yalançı vədlərlə Türkiyənin Qafqaza sahib olmasına və Qafqazda müsəlman dövləti yaradılmasını bildirirdi.

     Azərbaycanı öz müstəmləkəsi olaraq saxlayan Rusiya isə boğazlara sahib olub Türkiyəni bölüşdürmək istəyirdi. Osmanlılara gəldikdə isə keçmişdə itirdiyi torpaqları geri qaytarmağı, Qafqaz müsəlmanlarını çarizmin müstəmləkə əsarətindən xilas etməyi planlaşdırırdı. Türkiyə Rusiya ilə müharibədə Qafqazdakı müsəlman xalqlarının köməyinə ümid bəsləyirdi. Lakin Türkiyə hökuməti Azərbaycanın müstəqilliyinə dair heç bir vəd vermir, onun gələcək Turan imperiyasının tərkibinə qatılmasını planlaşdırırdı.

Türklərin bilavasitə vəzifəsi Qars və Sarıqamış istiqamətində rus qoşunlarını məğlub edərək Cənubi Qafqazı istila etmək idi. Lakin Sarıqamış istiqamətində türk qoşunları məğlub oldular. Türk qoşunları eyni zamanda Cənubi Azərbaycan ərazisinə girərək 1915- ci il yanvarın 1-də Təbrizi və Urmiyanı ələ keçirdilər. La-kin yanvarın sonunda rus qoşunları Türkiyəni bu yerlərdən çıxara bildi.

I Dünya müharibəsinin başlanması Azərbaycan cəmiyyətinin müxtəlif təbə-qələrində ziddiyətli əks-sədaya səbəb oldu. Cəmiyyətin yuxarı sosial təbəqələri burjuaziya, mülkədarlar və liberal ziyalılar Rusiyanı müdafiə edirdilər. Eyni za-manda Dövlət Dumasının müsəlman fraksiyası da çar hökumətini müdafiə edir, bütün müsəlmanları “Rusiyanın şöhrəti və bütövlüyünün” qorunmasına çağrırdı.

Mütərəqqi Azərbaycan ziyalıları müharibə nəticəsində xalq üçün geniş azadlıqlar əldə ediləcəyinə ümid bəsləyirdilər.F.X.Xoyski bu münasibətlə deyirdi: “Bu müharibənin qalibi, kim olursa olsun, bu müharibədən çoxlu yaralarla və zəifləmiş şəkildə çıxacaq. Zəifləmiş və yaralanmamış bizlər isə xahiş yox, tələb edə biləcəyik. Müstəqillik, bax bizim üçün lazım olan budur, özüdə böyük dövlətlər müharibədən sonra nə qədər zəif olsalar, bizim üçün azadlıq o qədər yaxşı olacaq. Bu azadlıq bizim qüvvəmizdən, bizim neftimizdən doğacaq.Çünki biz dünyaya daha çox lazımıq, nəinki dünya bizə”

M.Ə.Rəsulzadə də göstərirdiki bu müharibə əzilən ölkələrin müstəqilliyini möhkəmləndirərək sülhlə bitəcək.

1914-1915-ci ilərdə türk inisarları, habelə azərbaycanlı mühacirlər antirus təbliğatı gücləndirisələr də, bütünlükdə Azərbaycan cəmiyyəti Rusiyanın qələbə-sini dəstəkləyirdilər.

Milyonçulardan H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev, H.Hacinsi və baş-qaları bu müharibəyə çoxlu miqdarda ianələr verirdilər.Yerli burjuaziyanın təşəbbüsü ilə Bakı və digər şəhərlərdə əhalidən ianə toplayır və xeyriyyəçilik işləri davam etdirilirdi.

Çar hökuməti müsəlmanları orduya çağırmasada, bir çox azərbaycanlılar könüllü surətdə hərbi xidmətə gedirdilər. Müharibədə 200 nəfərdən çox azərbaycanlı zabit vuruşmuşdu. Məşhur generallar S.Mehmandarov, Ə.Şıxlinski, Hüseynxan Naxçıvanski: bu müharibədə böyük şucaət göstərmişdi-lər. H.Naxçıvanskinin rəhbərlik etdiyi “Vəhşi Diviziya “ ən iri müsəlman hərbi divi-ziyası idi. Şuşada təşkil olunmuş “Tatar süvari alatyı” bu diviziyanın tərkib hissəsi idi.Bu diviziyanın seçmə süvari alayları bütünlükdə azərbaycanlı və Dağıstanlı könüllülərindən ibarət idi.

1914-cü il Lodz əməliyyatında 21-ci piyada diviziyasının komandiri S.Mehmandarov xüsusuilə fərqlənirdi.O, rus qüvvələrini mühasirəyə almağa çalışan alman general Markezinin hərbi planlarını pozmuş və onlara güclü zərbə vurmuşdu. S.Mehmandarov müharibənin sonuna yaxın korpuslar qrupuna komandirlik etmişdi.

“Artilleriyanın allahı” adlandırılmış general-leytenant Ə.Şıxlinski rus ordu-sunda artilleriya işinin ən mahir ustası sayılırdı. Müharibənin ilk günlərindən Peterburqun artilleriya müdafiəsi ona tapşırılmışdı.1915-ci ildə Ə.Şıxlınski Ali Baş Komandanlıq qərərgahında işləmiş, sonra Qərb cəbhəsinin artilleriya rəisi, müha-ribənin sonuna yaxın isə 10-cu ordunun komandanı vəzifəsini tutmuşdu.

Bir çox Azərbaycanlı zabitlər –polkovnik Talıb Vəkilov, rotmistr Teymur Nov-ruzov, kapitan Tərlan Əliyarbəyov və başqaları döyüşlərdə göstərdikləri igidliklərə görə yüksək mükafat olan “Georgi xaçı” ilə təltif edilmişdilər.

İlk azərbaycanlı hərbi təyyarəçi poruçik Fərrux Qayıbov rus aviasiya qrupunun tərkibində Vilnodakı alman hərbi obyektlərinə hücumda iştirak etmiş-di. Bir saat ərzində o, düşmənin 4 təyyarəsi ilə vuruşmuş, onlardan üçüncü vurub salmış, lakin özü də vurularaq qəhrəmancasına həlak olmuşdur.

Müharibə dövründə Azərbaycanda fəaliyyət göstərərək partiya və siyasi təş-kilatların da müharibəyə münasibətləri fərqlənirdi.

Bakıda fəaliyyət göstərən “Daşnaksütun”, “Qnçak” erməni partiyaları guya kı, ermənilərin həyatında yeni səhifə açmalı olan bu müharibədə erməni xalqının iştirakına tərəfdar çıxaraq onları mübarizəyə səsləyirdilər.

Bakı menşeviklərinin mövqeyi xeyli ziddiyətli idi. Onlar müharibənin ilk günlərində vərəqələr çap edərək müharibəni pisləyirdilər. Eserlər də müharibəyə müxtəlif mövqelərdən yanaşırdılar.

Bu müharibədə yalnız bolşeviklər partiyası öz hökuməti əlehinə çıxaraq imperialist müharibəsini vətəndaş müharibəsinə çevirmək taktikasını irəli sürürdü-lər.Bolşeviklərin müharibə əlehinə fəaliyyəti zəhmətkeş kütlələr arasında narazı-lığı daha da artırırdı. Bu da Bakı və digər şəhərlərdə bir sıra tətillərin baş verməsi-nə səbəb oldu.

-Müharibə ölkənin iqtisadiyyatına güclü dağıdıcı təsir göstərmişdi. Cəbhəyanı bölgəyə çevrilmiş Azərbaycan sənayesi digər arxa rayonlara nisbətən müharibənin dağıdıcı təsirinə daha çox məruz qalmışdı. Müharibə əmtəə dövriyyəsinin, nəqliy-yatın işini pozmuş, xammal və avadanlıq idxalını məhdudlaşdırılmışdı.

Azərbaycan neft sənayesi müharibə illərində ciddi çətinliklərlə üzləşdi. Kəskin neft böhranı yaranmış oldu. Texniki vasitələrin çatışmazlığı, xaricdən neft ava-danlıqlarının alınmaması qazma işlərinin azalmasına, emal olunan məhsulların kəskin azalmasına səbəb oldu.

Məsələn müharibə illərində Bakı emal zavodlarında yüksək keyfiyyətli neft məhsulları 38,2 faizdən 23 faizə endi.

Ümumi təsərrüfat dağınıqlığı Azərbaycan iqtisadiyyatının digər sahələrində -də dağ-mədən, ipəkçilikdə də özünü göstərdi.Gədəbəydə mis filizinin çıxarılması, əridilməsi sahəsində xeyli geriləmə özünü göstərdi.Tovuzdakı sement zavodu tamamilə bərbad hala düşmüşdü. Nuxa və Şuşanın ipəksarıma fabriklərinin yarıdan çoxu barama çatışmazlığı üzündən işləmirdi. Pambıq –parça istehsalı xeyli azal-mışdı.Balıqçılıq sənayesi tənəzzülə uğramışdı.

Müharibə illərində Azərbaycan kənd təsərrüfatı da ciddi böhran keçirdi. Dənli və texniki bitkilər əkini kəskin surətdə azalmışdı. Bakı və Yelizavetpol quberniyasında taxıl əkini sahəsi 42 faizə qədər azalmışdı.

Təsərrüfat dağınıqlığı pambıqçılıqda hakim idi. Yenə yuxarıda göstərilən quberniyalarda pambıq istehsalı 3 dəfəyə qədər azalmışdı.

Müharibə Azərbaycanın iqtisadi həyatında mühüm yer tutan üzümçülüyü də bərbad hala salmışdı.Azərbaycanda üzüm yığımı 1913-cü ildə 5000 puddan çox olduğu halda, 1915-ci ildə 800 pud təşkil edərək 7 dəfə azalmışdı. Şərabçılıq və meyvəçilik təsərrüfatı da ciddi böhran keçirirdi.

Heyvandarlıq da ağır vəziyyətdə idi. Mal-qaranın sayı kəskin surətdə azal-mışdı.Mal-qaranın, xüsusən də at, camış və öküzlərin hərbi məqsədlər üçün yığılması ilə əlaqədar olraq , müharibənin birinci iki ilində iş heyvanlarının sayı təxminən 50 faiz azalmışdı.

Cəbhəyə və xüsusən də arxa işlərinə səfərbərliklər kənd təsərrüfatını işçi qüvvəsindən xeyli dərəcədə məhrum edirdi. 1915-ci iliyunun 15-də verilən çar fərmanına görə azərbaycan kəndinin kişi əhalisinin 30 faizi arxa cəbhə işlərinə cəlb edilmişdi.

Güclənməkdə olan təsərrüfat dağınıqlığının ən mühüm səbəblərindən biri nəqliyyatın böhran vəziyyətinə düşməsi idi. Qafqazı Avropa Rusiyası ilə bağlayan ən başlıca yol Vladiqafqaz dəmir yolu xətti idi. Lakin həmin dəmir yolu xətti tex-niki təhcizatın zəif olması üzündən Avropa ölkələrində olan dəmir yol xətlərində olduqca geri qalırdı. Qafqaz dəmir yolu bir xətli idi ki, bu da onun yükdaşıma qa-biliyyətini xeyli məhdudlaşdırırdı.

Dəniz nəqliyyatında vəziyyət nisbətən yaxşı idi. Müharibə illərində teplo-xodlar, nefti boruları və digər gəmirlərin sayı nisbətən artmışdı.

Nəqliyyat və təsərrüfat dağınıqlığı Azərbaycanda ərzaq təminatını xeyli kəskinləşdirmişdi. Ərzaq böhranı, qaçqınlar axını və şəhərdə iri hərbi birləşmə-lərinin məskunlaşması üzündən daha da kəskinləşdi. Məsələn, Bakıya 1916-cı ildə lazım olan 750-min pud əvəzinə cəmi 321-min pud buğda və un gətirilmişdi. Müharibənin ilk günlərindən ərzaq məhsullarının qiymətləri hədsiz dərəcədə sürətlə artırdı.Çörəyin qiyməti 3 dəfədən çox artmışdı.

Ərzaq çatışmazlığı Azərbaycanın qəzalarında qeyri adi dərəcədə dərinləş-mişdi.Taxıl,ət, qənd, və digər ərzaq məhsulları kəskin şəkildə bahalaşdı.Qəzalarda çörək 7-8 dəfə bahalaşmışdı.

Müharibə əməklə kapital arasındakı ziddiyətləri daha da kəskinləşdirdi, zəh-mətkeş kütlələrinin vəziyyətini daha da ağırlaşdırdı.Neft sənayesi fəhlələrinin həyat və iş şəraiti son dərəcədə çətinləşmişdi.Mədənlərdə iş günü 12-14 saatadək yüksəlmişdi.

Müharibə zəhmətkeş kəndlilərinin yoxsullaşması və müflisləşməsinə gətirib çıxardı.Kənddə sosial təbəqələşmə prosesi daha da sürətləndi.

Zəhmətkeşlərin iqtisadi və siyasi vəziyyətlərinin kəskin surətdə pisləşməsi, onların tətil mübarizələrinin başlanmasına gətirib çıxardı.

1915-ci ilin yayından Bakı tətil hərəkatında dönüş başlandı və indiyədək təkcə neft sənayesi işçilərinin iştirak etdikləri tətil hərəkatına digər sənaye müəssələri fəhlələri də qoşuldular.1916-cı ıil fevralın 14-16-da şəhərdə iri həyəcanlar baş verdi.Əksəriyyəti qadınlardan ibarət olan çox saylı kütlə alverçilərin üzərinə hücum edərək bazarları,mağazaları ərzaq ambarlara dağıtmağa başladılar. Bu həyacanlarda şagirdlər də iştirak edirdilər. Hökumət bu həyəcanıları yatırmaq üşün Gəncə və başqa şəhərlərdən Bakıtya iri hərbi qüvvələr gətirdi.

1916-cı ildə Bakıda tətillərin sayı xeyli artaraq 94 aksiyaya çatmış, onlarda 13 min nəfərdən çox adam iştirak edtmişdir.Bu tətillərin təsiri ilə kapitalistlər fəhlələrə müəyyən güzəştlərə getsələr də lakin polis və ordunun köməyi ilə bu aksiyalara divan tutmağa çalışırdılar.

Fəhlə sinfinin kapitalistlərə qarşı mübarizəsi əyalətlərdə də artırdı. Şəki ipək sarıma fabriklərinin fəhlələri, Gəncə mahlıc istehsalı fəhlələrinin geniş həyacanları baş vermişdi.

Müharbə illərində iqtisadi böhranın dərinləşməsi, zəhmətkeşlərin vəziyyətinin kəskin surətdə ağırlaşması və Azərbaycan kəndində sosial zidiyyətlərin kəskinləşməsi kəndli həyacanının yüksəlişinə səbəb oldu. 1914-1917-ci illərdə qəzaların əksəriyyətini kəndli hərəkatı bürümüşdü. Kəndlilər lik növbədə kəskin ehtiyac duyduqları torpaq uğrunda mübarizə aparırdılar. Dövlət və mülkədar torpaqlarının tutulması mübarizənin ən geniş yayılmış formalarından biri idi.

Müharibə illərində ən iri kəndli həyacanları Yelizavetpol quberniyaslnda və Bakı quberniyasının Lənkəran və Quba qəzalarında baş verdi. Bu həyacanlar kəndlilər və hökümət nümayəndələri-mülkədar, qolçomaq dəstələri arasında silahlı toqquşmalarla müşahidə olunrdu.

Bu dövrdə qaçaqların –siulahlı kəndli dəstələrinin çıxışları xüsusilə kəskin xa-raker alaraq, Azərbaycanın bütün qəzalarını əhatə etdi.Onlar amansız istismara,hər cür sosial ədalətsizliyə qarşı mübarizə aparır, Çar mütələqiyətinin vergi siyasətinə qarşı çıxırdılar. Müharibə illərində xalq intiqamçıların- qaçaqların 40 dək dəstəsi fəaliyyət göstərirdi.Qaçaq hərəkatının ən görkəmli başçılarından biri Qaçaq Süleyman Ağahüseyn oğlu idi.O,öz dəstəsi ilə Zəngəzur və Qarabağ bölgələrində çar üsul idarəsinə, yerli bəylərə qarşı 15 ildən çox partizan mübarizəsi aparmışdı. Onun dəstəsində 200-dən çox qaçaq var idi.

Cəbhədəki ağır vəziyyətə baxmayaraq çar hökjumədti kəndli hərəkatına qarşı bir sıra tətbirlər həyata keçirir.Hərəkatının ən çox geniş yayıldığı Bakı,Yelzavetpol quberniyalarında hərbi vəziyyət rejimi tətbiq edildi. Lakin iqti-sadi və siyasi böhran gettikcə dərinləşir və günü gündən fəhlə və kəndli hərəkatı dahada genişlənirdi.Çar hökuməti bu inqilabi çıxışların qarşısında aciz idi.

_ 1917-ci il fevralın 28-də Petroqradda baş verən burjua demokratik inqilabı nəticəsində 300 illik Romanovlar sülaləsinin hakimiyyətinə son qoyuldu.Mütləqiyyət devrildi.

M.Ə.Rəsulzadə o günlərdə yazırdı:” Rusiyanın xalqları öz ürəklərində saxladıqları məqsədlərə nəhayət ki, çatdılar.Əli qanlı jandarım, bütün xalqların düşməni olan istibdad yıxılmışdı”.

Martın 3-də hakimiyyət Cənubi Qafqazda xüsusi Zaqafqaziya Komitəsinə verildi.Lakin yeni hakimiyyətin təşkilində vmüxtəlif siyasi partiyalar müxtəlif mö-vqelərdə dayanırdılar.

1917-ci il Oktyabr çevrilişində (Petroqıradda) sonra Cənubi Qafqazda siyasi vəziyyət yenidən kəskinləşdi.

1917-ci il noyabrın 15-də musavatçı, menşevik , eser və daşnaklardan ibarət Zaqafqaziya Komissarlığı təşkil edirdi.Onun tərkibinə M.Cəfərov, M.Aslanov, X.Xasməmmədov və F.X. Xoyski daxil oldular. Bu təşkilat zəif və az səmərəli bir orqan idi. Onun öz ordusu yox idi, öz dekretlərini həyata keçirməkdə aciz idi. Bakıda isə siyasi vəziyyət tamamilə başqa cürə idi. Beləliklə şəhərdə hakimiyyət demək olar ki, sovetlərin əlində idi. Eyni zamanda Bakı Duması da hakimiyyət orqanı kimi fəaliyyət göstərirdi və o, Bakı sovetini tanımaqdan imtina etdi. Dumaya tanınmış hüquqşünas F.X.Xoyski rəhbərlik edirdi və bu təşkilat Bakı ictimaiyyətinin müəyyən hissəsini təşkil edirdi.

Bu dövrdə siyasi nüfuzu daha da artan “Müsavat” partiyasının fəaliyəti daha da gücləndi.1917-ci il oktyabrın 25- də partiyanın I qurultayı keçirildi, onun proqramı qəbul edildi. I qurultay partiyanın sonrakı siyasi mübarizəsinin və Azərbaycana milli muxtariyyat verilməsinin taktika və strategiyasını müəyyən etdi. “Musavat” güc-ləndikcə onunla bolşeviklər arasında münasibət daha da dərinləşirdi. Çünki bol-şeviklər və onların orqanı olan Bakı soveti ermənipərəst siyasət yürü-dürdülər.

Bu vaxt Zaqafqaziyada siyasi vəziyyət daha da mürəkkəbləşdi. Fəaliyyət gös-tərdiyi dövrdə Zaqafkom xalqa heç nə verə bilmədi.Torpaq məsələsi həll edilməmiş qaldı.Torpaqlar kəndli komitələrinə verildi və kəndli torpağı həmin komi-tələrdən icarəyə götürməli idi. Zaqafkomun həyata keçirdiyi bu torpaq siyasəti kəndlilərin narazılıqılarının artmasına səbəb oldu. Azərbaycanın bir çox qəzalarını kəndli həyəcanları bürümüş oldu. Bu həyəcanları yatırmaq üçün Zaqafkom bütün zorakı tədbirlərə əl atdı.

Zaqafkomun xəyənətkar siyasətindən xalq kütlələrinin qəzəblənməsinin art-maqda olduğunu görən millətəçi partiyalar 1918-ci il fevralın 23 –də Zaqafqaziya Seymini çağırdılar.Seymdə Gürcüstan sosial-demokratlarından (Menşeviklər) 32 nəfər, Azərbaycan müsavatçıları 30 nəfər, erməni daşnaqlarından 27 nəfər deputad iştirak edirdi.Digər partiya və bloklardan isə 14 deputat təmsil olunmiuşdular. Ümumiyyətlə Seymdə müsəlman fraksiyasının sayı 44 nəfər deputatdan ibarət idi.

Zaqafqaziya Seymi Geqekçori başda olmaqla Zaqafqaziya hökumətini təşkil etdi. Bu hökumətdə 13 nazir portfelinin 5 – i azərbaycanlılara məxsus idi.

Zaqafqaziya Seymi hökumətin əsas vəzifələrini müəyyən etdi.

1.Konstitusiya layihəsini hazırlamaq;

2.Respublikalar arasında sərhədlərin müəyyən edilməsi;

3.Müharibə vəziyyətinə son qoymaq ;

4.Torpaq isalhatı keçirmək.

Musavat partiyası adından M,Ə.Rəsulzadə hökumətin verdiyi təkliflərə aşağıdakıları əlavə etməyi irəli sürdü:1). Dağıstanın Cənubi Qafqaza birləşdiril-məsi.2).Bakının xaricilərdən( Bolşevilklərdən) azad edilməsi.

1918-ci il martın 31 də Zaqafqazaiya Seymi və Komisarlığının birgə iclasın-da qərara alındı ki, sülh bağlamağa ixtiyarı var və Türkiyə ilə sülh müqaviləsi 1914 cü il sərhədlərinə əsaslanmalıdır Nümayəndə heyəti həm də çalışacaqdır ki,Şərqi Anadolu öz müqəddəratını təyin etməli və Türkiyə hüdudlarında Ermənistanın muxtariyyatını təmin etsinlər.

Cənubi Qafqazda milli azadlıq hərəkatının daha da gücləndiyi bir şəraitdə Azərbaycnda geniş xalq kütlələrinin Aərbycana muxtariyyət verilməsi tələbini qətiyyətlə irəli sürdülər. Cənubi Qafqaz xalqlarının gələcəkdə milli respublikalar yaratmaq cəhdlərinə Bakı Soveti və onun rəhbəri S.Şaumyan maneçilik törətməyə çalışır,bunu O, “millətcilərin öz müqəddəratını təyin etməsi”kimi qələmə verirdi.

O, Cənubi Qafqazı üç vilayətə parçalamağı zəruri sayırdı:

1.Qərbi Zaqafqaziya: bura Kutaisi, Batumi quberniyaları və Tiflis quberni-yasının bir hissəsi aid edilirdi;

2.Şərqi Zaqafqaziy: Bura İrəvan quberniyası, Tiflis quberniyasının bir hissəsi, Qars və Yelizavetpol quberniyası;

3.Bakı vilayəti,Yelizavetpol quberniyasının bir hissəsi, Dağıstan vilayəti.

Göründüyü kimi onun bölgüsü Ermənistan və erməni millətçilərinə xidmət edirdi.Hətta Rusiyanın hökuməıt başçısı V.İ.Lenin Şaumyanı tənqid edərək gös-tərirki, Şaumyan “Erməni millətçilərinin əlaltısına çevrilmişdir”.

1918-ci il aprelin 22-də Zaqafqaziya Seyminin islasında Cənubi Qafqazın müstəqilliyi məsələsi müzakirə olundu və Zaqafqaziya Respublikalarının müstəqil, demokratik və federativ respublikalar olması haqqında qətnamə qəbul olundu. Eyni zamanda Çxenkeli başda olmaqla yeni hökumət kabineti yaradıldı. Xoyski, M.Aslanov, İ.Heydərov, N.Yusifbəyli, M.Hacıniski bu hökumətin üzvi oldular.

Yeni hökumət yenidən Türkiyə ilə sülh danıışıqlarına başladılar. 1918-ci il mayın 11-də Batumi şəhərində Zaqafqaziya və Türkiyə nümayəndə heyətləri arasında danışıqlar davam etdirildi.Qars, Ərdahan və Batumun Türkiyəyə verilməsi razılaşdırıldı.Ümumiyətlə Türkiyənin məqsədi Ermənistan və Azərbaycan torpaqlarını tutmaqdan ibarət idi.Gürcüstan isə Almaniyaya verilməli idi.

Yeni yaradılmış hakimiyyət orqanıda uzun zaman yaşaya bilmədi.Gürcüstanın mayın 26-da Seymin tərkibindən çıxmas ilə Zaqafqaziya Seymi iflasa uğradı.İki gün sonra isə Azərbaycan və Ermənistan öz müsyəqilliklərini elan etdilər.

Bu dövrdə Cənubi Qafqazda Erməni Şovinist- millətçi qüvvələr öz məkrli siyasətlərini davam etdirirdilər.1918 ilin yanvarından onlar Bakıda və digər rayonlarda müsəlman qırğınları törətmək üçün müxtəlif fitnəkarlıqlara əl atırdılar. Azərbaycanın qabaqcıl ziyalıları gözlənilən təhlükəni irəlicədən duyurdular. Birinci dünya müharibəsinin sonlarında Qafqazın xiristian əhalisi məqsədyönlü şəkildə silahlandırılırdı.Qafqaz cəbhəsinin ləğv olunması nəticəsində çoxlu erməni və malakanlar silah əldə etməyə başladılar.Cəbhədən fərarilik edən bir çox erməni və rus əskərləri də Bakıda cəmləşməyə başladılar. Eyni zamanda daşnakların da bir neçə min yaxşı silahlanmış əsgəri var idi.

Ermənilərin və Bakı Soveti rəhbərliyinin müsəlman qırğınlarını törətməkdə bir məqsədi də “Müsavat”partiyasının getdikcə genişlənən nüfuzunun qarşısını almaqdan ibarət idi.Errmənilərin hazırladıqları bu qırğına qarşı çıxacaq silahlı müsəlman qüvvələri demək olar ki, yox idi.

“Qırmızı Qvardiya” adı ilə yaradılan 10-12 min nəfərlik ordunun 70%-ermənilərdən ibarət idi.Həmçinin Şamaxıda və Muğanda ehtiyat rus-malakan silahlı dəstələri yaradılmışdı.

Cinayəti həyata keçirmək üçün bəhanə lazım idi.Bu məqsədlə “Evelina” münaqişəsi törədildi.Həmin gəmidə olan müsəlman əsgərlərin tərksilah edilməsi müsəlman əhalinin həyacanına səbəb oldu.Bakı Soveti əksinqilabi qiyamı yatırmaq adı altında azərbaycanlı əhali üzərinə geniş hücuma başladılar.

1918ci il martın 30-da səhər tezdən əllərinə girəvə düşən daşnaklar gəmilərdə qoyulmuş toplardan Abşeronun şimal kəndlərini atəşə tutdular.Bakının özündə qırğın bir neçə gün davam etdi.Martın 30-da gecə kommisar Tatevos Əmirov bir qurup silahlı dəstə ilə İsmailiyə binasına – müsəlman xeyriyyə ocağına soxuldu.Çox çəkmədiki binanı alov bürüdü. Daşnaklar Təzəpir məscidinə,Tağıyev teatırına böyük ziyan vurdular. 3 gün ərzində təkcə Bakıda 12 mindən çox müsəl-man qanı töküldü. Erməni daşnakları uşaq, qadın, qocalara fərq qoymadan əsl soy-qırım siyasəti yeridirdilər.

Erməni daşnaklarının bu cinayəti təkcə Bakı ilə qurtarmırdı.Onlar kütləvi qırğınları Şamaxı,Quba ərazilərində də törətmişdilər.Amazapsın rəhbərliyi altında Qubaya daxil olan daşnaklar 2 mindən çox azərbaycanlı əhalisinə divan tutmuşdu.O hətta lovğalıqla belə deyirdi: “Mən bura qayda qanun yaratmaq,Sovet hakimiyyətini qurmaq üçün yox, müsəlmanları məhv etmək üçün gəlmişəm”.Onun cəza dəstələri təkcə insan qırğını ilə kifayətlənməyib, qarətlə də məşğul idilər.

Amazaps, Avetisov, Petrovun rəhbərliyi altında Bakı Sovetinin qoşunları Şamaxıya hücum etmiş və kütləvi qırğınlar törətmişlər.Belə hücumlar Lənkəran, Salyan və Kürdəmirdə də olmuşdu. Beləlikdə 3 gündən artıq davam edən qırğınlarda 15 mindən çox dinc müsəlman əhalisi qətlə yetirildi və bu hadisə azərbaycanlıların soyqırımı demək idi.

Mart hadisələri Bakıda Sovet hakimiyyətinin süqutunun başlanğıcı oldu. Zəh-mətkeş müsəlman əhalisi Sovet hakimiyyitindən üz döndərməyə başladı.Çox çək-mədi ki, iyulun 31-də Bakı Soveti iflasa uğradı.

Artıq azərbaycan xalqının müstəqilliyi zərurətə çevrilmişdi. Mayın 28-də xalq öz istəyinə nail oldu və Azərbaycan xalq Cümhuriyyəti elan edildi.




XV MÖVZU

Azərbaycan Xalq Cümhuriyyəti
PLAN
1.Azərbaycan Xalq Cümhuriyyətinin yaranması.

2.Azərbaycan Xalq Cümhuriyyətində dövlət quruculuğu.

3.Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti.

4.Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və tarixdə yeri.



ƏDƏBIYYAT

1.Azərbaycan tarixi.VII cilddə, V cild, Bakı, 2008, cəh.315-525.

2.Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti, Bakı, 1990.

3.Azərbaycan Demokratik Respublikası.Tarix, ictimai-siyasi və ədəbi-mənəvi həyat.Bakı,1990.

4.Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti.Bakı 1990.

5.Məmmədov V, Məmmədov Ç.Siyasi tarix, Bakı, 2004, cəh.88-98.

6.Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində ( 1918-1920-ci illər).Bakı, 1990.

1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin sonuncu iclası keçirildi. İclasda çıxış edən Sereteli Gürcüstanın federasiyadan çıxdığını bəyan etdi və Seym özünün buraxılması haqqında qərar qəbul etdi.



Mayın 26-da Gürcü milli şurası tərəfındən Gürcüstanın müstəqilliyi elan edildi və Ramişvili başda olmaqla hökumət kabinəsi yaradıldı. Yeni hökumətin ilk xarici siyasi addımı mayın 28-də Almaniya ilə saziş bağlamaq oldu.
Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas keçirdi. Yaranmış vəziyyətin çətinliyini nəzərə alaraq yekdilliklə Azərbaycanın idarə olunmasını öz öhdəsinə götürməyi qərara aldı və özünü müvəqqəti Milli Şura elan etdi. M.Ə. Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri təyin olundu. H.Ağayev, M. Seyidov onun müavinləri seçildilər. Sonra Milli Şuranın 9 nəfərdən ibarət İcraiyyə orqanı yaradıldı ki, onun da sədrliyinə F.X.Xoyski seçildi.
Mayın 28-də Milli Şuranın 26 nəfərin iştirakı ilə keçirilən birinci iclasında Seymin buraxılması və Gürcüstanın istiqlaliyyətinin elan edilməsi ilə əlaqədar Azərbaycandakı vəziyyət müzakirə edildi. Şuranın üzvi X.Xasməmmədov məruzə edərək təxirə salınmadan Azərbaycanın müstəqil respublika elan edilməsinin zəruriliyini əsaslandırdı. Şuranın üzvlərindən Yusifbəyli, Şeyxülislamov, Seyidov və b. bu fıkrə tərəfdar çıxdılar. Milli Şura 24 səslə Azərbaycanın istiqlaliyyətinin elan edilməsi haqqında qərar qəbul edərək (S.MQəniyev və C.Axundov bitərəf qalmışdı), 6 bənddən ibarət İstiqlal Bəyannaməsini bəyan etdi.

  1. Azərbaycan tam hüquqlu və müstəqil dövlətdir. Cənubi Qafqazın cənub və şərq hissələrindən ibarətdir. Ali hakimiyyət Azərbaycan xalqına məxsusdur.

  2. Azərbaycanın siyasi quruluş forması Xalq Cümhuriyyətidir.

  3. Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq birliyin bütün üzvləri ilə, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə qonşuluq əlaqələri yaradacaq.

  4. Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxilində milliyətindən, dinindən, cinsindən, içtimai vəziyyətindən asılı olmayaraq bütün vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar verir.

  5. Azərbaycan Xalq Cümhuriyyəti onun ərazisində yaşayan bütün xalqların sərbəst inkişafına şərait yaradacaq.

  6. Məclisi - Müəssisan çağrılana qədər Azərbaycanda ali hakimiyyət xalqın səsvermə yolu ilə seçdiyi Milli Şura və Milli Şuranın qarşısında cavabdeh olan Müvəqqəti Hökumət sayılır.

Bundan sonra Milli Şura F.X.Xoyskiyə hökumətin yaradılmasını tapşırdı. Azərbaycanın ilk müvəqqəti hökuməti belə tərkibdə təqdim edildi: l)F.X.Xoyski - Nazirlər Şurasının sədri, Daxili işlər naziri; 2) Xosrovpaşa bəy Sultanov - Hərbi nazir; 3) N.Yusifbəyli - Xalq maarifı və Maliyyə naziri; 4) M.H.Hacinski - Xarici işlər naziri; 5) X.B.Məlikaslanov - poçt, teleqraf və yollar naziri; 6) Ə.Şeyxülislamov - Əkinçilik və əmək naziri; 7) X.Xasməmmədov - Ədliyyə naziri; 8) M.Y.Cəfərov - Ticarət və sənaye naziri; 9) Camo Hacinski Dövlət nəzarəti naziri.
AXC-nin yaradılması bütün türk - müsəlman dünyasında çox mühüm tarixi hadisə idi. Azərbaycan Respublikası dünyəvi təməl üzərində qurulan ilk türk dövləti idi. AXC-nin yaradılması ilə XIX əsrin əvvəllərində itirilmiş dövlətçilik ənənələri bərpa edildi.
İstiqlaliyyət elan edildikdən sonra yaranmış dövlətin sərhədlərini müəyyən etmək lazım idi. Ən çətin vəziyyətə Ermənistan düşmüşdü. Ermənistan nümayəndələri Azərbaycan hökumətinə müraciət etmişdilər. Mayın 29-da erməni Milli Şurası ilə danışıqlar barədə F.X.Xoyski Milli Şuraya məlumat verir. Qeyd edir ki, Aleksandropol türklər tərəfındən tutulduqdan sonra ermənilərə dövlət yaratmaq üçün siyasi mərkəz lazımdır. Ona görə də Dağlıq Qarabağa olan iddialarından imtina etmək şərti ilə İrəvan şəhəri onlara güzəştə edilə bilər. Milli şuranın iclası İrəvanın ermənilərə güzəştə edilməsi barədə öz razılığını bildirdi. İrəvan Milli Şurasının üzvləri M.Seyidov, B.Rzayev, N.Nərimanbəyov buna özlərinin qəti etirazlarını bildirdilər. Lakin Milli Şura etirazı qəbul etmədi.
Gürcüstan ilə sərhəd məsələsi müzakirə edildi. Zaqatala dairəsi məsələsinin həlli əhalinin ixtiyarına verildi. Yerli əhalinin rəyi ilə bu məsələ Azərbaycanın xeyrinə həll olundu.

Azərbaycan hökumətinin ilk diplomatik addımlarından biri «Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq» müqaviləsinin imzalanması idı. Müqaviləni Türkiyə tərəfındən Ədliyyə naziri Xəlil Menteşə, Qafqaz cəbhəsinin baş komandanı Vahib paşa, Azərbaycan tərəfdən Xarici işlər naziri M.H.Hacinski və Milli Şuranın sədri M.Ə.Rəsulzadə imzaladılar. Bu, Azərbaycan Cümhuriyyətinin xarici dövlətlə bağladığı ilk müqavilə idi.


Müqavilədə Osmanlı imperiyası ilə Azərbaycan Respublikası arasında daima sülh və möhkəm dostluğun bərqərar olması, göstərilən hüdudlara əsasən Azərbaycanla Türkiyənin geniş sərhədləri olan dövlət olması, dinclik və asayişi möhkəmləndirmək, ölkənin təhlükəsizliyini təmin etmək üçün əgər ehtiyac olarsa Osmanlı hökumətinin Azərbaycan respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürməsi, dəmiryol yüklərinin daşınmasında tərəflərin öhdəlikləri, azad gediş-gəliş və başqa maddələr irəli sürülürdü. Müqavilə Brest Litovsk müqaviləsinin tərəflər arasında qüvvədə olmasından da bəhs edirdi.
İyunun 4-də imzalanmış müqaviləyə əlavə olaraq iki saziş də bağlandı.
1) Bakı-Batum neft kəmərinə aid olub Azərbaycan, Gürcüstan, Türkiyə arasında imzalandı. Tərəflər razılığa gəldilər ki, öz ərazilərində neft kəmərinin fəaliyyətini təmin etsinlər. Bu sazişin imzalanması Azərbaycan Neft sənayesinin işinə müsbət təsir göstərib onun xarici bazara çıxışını təmin edirdi; 2) dəmir yollarına aid idi və 4 dövlət: Osmanlı imperiyası, Ermənistan, Azərbaycan, Gürcüstan Respublikaları arasında imzalanmışdı.

Sazişdə deyilirdi: Keçmiş Rus dövlətinin mülkiyyəti olan dəmir yol nəqliyyat vasitələri müqavilə imzalayan tərəflərin ərazi hüdudlarına uyğun olaraq onlar arasında bölüşdürüləcək. Gürcüstana məxsus dəmir yolları Türkiyə ilə bərabər 28 may müqaviləsinə görə almanların da istifadəsinə verilirdi. Bununla Almaniya Bakı neftinə doğru əhəmiyyətli addım atmış oldu.


Milli hökumət və Milli Şura iyunun 16-da Tiflisdən Gəncəyə köçür. Milli Şura ölkədə yaranmış real vəziyyəti nəzərə alaraq iyunun 17-də keçirdiyi iclasda 2 mühüm qətnamə qəbul etmişdi.

    1. Müvəqqəti Hökumətin səlahiyyətləri haqqında.

Qeyd olunur ki, Müvəqqəti Hökumət dövlət müstəqilliyini, mövcud siyasi azadlıqları ləğv etmək, aqrar və b. mühüm məsələlərə dair inqilabi qanunları dəyişdirmək hüququna malik deyil. O, 6 aydan gec olmayaraq milli məclisi çağırmalıdır. Digər məsələlərdə tam bütün hüquqlara malikdir.

  1. Milli Şuranın buraxılması, hakimiyyəti F.X.Xoyski kabinəsinə təhvil vermək haqqında.

Gəncədə təşkil edilən ikinci hökumətin tərkibinə F.X.Xoyski, M.Hacinski, B.Cavanşir, X.Məlikaslanov, Ə.Əmircanov, X.Sultanov, N.Yusifbəyli, A.Aşurov, X.Rəfıbəyli, Ə.Topçubaşov, X.Xasməmmədov, M.Rəfıyev daxil idi.
Bu hökumətdə Müsəlman Sosialist bloku və Hümmət iştirak etmirdi.
Azərbaycan Milli Şurası müvəqqəti olaraq öz işini dayandırdı və bütün səlahiyyətləri Müvəqqəti Hökumətə verdi, bir şərtlə ki, o, 6 aydan gec olmayaraq Müəssisələr Məclisini çağıracaq.

İyunun 27-də Azərbaycan dili dövlət dili elan edildi. Dövlət idarələrində rus dilinin işlənməsinə də hələlik icazə verilirdi.

Türk hərbi dəstələrinin Gəncə istiqamətində hərəkəti BXKS-nin böyük narahatçılığına səbəb olmuşdu. 1918-ci il iyunun əvvəllərində Bakı Kommunası Gəncə üzərinə yürüşə hazırlaşırdı. Məqsəd türk hərbi dəstələri toplanana qədər istiqlaliyyətin beşiyi olan Gəncəni dağıtmaq idi. Hərbi əməliyyatların aparıldığı ərazilərdə müsəlman əhalisi yeni talanlara məruz qalmağa başladı. İyunun 23-də Azərbaycan hökuməti hərbi vəziyyət elan etdi. İyunun 27-si ilə 1-i arasındakı dörd günlük gərgin vuruşma döyüşün taleyini həll etdi. Göyçay ətrafındakı döyüşlərdə Sovetin qoşunlarının Gəncəyə yürüşünün qarşısı alındı və İslam ordusu Bakı istiqamətində hərəkətə başladı. Bakı Sovetinin qoşunları darmadağın edilərək geri çəkilmək məcburiyyətində qaldılar.

M.Ə.Rəsulzadə bu vəziyyəti irticanın qələbəsi kimi qiyməyləndirmiş və göstərmişdir ki “Cənablar, gəlin ruhdan düşməyək və ümid edək ki,lap tezliklə Azərbaycanın paytaxtı Bakıda,Müəssisələr Məclisində görüşəcəyik. Yaşasın Azər-baycan!Yaşasın türk xalqı!”

Həmin iclasda “Müsavat” fraksiyası,bitərəflər və ittihadçılardan ibarət yeni hökumətin tərkibi təsdiq edildi.

Hökumət iyunun 23-də ölkədə yaranmış gərgin vəziyyəti nəzərə alaraq, bütün ölkə ərazisində hərbi vəziyyət elan etdi.

Yeni yaradılan hökumət kabinetində hərbi nazir vəzifəsi yox idi. Müsəlman korpusu Azərbaycan hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da Azərbaycan Korpusu” adlndırıldı. Avqustun 13-də Azərbaycan korpusu yenidən quruldu. General Ə. Şıxlinski bu korpusun komandiri idi.

Hökumətin 24 iyun 1918-ci il tarixli qərarına əsasən Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı qəbul edildi. Qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzun təsvir edildiyi qırmızı parçadan hazırlanmış bayraq qəbul olundu.

1918-ci il sentyabrın 1-də Hərbi Nazirlik yaradıldı. F.X.Xoyski hərbi nazir, Səməd bəy Mehmandarov isə onun müavini oldu. Lakin qısa müddət ərzində yük-sək döyüş qabiliyyətinə malik ordu yaratmaq çox çətin idi. Ordunun qurulması və Bakının azad edilməsində türk hərbiçilərinin əvəzsiz xidmətləri olmuşdur.

Hərbi quruculuqla yanaşı Azərbaycan hökuməti digər tədbirlər də həyata keçirdi. Hökumətin əsas vəzifələri dövlət idarələri, məhkəmə və məktəb sisteminin milliləşdirilməsindən ibarət idi.1918-ci il iyunun 27-də Azərbaycan türk dili dövlət dili elan olundu.

Azərbaycan hökumətinin qarşısında duran ən mühüm vəzifə Bakını işğaldan azad edərək onu cümhuriyyətin paytaxtı elan etməkdən ibarət idi. Çünki Azərbaycan xalqının düşmənləri hər vasitə ilə Bakını Azərbaycandan ayırmaq və Rusiyanın bir quberniyasına çevirmək istəyirdilər.

Avqust ayında Xəlil Paşanın 36-cı diviziyası və Azərbaycan Əlahiddə Korpusunun döyüşçüləri Bakını azad etmək uğrunda həlledici döyüşlərə başladılar. Bu dövrdə BXKS-nin həyata keçirdiyi antiazərbaycan siyasəti bolşeviklərin tamamilə nüfuzdan düşməsinə və 1918-ci il iyulun 31-də onların istefasına gətirib çıxartdı. Bundan istifadə edən eser-menşeviklər «Sentrokaspi diktaturası» orqanını yaratdılar. Bununla hakimiyyət həmin orqanın və Sovetin müvəqqəti icraiyyə komitəsinin reyasət heyətinin əlinə keçdi. Bu orqan da ilk gündən bolşeviklərə divan tutmaq və ingilisləri Bakıya dəvət etmək mövqeyi tutdu. Yeni hökumət eyni zamanda Bakı Sovetinin antiazərbaycan siyasətini davam etdirməyə başladı. Lakin nə bu yeni hökumət, nə də onların müttəfıqi olan ingilislər Bakının milli qüvvələr tərəfındən azad edilməsinə mane ola bilmədilər.

Azərbaycan hökumətinin əsas vəzifəsi AXC-nin hakimiyyətini ölkənin bütün ərazisinə yaymaq və Bakını Azərbaycan xalqının düşmənlərindən azad etmək idi. Sentyabrın 15-də ağır döyüşlərdən sonra, Qafqaz İslam ordusu könüllü dəstələrinin köməyi ilə Bakı azad edildi. «Sentrokaspi diktaturası» süqut etdi. Sentyabrın 17-də Milli hökumət Bakıya koçürüldü. Bakı Respublikanın paytaxtı elan edildi. Noyabrın 9-da AXC-nin dövlət bayrağı üç rəngli bayraqla əvəz edildi.

Noyabrın 29-da M.ə Rəsulzadənin imzası ilə Milli şuranın “Bütün Azərbaycan əhalisinə”müraciəti dərc olundu.Həmin müraciətdə Milli Şuranın parlamentə çevrilməsi niyyəti açıqlandı.

Milli şura noyabrın 25-də rus və erməni milli şuralarına öz nümatəndələrini parlamentə göndərmək təklifi ilə müraciət etdi.Onlar ilk dövrdə etiraz etsələr də, Tomsonun yeni yaradılacaq hökumətə hərtərəfli yardım edəcəyi haqqında verdiyi bəyanatdan sonra onlar parlamentə öz nümayəndələrini göndərdilər.

Parlamentin əsas özəyini keçmiş Milli şuranın 44 üzvü təşkil edirdi. Daha 36 müsəlman deputat isə keçmiş milli komtələrin xətti ilə şəhər və qəzalardan seçilmişdi.Nəzərdə tutulan 120 deputatdan 80 nəfəri müsəlman əhalini,21 nəfər erməni, 10 nəfəri rus, 4 nəfərdə alman, yəhudi, gürcü və polyak azlıqlarını təmsil etməli idi. Həmkarlar təşkilatlarına 3 yer, neft və Ticarət sənaye şurasına 3 yer ayrılmışdı.

1918-ci il dekabrn 7-də müsəlman şərqi tarixində ilk dəfə olaraq parlament-AXC-nin ali qanunverici orqanı öz işinə başladı. Parlamentin açılışı böyük təntənə ilə keçdi.Bakı şəhəri bayram içində idi,insanlar bir-birini təbrik edirdilər. Parlamentdə 3 froksiya və qrup təmsil olunmuşdu.

Parlamentin birinci iclasını Milli Şuranın və “Müsavat”partiyasının lideri M.Ə.Rəsulzadə açaraq,nitqində Azərbaycan Cümhuriyyəti qarşısında duran ən mühüm məsələlər barədə fikirlərini spyləyib, baçlıca məsələnin azadlıq və müstəqillik ideyalarının gerçəkləşdirilməsi olduğunu vurğuladı.

M.Ə.Rəsulzadə parlamentin sədri və onun müavinin seçilməsi təklifi ilə çıxış etdi və “Müsavatın”adından çıxış edən Ş.Rüstəmbəyov parlamentin sədri vəzifəsinə Əlimərdan Bəy Topçubaşov və müavin vəzifəsinə isə Həsən bəy Ağayevin nami-zədliyini irəli sürdü. Səsvermə nəticəsində onların namizədliyi təsdiq edildi.Sonra parlament baş nazir F.X.Xoyskinin hökuməti adından hökumətin daxili və xarici siyasəti haqqında hesabat məruzəsini dinlədi.

1918-ci il dekabrın 26-da F.X.Xoyskinin rəhbərliyi ilə yeni koalision (üçüncü) hökumət təşkil olundu. Həmin hökumətdə müsavatçılar, sosialistlər, slavyan-Rus cəmiyyəti və bitərəflər təmsil olunmuşdular.

.Hökumət qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın ərazi bütöv-lüyünü qoruya biləcək güclü ordunun təşkil edilməsindən ibarət idi.Maarif sahəsində, xüsusi olaraq Azərbaycan –türk dilinin dövlət dili kimi geniş işlədilməsi, ölkədə yaşayan bütün xalqların mədəni inkişafı üçün bərabər şəraitin yaradılması kimi vəzifələrin qoyulduöu bəyan edilirdi.Ərzaq probleminin həlli, nəqliyyatın inkişafı, Azərbaycan pulunun buraxılması, ədliyyə və məhkəmə siste-mində ədalət prinsipinin bərqərar edilməsi və s.tədbirlər görüləcəyi vəd edilirdi. Torpağın əvəzsiz olaraq əkinçiyə verilməsi nəzərdə tutulurdu.

Lakin hökumət daxilində gedən ziddiyətlər və F.X.Xoyskinin xəstə olması üçüncü kabinetin buraxılmasına gətirib çıxardı.Elə həmin vaxt N.bəy Yusifbəylinin sədrliyi ilə yeni hökumət kabineti təşkil olundu və “İttihad”partiyasından başqa bütün partiyalar yeni kabineti müdafiə etdilər.Yeni hökumətin də qarşısında əsas vəzifə suveren dövlətçilik prinsipindən ibarət idi. Demokratik, hüquqi dövlətin əsas əlamətlərini təşkil edən söz, vicdan, mətbuat, yığıncaq, həmkarlar ittifaqları azad-lıqlarına təminat verilirdi. Neft siyasəti ,ordu quruculuğu, xaıq təhsili, ümumi ic-bari təhsil məsələlərinə hökumət bəyanaməsində xüsusi diqqət verilirdi.Beləliklə 1919—cu il aprelin 14-də Azərbaycan parlamenti 4-cü hökümət kabinetini təsdiq etdi.

Yeni hökümətin əvvəlki hökümətlərdən fərqi ondan ibarət idi ki, o, Rusiya ilə münasibətləri dirçəltməyə çalışırdı. Yeni hökumət öz səlahiyyətlərinin icrasını çox çətinliklə həyata keçirirdi. Bir yandan bolşeviklərin fəallaşması və onların rəhbərliyi altında tətillərin keçirilməsi, bir yandan da Denikin ordusunun Azərbaycana hücumu vəziyyəti daha da kəskinləşdirirdi. Eyni zamanda Rusiya hökuməti də Azərbaycanın daxili işlərinə qarışır, Türkmənçay müqaviləsini bəhanə gətirərək Xəzərdə üzən Azərbaycan gəmilərinin Rus bayrağı altında üzmələrini tə-ləb edirdi.

Lakin Azərbaycan Dövlət Müdafiə Komitəsi Rusiyanın bu tələbinə sərt cavab verərək göstərdi ki, həmin müqavilə Rusiya və İrana aiddir və Azərbaycan hərbi və ticarət gəmiləri Azərbaycan bayrağı altıda üzəcəkdir.

1919-cu ilin ortaları Azərbaycanda təkcə daxili və xarici problemlərlə deyil, eyni zamanda gənc demokratik dölətin müstəqil həyatının ildönümü ilə yadda qaldı.

Azərbaycan xalqının müstəqil siyasi həyat yoluna qədəm qoyduğu vaxtdan 1 il keçirdi. Bu l il ciddi mübarizə və ağır sınaqlar ili oldu.Hökumət müraciətində deyilirdi: “1919-cu ilin mayın 28-i Azərbaycan Cümhuriyyətinin milli bayramıdır. Bu elə bayramdır ki, onun xatiri ümumazərbaycan vətəndaşları üçün daima möhtərəm və müqəddəs sayılacaqdır.Bu vaxt ərzində Azərbaycan türkləri özlərinin müstəqil, azad yaşamağa layiq olduqlarını gözəl surətdə göstərib, dövlət təşkilinə istedad və qabiliyyət yetirdiklərini sübut etdilər”.

Azərbaycanda dövlətçiliyin təşəkkül tapması iqtisadiyyatın və ordunun tamamilə yenidən qurulmasını tələb edirdi. Lakin I Dünya müharibəsi, Azərbay-canda həmin dövrdə baş alıb gedən anarxiya, təsərrüfat dağınıqlığı gənc hökuməti böyük çətinliklərlə qarşılaşdırdı.Hökumətin iqtisadiyyat sahəsində əsas vəzifələri yalnız təsərrüfat sahələrinin bərpa edilməsi deyil, həm də yeni iqtisadi sistemin prinsiplərini müəyyən-ləşdirmək və həmin prinsiplər əsasında islahatlara başlamaq idi.

Azərbaycan Cümhuriyyətinin iqtisadi və siyasi platforması bütün vətəndaşların həqiqi huquq bərabərliyini təmin edərək,demokratik bir cəmiyyət qurmağı nəzərdə tuturdu.Bu məqsədə çatmağın əsas vasitəsi mülkiyyət formasının müxtəlifliyi prinsipini həyata keçirməkdən , dövlətə, xüsusi şəxslərə, özünüidarə orqanlarına məxsus mülkiyyət formalarının inkişafı üçün demokratik şəraiti təmin etməkdən ibarət idi.

1919-cu il fevralın 4-də torpaq islahatı haqqında qanun layihəsi hazırlamaq üçün Səməd bəy Ağamalıoğlu başda olmaqla xüsusi parlament komissiyası yara-dıldı. Komisiyanın qərarına görə:

1.Respublika ərazisində bütün torpaqlar dövlətin mülkiyyətindədir:

2.Torpaq əvəzsiz olaraq dövlətin ixtiyarına keçitr;

3.Əvvəlki mülklərinin müəyyən hissəsi sahibkarların istifadəsi üçün özündə qalır.

Azərbaycan Cümhuriyyətinin iqtisadi tədbirlərindən biri də gənc respublikanın maliyyə sistemini tənzimləmək və xəzinədə vəsait toplanmasına nail olmaq idi. Lakin Azərbaycan Cümhuriyyətinin maliyyə vəziyyəti çox ağır idi. Parlament dağılmış iqtisadiyyatı bərpa etmək məqsədi ilə bir sıra qanunverici aktların hazırlanmasına başladı.Bu aktlar ilk növbədə kredit, vergi, bank və gömrük sahələrinə aid idi.Dövlət vergi siyasətinin formalaşmasına yardım edən qanunlar zərfi hazırlanmışdı.

Sentyabrın 30-da Dövlət bankının açılışı oldu. Gəncə bankı isə Dövlət bankının şöbəsi statusu oldu.

Parlament 1920—ci il yanvarın 15-də kənddəki shibkarlara, sənətkarlara, sənayeçilərə, şirkətlərə inventar, mal-qara, toxum almağa yardım göstərmək üçün xırda kredit haqqında qanun qəbul etdi. AXC-nin iqtisadi tədbirləri sırasında ən əhəmiyyətlisindən biri də qonşu və xarici dövlətlərlə iqtisadi əlaqə yaratmaqdan ibarət idi.Cümhuriyyət 1918-ciiliyunun 4-də Türkiyə, 1919-cu ilin mayında İraq,İngiltərə, Amerika, Fransa, İtaliya ,Gürcüstan Dağıstan, Orta Asiya dövlətləri ilə iqtisadiəlaqələr yaratmağa nail olmuşdu.

Azərbaycan Cümhuriyyəti öz fəaliyyətində milli mədəniyyətin –təhsil, ədəbiyyat, elm və incəsənətin inkişaf etdirilməsinə xüsusi diqqət yetirildi. Hökumətin 1918-ci il 28-avqust tarixli qərarı ilə bütün ibtidai tədris müəsssisələrində təhsil ana dilində aparılır, eyni zamanda dövlət dili icbari qaydada tədris olunurdu.5-ci sinifdən başlayaraq şagirdlər rus dilində oxuyur, lakin türk dilini məcburi fənn kimi öyrənirdilər.Lakin pedoqoji kadrların çatışmazlığı , lazımı dərsliklərin olmaması təhsilin milliləşdirilməsinə əngəl törədirdi.Hökumət azərbaycanlı şagirdlərin təhsilinə xüsusi diqqət yetirdi.

Azərbaycan hökumətinin ən mühüm təşəbbüslərindən biri də əlifba islahatının keçirilməsi idi. 1919-cu ilin martında X.Məlik-Aslanovun sədrliyi altında əlifba islahatı üzrə komissiya yaradıldı.

Azərbaycan hökuməti pedoqoji kadırların hazırlanmasına böyük əhəmiyyət verirdi.Pedoqoji kadrlara olan ehtiyacın ödənilməsi üçün maarifnazirliyi tərəfin-dən hər ildə respublikanın müxtəlif yerlərində seminariya açılması nəzərdə tutulurdu.Eyni zamanda Qori Müəllimlər Seminariyasının Azərbaycan Şöbəsi Qazax şəhərinə köçürüldü və müstəqil seminariyaya çevrildi. Parlamentin 1919-cu il iyulun 19-da qəbul etdiyi qanuna əsasən Qazax, Şəki, Şuşa, Quba, Zaqatala, Salyan, Gəncə və Bakıda iki aylıq pedoqoji kurslar açıldı. Kursların hər birində azı 50- müəllim hazırlanırdı.

1918-ci il-ci ildə Türkiyə ilə bağlanan 4 iyun müqaviləsinə görə Nazirlik Türkiyədən 50 müəllim dəvət etmişdi. 1919-cu il oktyabrın əvvəllərində həmin müəllimlər Azərbaycana gəlib müəllimlik fəaliyyətinə başlamışdılar. Azərbaycan dilində dərsliklərin yazılması və nəşri üçün də xüsusi komissiya ayrılmışdı. Türkiyədən də dərsliklər alınırdı.

Azərbaycan hökuməti ali təhsilin təşkili və yüksək ixtisaslı kadrların hazırlanmasını ən əsas vəzifə hesab edirdi. Bakı Universitetinin, Konservatoriyanın, Pedaqoji İnstitutun, Gəncədə Kənd Təsərrüfatı İnstitutunun açılması planlaşdırılırdı.

Siyasi şəraitin əlverişsizliyi və maliyyə çətinlikləri üzündən yalnız bir ali məktəbin - Bakı Universitetinin yaradılması üçün imkan əldə edildi.

Azərbaycan Xalq Maarifı nazirinin müavini Həmidbəy Şahtaxtinski görkəmli rus alimi, Cənubi Qafqaz Universitetinin rektoru Razumovskiyə müraciət edərək Bakı Universitetinin təşkili üçün kömək göstərməsini xahiş etmişdi. Razumovski dəvəti qəbul etmiş və yaradılan komissiyanın sədri seçilmişdi.

1919-cu il sentyabrın 1-də Parlament Bakıda Dövlət Universitetinin təsis edilməsi haqqında qanun qəbul etdi.qanunda Universitetin dörd fakültədən : tarix-filologiya, fizika –riyaziyyat,hüquq və tibb fakültələindən ibarət olduğunu göstərmişdir.Bakı Univesitetinin ilk ilk rektoru prof. V.İ. Razimovski olmuşdur. İlk vaxtlar dərs demək üçün Moskva ,Rostov,Xarkov universitetlərindən görkəmli alimlər dəvət olunurdular.

İlk tədris ilində təhsil alan tələbələrin sayı 877 nəfər idi.Təssüf ki. Bu tələbələrin çox az hissəsini azərbaycanlılar təşkil edirdi.

1919-cu ilin 15 noyabr günü Universitetdə birinci dərs günü elan edildi.
Bakı Dövlət Universitetinin açılması Azərbaycan hökumətinin mədəniyyət sahəsindəki böyük qələbəsi idi.

Müstəqilliyini elan etmiş gənc Azərbaycan Cümhuriyyəti xarici siyasət məsələlərinə xüsusi diqqət yetirildi. Müstəqilliyin qorunub saxlanması daxildən daha çox xarici amillərlə də bağlı idi. Ona görə də belə bir mürəkkəb şəraitdə Azərbaycan siyasətçiləri çevik manevr etmək bacarığına malik olmalı idilər. Xarici siyasət konsepsiyasının hazırlanması və həyata keçirilməsində Xoyski, Ha-cınski, Cəfərov, Ziyadxanlı , Topçubaşov, Rəsulzadə, Ə.Ağayev, Yusifbəyli və sair kimi görkəmli şəxsiyyətlər böyük rol oynamışlar.

Azərbaycan xarici siyasətində başlıca yeri qonşu dövlətlərlə mehriban müna-sibətlər yaratmaqdan ibarət idi.

Azərbaycan Cümhuriyyətinin yaranmasından sonra Azərbaycan –Türkiyə münasibətləri yeni mərhələyə, dövlətlərarası münasibətlər mərhələsinə qədəm qoydu. 1918-ci il iyunun 4-də Azərbaycan ilə Türkiyə arasında Batum şəhərində dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə bağlanmışdı.

4 iyun müqaviləsi əsasında Azərbaycan dövlət rəsmiləri Rəsulzadə və Hacinski Türkiyə hökumətinə hərbi yardım göstərilməsi ilə əlaqədar müraciət edilmişdi.

Azərbaycan –Türkiyə münasibətlərinin inkişafında Ə.M.Topçubaşovun İstanbula getməsi və Azərbaycan hökumətinin fövqaladə səlahiyyətli naziri kimi isə başlanmasının böyük rolu olmuşdur.

1918-ci ilin oktyabrında Ə.M.Topçubaşov Türkiyənin rəsmi dairləri ilə bir sıra görüşlər keçirdi. Bu zaman Türkiyə və eləcə də Azərbaycan üçün çox ağır olan Mudros müqaviləsi (30 oktyabr) bağlandı. Həmin müqavilənin 11-ci bəndinə görə Türkiyə ordusu tezliklə Azərbaycanı tərk etməli, Bakının Antanta qoşunu tərəfin-dən tutulmasına etiraz etməməli idi. Noyabrın 4-də Ə.M.Tobçubaşov Azərbaycan hökuməti adından Mudros barışığının Azərbaycana aid maddələrinə etirazını bildirdi.Artıq noyabrın 10-dan Türkiyə qoşunları Azərbaycandan çıxarılmağa başlandı və bununla AXC-nin xarici siyasətində Türkiyə arientasiyası dövrü başa çatdı.

1918-ci il noyabrın 17 –də Bakıya İngilis qoşunları daxil oldular. General Tomson Xoyski hökumətini yeganə təsirli hökumət kimi qəbul etdi və bildirdi ki, Böyük Britaniya hökuməti Azərbaycan hökumətini bu ölkənin ərazisində yeganə qanuni hakimiyyət kimi tanıyır.

1919-cu ildən başlayaraq İngiltərə-Azərbaycan əlaqələri, Bakıdakı İngilis ko-mandanlığı və İstanbuldakı İngilis hərbi və diplomatik nümayəndəliyi vasitəsilə həyata keçirilirdi.

1918—1920-ci illərdə AXC-nin xarici siyasətinin əsas məqsədi Azərbaycanın müstəqilliyinin gerçəkləşməsindən ibarət idi. Azərbaycan hökuməti Azərbaycanın müstəqilliyinin tanınması və qorunub saxlanmasında Qərb ölkələrinin himayəsini əldə etmək işinə birinci dərəcəli əhəmiyyət verirdi. Azərbaycan hökumətinin üzvü Ə.M.Topçubaşov İstanbul, Vyana, Berlinə, eləcə də Ermənistan və Gürcüstanın mərkəzlərinə səlahiyyətli səfır təyin edilmişdi. Verilən mandata görə Ə.M.Topçubaşov Azərbaycanın maraqları ilə bağlı geniş səlahiyyətlərə malik idi. O, İstanbulda ikən Ukrayna, İran, Rusiya, ABŞ, İtaliya, İsveç, Hollandiya, Ermənistanın rəsmi nümayəndələri ilə görüşmüş, fıkir mübadiləsi etmiş və onlara memorandum təqdim etmişdi. Memorandumda Qafqazın coğrafıyası, onun çar dövründə inzibati bölgüsü, regionun demoqrafık vəziyyəti, Azərbaycan respublikasında mövcud vəziyyət, aparılan quruculuq işləri, erməni probleminin mahiyyəti, mart soyqırımı, Qarabağ məsələsi barədə məlumat verilir, Azərbaycan Respublikasının müstəqil yaşamağa haqqı olduğu əsaslandırılırdı.


Osmanlı Türkiyəsi də Azərbaycanın müstəqilliyinin tanınması üçün əlindən gələni əsirgiməyəcəyini bildirmişdi. Lakin Mudros sazişindən sonra Osmanlı hökumətinin Azərbaycana köməyi minimuma enmişdi. Türkiyə müttəfıqlərindən asılı vəziyyətə düşmüşdü. Müttəfıqlər Osmanlının Azərbaycana diplomatik nümayəndə təyin etməsinə pantürkizm kimi baxmış, Osmanlı hökumətinə bunu qadağan etmişdi.
1918-ci ilin iyulunda Azərbaycanın İstanbuldakı nümayəndə heyəti buradakı İran konsulluğuna AXC-nin yaranması haqqında bəyannaməni təqdim etsə də, İran konsulu Azərbaycan adlı müstəqil dövləti tanımadığını bildirmişdi. İranın narahatçılığını aradan qaldırmaq üçün Azərbaycan hökuməti beynəlxalq sazişləri imzalayarkən Qafqaz Azərbaycanı məfhumunu xüsusi ilə vurğulayırdu. 1919-cu il sentyabr ayında İranın yeni xarici işlər naziri Firuz Mirzənin nümayəndə heyətinin başçısı sifəti ilə Avropaya gəlməsindən sonra İran heyətinin Azərbaycan istiqlalına münasibəti tam dəyişdi. Hətta hər iki dövlət arasında siyasi və iqtisadi ittifaqın yaradılmasını nəzərdə tutan sənəd də qəbul edildi.
Azərbycan hökuməti qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinin yaranmasına çalışır və mübahisəli məsələlərin danışıqlar yolu ilə həll edilməsi tərəfdarı kimi çıxış edirdi. Gürcüstandan fərqli olaraq Ermənistanla münasibətlər çox çətin qurulurdu. Normal qonşuluq münasibətlərinin yaranmasına ermənilərin torpaq əldə etmək hərisliyi, törətdikləri vəhşiliklər mane olurdu.
Birinci dünya müharibəsindən sonra qalib dövlətlər müharibədən sonrakı dünyanın vacib məsələlərini həll etmək üçün Parisdə sülh konfransının çağrılmasına qərar verdilər. Dekabrın 7-də Azərbaycan parlamentində Parisə getmək üçün seçilən nümayəndə heyəti 1919-cu il yanvarın 20-də İstanbula gəldi. Lakin burada Parisə yola düşmək üçün Fransa hökumətindən üç ay yarım icazə gözləməli oldu. Yalnız aprelin 22-ə ingilislərin köməyi ilə Parisə yola düşə bildilər və may ayında Parisə çatdılar.
Mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti V.Vilsonla görüşə bildi. Vilsondan Azərbaycanın istiqlaliyyətinin tanınması, Vilson prinsiplərinin Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər Liqasına qəbul olunması, ABŞ-la Azərbaycan arasında diplomatik və iqtisadi əlaqələrin bərqərar edilməsi xahiş edilirdi. Lakin prezident Vilson sülh konfransının dünyanın kiçik hissələrə parçalanmasının əleyhinə olduğunu bildirmiş və Azəpbaycan nümayəndələrinə konfederasiya ideyasını müdafıə etməyi məsləhət görmüşdü. Azərbaycan, Gürcüstan və Dağlılar respublikasının nümayəndə heyətləri konfransın rəhbərlərinə göndərdikləri bütün memorandumlarda Qafqazda konfederasiya ideyasına müsbət yanaşdıqlarını qeyd etmişdilər. Lakin ermənilər ərazi sərhəd məsələsinə daha çox əhəmiyyət verir və konfederasiya ideyası əleyhinə təbliğat aparır, Qafqazdakı vəziyyət barədə Avropa və ABŞ ictimaiyyətində yanlış təsəvvür yaradırdılar. Azərbaycan və Gürcüstan nümayəndələrinin etirazına baxmayaraq ermənilər Türkiyənin 7 şərq vilayətini, keçmiş İrəvan quberniyası, Tiflis və Yelizavetpol quberniyalarının cənubunu və Qars torpaqlarını tələb edirdilər. Azərbaycan nümayəndə heyəti ermənilərin təbliğatına qarşı Avropa və Amerikanın özündə əks-təbliğat işini təşkil etməyə məcbur oldu. Azərbaycan nümayəndələri ingilis, fransız dillərində bir neçə kitabça hazırlayıb çap etdirmiş, Avropada və Amerikada yayılmasını təşkil etmişdilər. Bu kitabçalarda Azərbaycanın tarixi, əhalisinin antropologiyası və etnik tərkibi, təsərrüfatı, Azərbaycan Respublikasındakı vəziyyət, ermənilərin təcavüzkar hərəkətləri haqqında məlumatlar verilirdi. Azərbaycan nümayəndə heyətinin ən əhəmiyyətli təbliğat işlərindən biri «Paris sülh konfransına Qafqaz Azərbaycanı sülh nümayəndəliyinin tələbləri» adlı kitabın hazırlanması idi. Kitabda Azərbaycanın tarixi haqqında dəyərli məlumatlar verilirdi. Bu sənəd üç mühüm tələb ilə bitirdi: 1) Sülh konfransı Azərbaycanın müstəqilliyini tanısın. 2) Nümayəndə heyəti sülh konfransının işinə cəlb olunsun. 3) Azərbaycan Respublikası Millətlər Liqasının üzvlüyünə qəbul edilsin.
Azərbaycan nümayəndə heyətinin diplomatik fəaliyyətinin mühüm uğuru 1920-ci il yanvarın 11-də Paris konfransının Ali Şurası tərəfındən Azərbaycanın istiqlalının defakto tanınması və Azərbaycanın beynəlxalq münasibətlərin subyektinə çevrilməsi idi. Bakıda 20-dən artıq xarici dövlətin diplomatik nümayəndəliyi yaradılmışdı.

1920-ci ilin yazından müsəlman partiya və qruplaşmaları -“Müsavat” “Əhrar” “İttihad”, sosialistlər komunistlər arasında sabitsizliyi dərinləşdirən mübarizə daha da dərinləşirdi.Ən kəskin ziddiyyət “Musavat” ilə “İttihad” arasında gedirdi. Respublikada siyasi vəziyyətin sabit olmaması parlamentin və hökumətin içində də öz əksini tapdı. Bolşevik təhlükəsinin real olduğunu nəzərə alan F.X.Xoyski hökumətindən respublikada fövqaladə vəziyyət tətbiq etməyə, parlamentin buraxılmasını və Müəssislər Məclisinə seçkilər keçirilməsini tələb etdi.

Sovet Rusiyasına münasibət məsələsi Azərbaycanın siyasi partiyaları arasında əsas ziddiyyətlər nöqtəsinə çevrilmişdi. Sovet Rusiyası ilə real münasibətlərə əsas tərəfdar daxili işlər naziri M. H. Hacınski, əleyhdar isə F.X.Xoyski idi.

1920-ci ilin əvvələrindən Rusiya Azərbaycanın daxili işlərinə daha çox təzyiq göstərməyə başladı. Rusiya Xarici işlər naziri Çiçerin Azərbaycanın Rusiya ilə hərbi İttifaqdan boyun qaçırmasına cavab olaraq yanvarın 23-də Azərbaycana nota göndərdi. Rusiya bununla Azərbaycanı hərbi müqayisəyə (Denininə qarşı) çəkməyə çalışırdı.

1920-ci il martın 17-də V.İ. Leninin Qafqaz cəbhəsi hərbi-inqilab Şurası adından göndərdiyi teleqram Sovet hökumətinin Azərbaycana münasibətdəki gizli niyyətindən xəbər verirdi. V.İ.Lenin göstərirdi ki, “bizim üçün Bakını ələ keçirmək son dərəcə vacibdir. Bütün səyləri bu istiqamətə yönəldin, həm də bəyanatlar sırf diplomatik olmalıdır” Bu dövrdə Azərbaycan kommunist təşkilatları əsas gücü fəhlələrin və döyüş dəstələrinin silahlanmasına sərf edir, silahlı üsyan hazırlanmasını özlərinin ən yaxın məqsədləri hesab edirdilər. Azərbaycan kommunistləri Moskvadan göstərişlər alırdılar. Bakıya bolşevik fəalları, silah və pul gətirilirdi.

Kommunistlərin aprelin 22-də keçirilən müşavirəsində Bakıda silahlı üsyan planda hazırlanmışdı. Plana görə aprelin 27-də Bakıda kommunistlər silahlı çıxışa başlamalı və XI ordu dəstələri Azərbaycan sərhəddini keçməli idilər.

Aprelin 27-də komunistlərin silahlı dəstələri həm şəhər daxilində, həm də onun kənarlarında ən mühüm obyektləri, dəmir yol vağzalını, poçtu, teleqrafı, radiostansiyanı, polis məntəqələrini , iri neft mədənlərini, hərbi və ticarət limanını ələ keçirməyə başladılar.

Bakıda baş verən aprel hadisələrində Xəzər Hərbi Donanması əsas rol oynadı. Hakimiyyətin iki saat ərzində Azərbaycan İnqilab Komitəsinə təhlil verilməsini ultimatunla tələb edən hərbi gəmilər sahilə düzülərək topları hökumət orqanları binalarına tuşladılar. Azərbaycan K.P.MK –sı adından Parlamentə hakimiyyətin N. Nərimanovun başçılıq etdiyi Sovet fəhlə -kəndli hökumətinə vermək haqqında ultimatum Ç. İldırım tərəfindən təqdim olundu.

Parlamentdə həmin ultimatun müzakirə edilərkən M.Ə.Rəsulzadə demişdi. ”Bu ultimatunun qəbul edilməsi hakimiyyəti dost maskası geyinmiş düşmənə vermək deməkdir. Biz buraya millətin iradəsi və arzusu ilə gəlmişik və bizi buradan yalnız güc və süngü ilə çıxarmaq olar”. Bunula belə vətəndaş müharibəsi təhlükəsini nəzərə alan “Müsavat“ fraksiyası Azərbaycanın müstəqilliyi saxlanacağı şərtlə ultimatunu qəbul etmək haqqında çoxluğun fikrinə qoşulmağı vacib bildi.

1920-ci aprelin 27-dən 28-nə keçən gecə parlament hakimiyyəti Müvəqqəti İnqilab komitəsinə təhfil verdi. Komitə Rusiya hökumətinə yardım etmək haqqında müraciət etdi. Parlament hakimiyyəti (axşam saat 11-də) təhvil vermək haqqında şərtlər də irəli sürdü:

1.Sovet hakimiyyəti tərəfindən idarə edilən Azərbaycanın tam müstəqillityi saxlanılır;

2.Az.Kp-nın yaratdığı hökumət müvəqqəti orqan olacaqdır;

3.Azərbaycanın qəti idarə formasını Azərbaycannın Ali qanunverici orqanı (parlament) müəyyən edəcəkdir;

4.Hökumət idarələrinin bütün qulluqçuları öz yerlərində qalır.

5. Yeni təşkil olunan kommunist hökuməti parlament üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir;

6.Hökumət XI Ordunun döyüşlə Bakıya girməsinin qarşısını almaq üçün tədbirlər görəcəkdir.

Lakin aprelin 27-si axşam saat 21-də Biləcəri stansiyası Sovet zirehli qatarları tərəfindən tutuldu, səhər saat 4 də (28 aprel) “III Beynəlmiləl” zirehli qatarı Bakı stansiyasına daxil oldu.Aprelin 30-da XI ordunun əsas hissələri şəhərə daxil oldular.Həmin gün 7-ci süvari divizyanın hissələri Şamaxı və Ağsuya daxil oldular, mayın 1 də isə Gəncə stansiyası ələ keçirildi.AXC hakimiyyətinin devrilməsi ciddi daxili və xarici səbəblərin nəticəsi idi.1920-ci ilin yazında Respublikada siyasi sabitlik daha kəskin şəkildə pozulurdu.23 ay ərzində 5 hökumət kabinetinin bir –birini əvəz etməsi həmin ziddiyətlərin nəticəsi idi.

Respublikada vəziyyəti mürəkkəbləşdirən digər ciddi amil o idi ki, hökumət erməni daşnakları ilə mübarizəyə həddindən artıq iqtisadi və hərbi ehtiyatlar cəlb etmək məcburiyyətində qalmışdı.Belə vəziyyətdən yararlanan Sovet Rusiyası açıq müdaxiləyə keçərək AXC-ni devirə bildi.Cümhuriyyətin yaranması, uğursuzluğuna baxmayaraq, onun 23 aylıq fəaliyyəti Azaərbaycan xalqının tarixi taleyində çox mühüm hadisə idi.O, qısa müddətdə parlamenti, hökuməti, ordusu və pul vahidi olan demokratik respublikaya çevrildi.

M.Ə. Rəsulzadənin təbirincə desək, Cümhuriyyət dövründə Azərbaycan xalqı demokratiyanın azda olsa dadını görmüş oldu.


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin