XIX mövzu
Azərbaycan 1970-1980-ci illərdə
PLAN
1. Respublikanın ictimai-siyasi həyatı.
2. 70-80-ci illərdə sosial-iqtisadi və aqrar sahədə həyata keçirilən tədbirlər.
3. Azərbaycanda mədəni quruculuğun inkişafında yeni mərhələ
ƏDƏBIYYAT
1. Azərbaycan tarixi.VII cild, Bakı,2008, səh.445-584.
2. Siyasi tarix (Mühazirə kursu) II hissə, Bakı,1995, səh.123-135.
3. Məmmədov T, Məmmədovç.Siyasi tarix, Bakı,2004, səh.251-257.
4. Siyasi tarix (Dərs vəsaiti) II hissə, Bakı,1998, səh.291-296.
5. Az.KP. MK-nin Plenumlarının materialları.Bakı, 1969-82-ci illər.
1969-cu ilin iyulun 14-də Azərbaycanın siyasi həyatında mühüm hadisə baş verdi.AZ.KP MK-nin Plenumunda H.Ə.Əliyev MK-nin birinci katibi seçildi. Azər-baycanın müasir tarixində 1969-cu il dönüş mərhələsinin təmələni qoydu.
Avqust plenumunda H.Əliyev çıxış edərək, respublikanın iqtisadiyyatını dərin və hərtərəfli təhlil etdi, təsərrüfata rəhbərlikdə,mədəni quruculuqda, ideoloji isdə ciddi nöqsanlar olduğunu qeyd etdi və onları aradan qaldırmaq yollarını göstərdi.
Avqust plenumunda dövlət əmək intizamını möhkəmləndirmək, respublikada mədəni-psixoloji iqlimini sağlamlaşdırmaq vəzifələri irəli sürüldü.
H.Əliyev qısa müddətdə respublikada idarəçəlik sistemini xeyli möhkəm-ləndirdi. O, bütün dövlət hakimiyyəti orqanlarının işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisi və milli oyanış siyasətinin reallaşmasına yönəltdi.
H.Əliyev respublikada qanunçuluğun hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlərin təşəbbüsçüsü oldu.O,1978-ci il AZ,SSP Konsti-tusiyasını hazırlayan komissiyanın sədri kimi geniş dövlətçilik fəaliyyəti göstərdi. Aprelin 21-də AZSSP-nin Konstitusiyası qəbul edildi.Bu ali qanun xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsaslar genişləndirdi. Moskvanın etirazına baxmayaraq H.Əliyevin siyasi iradəsi nəti-cəsində Azərbaycan dili dövlət dili statusunu saxladı.
H.Əliyrvin məharətlə həyata keçirdiyi çoxcəhətli siyasi-dövlətçilik faliyyəti sa-həsində bütün ictimai təşkilatların diqqəti respublikanın iqtisadi, kadr və mənəvi potensialının sürətlə artmasına yönəldildi.Bunun nəticəsində 70-ci illərdə Azərbaycanda bütün başlıca iqtisadi göstəricilər durmadan artdı.14 ildə (1969- 1982-ci illərdə) respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı 2 dəfə, xalq istehsalını malları 3 dəfə, kənd təsərrüfatında məcmu məhsul 2,7 dəfə artmış,250-dən çox fabrik, zavod, istehsal sexləri tikilmiş, 2 milyondan çox adamın mənzil şəraiti yaxşılaşmışdı.
H.Əliyevin təşəbbüsü ilə xalqın mənəvi dəyərlərinin öyrənilməsi və təbliğinə diqqət artırıldı.1977-ci ildə Nizami irsinin yenidən öyrənilməsi haqqında qərar qəbul olundu.Hüseyin Cavidin cəsədininn qalıqları 1982-ci ildə İrkutsk vilayətindən gətiri-lərək Naxçıvanda dəfn edildi.
70-ci illərdə Taqanroqda 416-cı Azərbaycan divizyasının böyük qələbəsinə xa-tirə ansanblı, Sevastopolda 77-ci divizyanın şərəfinə böyük abidə ucaldılmışdı.
H.Əliyev respublikada kadr potensialının möhkəmləndirilməsinə xüsusi diqqət verildi. Minlərlə Azərbaycanlı gənc digər şəhərlərdə aparıcı təhsil və elm ocaqlarına oxumağa göndərildi. 70-80-ci illərdə SSRİ-nin hərbi məktəblərində müxtəlif hərbi ixtisaslar üzrə 2000-dən çox azərbaycanlı zabit hazırlandı.
H.Əliyevin təşəbbüsü ilə milli özünədərk prosesi xeyli gücləndirildi.
“Gəncə ”sözü yasaq edildiyi vaxt, “Yeni Gəncə ” qəsəbəsi yaradıldı.Bakı rayonları-na “Nizami ”,“Nəsimi” adları verildi.Naxçıvanda “Babək”,Yuxarı Qarabağda Əsgəran adlarının verilməsi bu yerlərin əzəli azərbaycan torpaqları olduğunu bir daha təsdiqlədi.
O,”İran Azərbaycanı ” terminini “Cənubi Azərbaycan” terminilə əvəz etdi.
Beləliklə H.Əliyevin çoxcəhtli partiya və dövlət idarəçiliyi sayəsində Azər-baycanın ictimai-siyasi həyatı olduqca zənginləşdi.İnsanların partiya və dövlət orqanlarının ictimai təşkilatların işində fəaliyyəti artdı. Dövlət və ictimai təşkilatla-rın mədəni tərəqqisi xalqın milli oyanışına istiqamətləndirilmiş siyasətin reallaşdırıl-masına yönəldildi və səmərəli nəticələr verdi.
H.Əliyev kimi fitri istedadlı, uzaqgörən, xalqını sonsuz məhəbbətlə sevən, praqmatik bir siyasətçinin Azərbaycana rəhbərlik etməsi respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında sürətli yüksəlişə səbəb oldu.
XX- əsrin 70-80-ci illəri Azərbaycan iqtisadiyyatının keçidiyi əvvəlki inkişaf illəri ilə müqayisədə ən əlamətdar və böyük yüksəliş dövrü kimi tarixə daxil olub.
Heydər Əliyevin təşəbbüsü ilə SSSR hökuməti Azərbaycanda sənayenin və kənd təsərrüfatının intensiv inkişafı üçün xüsusi qərar qəbul etdi və xeyli vəsait ayırdı. Azərbaycanda iqtisadi quruculuq fəaliyyəti 70- ci illərin ilk ilindən sürətlə
başladı.Kapital qoyuluşunun həcmi 1970 -85 –ci illərdə 32 milyard manat təşkil edirdi ki, bu da Sovet dövrünün əvvəlki 50 ilində cəmi istifadə edilən vəsaitdən 2,1 dəfə çox idi.
Bu kapitalın 45% -dən çoxu maşınqayırma, kimya, neft-kimya, tikinti material-ları, yeyinti sənayesi sahələrinə qoyulmuşdu.
Respublikanın güclü elmi-texniki və istehsal potensialına söykənərək iqtisadiy-yatın mühüm istiqamətlərinin inkişafı ardıcıl mərhələlər üzrə həyata keçirildi. Əlvan və qara metalugiyanın yeni istehsal sahələri yaranırdı.
Kənd təsərrüfatı təyinatlı maşınqayırma sənayesində daha əhəmiyyətli yeni müəssələrin yaradılması sahəsində ciddi işlər görüldü.
Neft və qaz istehsalı sahəsində 80-ci illərdə rekord nəticələr əldə olundu. Belə ki, həmin dövrdə 13 milyon ton neft, 14milyard kubmetr təbii qaz istehsal edilmiş-di.70-80-ci illərdə Azərbaycan rayonlarının qazla təmin edilməsi demək olar ki, başa çatdırılır.
1970-80 –ci illərdə yeni müəssələr sənayenin təkmilləşməsi və məhsul isteh-sallarının artırılmasında əhəmiyyətli rol oynamışdur.Bu dövrdə 218 yeni sənaye müəssəsi istifadəyə verildi.
Mingəçevirdə elektrik stansiyası, Şəmkir Ses, Bakı Kondisioner zavodu, Əli Bayramlı məişət cihazları zavodu, Ağdam dəzgahqayırma, Gəncə xalça, qənnadı, çini –saxsı qablar zavodları məhz bu dövrdə istifadəyə verilmişdi.
Tarixən Azərbaycanda sənayenin birtərəfli inkişafı ilə əlaqədar onun müəssələri əsasən Bakı və Sumqayıt regionunda yerləşmişdir.1970-85-ci illərdə yaradılan yeni sənaye müəssələrinin 158-i və ya 72 faizi respublikanın başqa ərazi sahələrində istifadə-yə verildi.
70-ci illərdə neft sənayesinin inkişafında da yeni dəyişikliklər baş verdi.Geoloji kəşfiyyat işləri genişləndi.22 yeni neft və qaz yatağı kəşf olundu.Neft mədənlərinin yarıdan çoxu avtomatlaşdırıldı.
Üzən buruqlardan “Azərbaycan”, “Xəzər” vastəsilə dənizin dərinliyində 6000 metrə çatan quyular qazıldı.
70-ci illərdə dərin dəniz özülləri hazırlayan iri zavodun tikintisinə başlandı və zavod 1986–cı ildə fəaliyyətə başladı. Respublikada energetika sənayesi sürətlə inkişaf edirdi.Araz çayı üzərində İran ilə birlikdə SES –sı tikildi .Yüngül sənaye, yeyinti sənaye müəssləri şəbəkəsi xeyli genişləndi.
Azərbaycanın vahid xalq təsərrüfatı komplekslərindən biri olan nəqilyatın da inkişaf etdirilməsi vacib strateji məsələlərindən biri idi. 70-80 –ci illərdə yeni dəmir yolu –Ağdam –Xankəndi, Akstafa –İrəvan, Yevlax- Balakən xətləri istifadəyə veril-di.1985-ci ildə 2067 kmə çatan dəmir yolu xətti var idi.
Avtomobil yollarının inkişafında da əhəmiyyətli dəyişikliklər baş verdi. Avtomobil yollarının uzunluğu 1985 –ci ildə 22,4 min km -ə çatırdı.
70-80-ci illərdə metro tikintisi sahəsində böyük uğur əldə olundu.1970-ci ildə “Ulduz ” stansiyası istifadəyə verildi.1972-ci ildə Bakının mərkəzini “8-ci km” qəsəbəsi ilə birləşdirən metro xətti “Bak Soveti ”- “Neftçilər” metro xətt işə düşdü.1985-ci ildə “Memar Əcəmi ” stansiyasına, 1979 –cu ildə “Əhmədli ” stansiyasına qədər yeraltı də-miryol xətləri istifadəyə verildi.
Azərbaycanın dəniz nəqilyyatı da inkişaf edirdi. Bakı dəniz gəmiçiliyi böyük donanmaya malik idi. Respublikada dəniz vasitəsilə Qazaxstan, Sibir, İtalya, Əlcəzair, Polşa ,Ruminiya və s. ölkələrə mal daşınırdı.
1970-80-ci illərdə respublikada kənd təsərrüfatının maddi bazasının gücləndirilməsinə xüsusi diqqət yetirilirdi.
Azərbaycanda kınd təsərrüfatına yararlı torpaqlar nisbətən məhdud miqdardadır.Buna görə də kənd təsərrüfatında məhsuldar qüvvələrindən tam və hərtərəfli istifadə edilməsi vacib idi. Bunun üçün ilk növbədə əkinçilik və heyvan-darlığın müxtəlif təbii-iqtisadi zonalar üzrə səmərəli ixtisaslaşması və mərkəzləşməsi tələb olunurdu.
70-ci illərdə kənd təsərrüfatında əmək bölgüsünün dərinləşməsi prosesi sürətləndi.Pambıq istehsalı Muğan, Mil və Şirvan zonalarında təmərküzləşdi.18 rayon pambıqçılıqla məşğul idi. Ən çox pambıq istehsal edən rayonlar Bərdə, Ağcəbədi, Beyləqan, Sabirabad idi.1985-ci ildə pambıq əkin sahələri 295,5 min hektara çatmışdı.
Başqa sahələrdə də təmərküzləşmə gedirdi.Tərəvəzin 92 faizindən çoxu Lənkəran, Astara, Quba-Xaçmaz, çay yarpağının 98 faizi Lənkəran-Astara, taxılçılıq mərkəzi aran, Şəki İsmayıllı rayonlarında daha çox becərilirdi. Üzümçü-lük bütün təbii iqtisadi zonalarda yetişdirilirdi.
Respublikada kənd təsərrüfatının ümumi məhsulunun həcmi 1981-85 –ci illərdə orta hesabla 1966-70 –ci illərə nisbətən 2,6 dəfə çoxaldı
1981-85-ci illərdə taxıl istehsalı 1,3 milyon tona, pambıq 861,4 min tona, tütün 56,9 min tona, üzüm 1,9 milyon tona çatdırılmışdı.
Beləliklə, 70-80-ci illərdə azərbaycan iqtisadiyyatı böyük zirvələr fəth etdi. Əsas sosial iqtisadi göstəricilərə görə Azərbaycan ittifaq respublikaları içərisində ön sıraları keçdi. Azərbycanın ictimai əmək bölgüsündə istər idxal , istərsə də ixrac edilən məhsulların istehsal həcminə görə rolu xeyli genişləndi.
Akademik Cəmil Quliyev yazır: “1969-cu ilin yayından H.Əliyevin respubli-kaya rəhbərlik etməsi ilə Azərbaycanın sosial –iqtisadi və ictimai-siyasi həyatında dönüş başlandı.H.Əliyev demək olar ki, 22 il Az.SSR-ə rəhbərlik etdi, bu müddət ərzində o, Azərbaycanın milli dirçəlişi üçün XX əsrdə hamıdan daha çox xidmət göstərdi Bu illərdə H.Əliyev suveren Azərbaycan Respublikasının əsasını qoydu”
Lakin 1980-ci illərin ikinci yarısında Azərbaycanın iqtisadiyyatında ciddi geriləmə prosesi başlandı. Ölkənin ictimai-siyasi rejimində baş verən gərgin və təlatümlü hadisələr onu sarsıdaraq, iqtisadiyyatın tənəzzülünü sürətləndirdi.
Azərbaycanın ictimai-siyasi həyatının təsərrüfat sisteminin ahəngi 1987-ci ildə erməni millətçilərinin “Dağlıq Qarabağ” ətrafında başladıqları fitnəkarlıqlıa pozuldu. Moskvada yüksək vəzifələr tutan erməni millətçiləri Azərbaycan iqtisadiyyatına böyük zərbələr endirmək üçün öz xəyanətkar fəaliyyətlərini ge-nişləndirirdilər.İlk növbədə 1985-ci ildə alkoqolizmə qarşı mübarizə adl altında respublikadaböyük gəlir verə üzüçülüyün ləğv edilməsinə çalışırdılar.1990-cı ildə 107 min hektar üzüm sahəsi ləğv edilmişdi.
1988 -ci ildə Gəncə avtomobil zavodunun, AKTİ –nin tələ şəhərciyinin tikintiləri dayandırıldı.
Azərbaycan iqtisadiyyatının inkişafına yönəldilən əsaslı vəsait ildən-ilə azaldıldı.Əsas fondların istifadəyə verilməsi 199—cı ildə 1985-ci ilə nisbətən 50 faiz aşağı düşdü. Neft hasilatı bu dövrdə 13,5 milyon tondan 13,1milyon tona, qaz hasilatı isə 14,3 milyard kub metrdən 11,1 milyard kubmetrə enmişdi. Polad, dəmir, sement, yüngül sənaye sahələri əvvəlki gücü ilə işləmişdi.
Mühüm, kənd təsərrüfatı məhsulları istehsalında ciddi geriləmə baş verdi.
1980-ci illərin ikinci yarısında Azərbaycan sənayesi ziddiyyətli, çox çətin və ağır bir dövr keçirirdi. Digər tərəfdən isə metodları yararsız olan yenidənqurma, millətlərarası toqquşmalar, rəhbərliyin zəifliyi iqtisadi inkişafa mane olurdu.
Respublikanın 70-80-ci illərdə iqtisadi yüksəlişi xalqın rifahının yaxşılaş-dırılmasına şərait yaratmışdı.Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 80-ci illərdə 1,3 dəfə, kolxozçuların orta aylıq əmək haqqı isə 1,5dəfə artmışdı.Qocalığa və əlilliyə görə dövlətdə pensiya alanların sayı 1989-cu ildə 987 minə çatmışdı.
70-80-ci illərdə respublikanın şəhər və kəndlərində mənzil tikintisi sürətlə ar-tmışdı.Baku, Sumqayıt, Gəncə, Əli Bayramlı, Mingəçevirdə yeni mikrorayon və qəsəbələr salınmış ,çoxmərtəbəli binalar tikilmişdi. Həmin illərdə respublikada ümumi sahəsi 35 mln kv-metr mənzil sahəsi tikilmişdi.3 milyona qədər əhalinin mənzil şəraiti yaxşılaşdırılmışdı.
Həmin dövrdə Dənizkənarı park yenidən qurulmuş, Fəvvarələr meydanı, yaradılmışdı. 70-ci illərdə Baku Dəniz Vağzalı, Respublika Sarayı, Gülüstan sarayı, Velotrek tikildi.Həmin illərdə əhalinin içməli su ilə təminatı yaxşılaşdırılaraq, Kür su kəməri tikildi. Lakin göstərmək lazımdır ki, sənaye, kənd təsərrüfatı, nəqliyyat və tikinti inkişaf etdikcə təhlükəsizlik texnologiyasına ciddi əməl olunmaması, təmiz-ləyici qurğulardan istifadə edilməməsi respublikada ekoloji mühitin gündən –günə pozulmasına gətirib çıxardı.
Bakı,Sumqayıt, Gəncə, Əli bayramlı şəhəri ekoloji cəhətdən daha çox çirklənmişdi. Bakıda çirkab sularının dənizə axıdılması nəticəsində Xəzər dənizi həddən çox çirklənmişdi.Kimya zavodları Sumqayıt şəhərini “ölü şəhərə”çevrilmişdi. Qonşu respublikalardan Kür və Araz çaylarına çirkab və zəhərli maddələrin axıdılması böyük problem yaradırdı.
70-80- ci illərdə əhalinin sayı 5 milyon nəfərdən, 7,1 milyona çatmışdı. Hər min nəfərə , təbii artım 20 faizə çatmışdı. Şəhər əhalisi 53,8 faiz təşkil edirdi.Əhalinin sosial –sinfi strukturu da yeniləşmişdi.1989-cu ildə əhalinin 86,8 faizini fəhlə və qulluqçular, 12,7 faizini kolxozçular təşkil edirdi.Əhalinin milli tərkibində də mühüm dəyioşikliklər baş vermişdi. 1989-cu il siyahıyaalınmasına görə 7 milyondan çox əhalinin 6 milyonunu Azərbaycan türkləri, 392,3 min nəfərini ruslar, 390,5 min nəfərini ermənilər, 171,4 min nəfərini ləzgilər, 44,1 min nəfərini avarlar, 30,8 min nəfərini yəhudilər və sairə təşkil edirdi. Ümumiyyətlə respublikada 82 xalqın nümayəndəsi məskunlaşmışdı.
Beləliklə 70-80-ci illərdə respublika əhalisinin sosial-siyasi, milli strukturunda , məişət və rifahında mühüm dəyişikliklər baş vermişdi.
Bütün bunlarla yanaşı, əhalinin istehlak tələbləri lazımınca ödənilmirdi, xidmətlərin səviyyəsi xüsisən kənd yerlərində hələ aşağı idi.Ekoloji mühit çirklənirdi.və s. 70-80-ci il illər azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi hə-yatinda mühüm irəliləmələr dövrü olmuşdur.Uşaq müəssisələrinin, məktəblərin maddi-texniki təhsil bazası möhkəmlənmiş , tədrisin səviyyəsi xeyli yüksəlmişdi .
Bu illərdə respublikada 101 min nəfərlik məktəbəqədər uşaq müəsssəsi tikilib isti- fadəyə verilmişdir.
Həmin dövrdə 703 min yerlik 1058 ümumtəhsil məktəb binası tikilib istifadəyə verilmişdi.Ümumtəhsil məktəblərinin sayı 4356-ya çatdırılmışdı və bu məktəblərdə 1,4 milyona qədər şagird təhsil alırdı.Bu məktəblərdə müəllimlərin sayı 132-min nəfərə qədər artmışdı.
Məktəblərin 98 faizində fənn kabinələri, emalatxanalar fəəaliyyət göstərirdi.
Azərbaycanda milli hərbi, kadrlar yeyişdirilməsini təmin etmək məqsdilə H.Əliyevin təşəbbüsü ilə C.Naxçıvanski adına Bakı ibtidai hərbi məktəb, təşkil olundu.
80-ci illərin sonunda Azərbaycanda 2185 məktəbdənkənar uşaq müəssisələri ,o cümlədən 91 niioner məktəblilər sarayı,1593 nioner düşərgəsi, 240-dan çox uşaq idman məktəbi, 210 musiqi məktəbi fəaliyyət göstərirdi.
Peşə təhsili sistemi inkişaf edirdi.70-80-ci illərdərespublikada 100 yeni texniki –peşəməktəbi təşkil edilmişdi.1990-cı ildə 176 belə məktəbdə 83 minə qədər şagirdtəhsil alırdı.Həmin şagirdlər sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı,məişət xidməti və başqa sahələr üzrə peşəyə yiyələnirdilər.Təsərrüfat, maarif ,mədəniyyət, səhiyyə və başqa sahələr üzrə orta ixtisaslı kadrlar hazırlayan 78 məktəbdə hər il 60-70min tələbə təhsil alırdı.Bu illərdə Bakı kitabxanaçılıq texnikumunun, Bakı Pedaqoji,Gəncə tikinti-inşaat texnikumları, Şuşa pedoqoji məktəbinin, Mingəçevir və Naxçıvan politexnikumlarının, Şəki pedoqoji məktəbinin yeni tədris binaları və yataqxanaları tikilərək istifadəyə verildi.Bu illərdə tələbələrin təqaüdü 3 dəfə artdı.
70-80-ci illərdə Azərbaycanda ali təhsil daha da inkişaf etdi. Yeni ali təhsil ocaqları fəaliyyətə başladı.1971-ci ildə Rus dili və Ədəbiyyati (Slavyan Universiteti) və Pedoqoji xarici dillər Unstititları yarandı.Azərbaycan Dövlət Pedaqoji institutunun filialları əsasında 1972-ci ildə Naxçıvan , 1973-cü ildə Xankəndi Pedoqoji instititları , 1976-cı ildəGəncə Texnologiya İnstitutu təşkil edildi.
1980-ci ilərin sonlarında respublikada 17 ali təhsil müəssisəsi var idi. Bu ali məktəblərdə 80-ci illərin axırlarında 8500 nəfər, o cümlədən 612 professor, akademik, 3021nəfər dosent dərs deyirdi.Ali məktəblərdə hər il 100 min nəfər tələbə təhsil alırdı. Bakı Dövlət Universitetində 13 min tələbə oxuyurdu.
Məktəblərdə tədrisin məzmununda müəyyən dəyişikliklər baş verdi. Azərbaycan tarixinin tədrisi artırıldı.1988-ci ildən bütün ali və orta ixtisas məktəblərində bu fənn tədris olunmağa başlanıldı. 80-ci illərin sonlarında hər 1000 nəfər əhalinin 129-u ali, 146-sı orta ixtisas, 425-i ümumi orta, 190-ı natamam orta təhsilli idi.
İnsanların biliyinin , mədəni səviyyəsinin yüksəlməsində mədəni-maarif müəssisələri və kütləvi informasiya vasitələri mühüm rol oynayırdı.
70-80-ci illərdə respublikamızın şəhər və kəndlərində 220 min yerlik 1066 klub və mədəniyyət , 111 kinoteatr istifadəyə verilmişdi.
Kütləvi kitabxanalar şəbəkəsi genişlənmiş, oradakı kitab və jurnalların sayı 45,3 milyon nüxsəyə çatdırılmışdı.Hər 100 nəfərə 6,4min nüxsə kitab və jurnal düşürdü. Respublikada 87 yeni muzey-1972-ci ildə Azərbaycan xalçası və tətbiqi sənət muzeyi” Sergey Yeseninin xatirə muzeyi, 1975-ci ildə U.Hacıbəyovun və S.Vurğunun,1981-ci ildə Naxçıvanda H.Cavidin ,1982-ci ildə Bakıda C.Cabbarlının , Bülbülün ev muzeyləri, rayonlarda onlarla tarix-diyarşünaslıq muzeyləri təşkil olundu.
Həmin dövrdə Gəncədə “Nizami “təsviri sənət qaleriyası, “Nizami dövrü və yaradıcılığı” muzeyi açıldı.
70-80-ci illərdə respublikada 8 yeni dövlət teatırı açıldı və onların sayı 20-yə qədər olmuşdur.
Kütləvi informasiya vastələri şəbəkəsi artmaqda idi.1990-ci ildə 256 qəzet, jurnal və məcumə çap olunurdu.Dövri nəşrlərin illik tirajı 49 milyon nüsxədən çox idi.
1976-88-ci illərdə 10 cildlik “Azərbaycan Sovet Ensklopediyası ” çapdan çıxdı.Bu dövrdə 20 cildlik”Azərbaycan Ədəbiyyatı Kitabxanası” 50 cildlik “Dünya Uşaq ədəbiyyatı Kitabxanası”, 100 cildlik “Dünya Ədəbiyyatı kitabxana-sı”, “Molla Nəsrəddin”12 cildlik toplusu nəşr edildi(1-ci cild)
70-80-ci illərdə Azərbaycan elminin inkişafında mühüm nailiyyətlər əldə olunmuşdu.Elmi müəssisəərin sayı 151-ə , o cümlədən elmi-tədqiqat istitutlarının sayı 85-ə çatmışdı. Elmi tədqiqatla məşğul olan işçilərin sayı 32,3 nəfərdən artmıdı.
1972-ci ildə Elmlər Akademiyasının Naxçıvanda Elmi Mərkəzi fəaliyyətə başladı.
1975-ci ildən “Xəzər” elmi Mərkəzində respublikanın təbii ehtiyatlarının kosmik tədqiqi aparılırdı.1978-ci ildə Bakıda Kosmik Tədqiqatlar Elm-istehsalat Birliyi fəaliyyətə başladı.
1970-ci ildə Elmlər Akademiyasında 30 elmi müəssisə , 3300 elmi işçi fəaliyyət göstərirdi.
Bakı həmin dövrdə “Neft Akademiyası”adlanırdı.Bu sahədə görməkli alimlərdən Mirəli Qaşqay, Şəfaət Mehdiyev, Əli Əlizadə, Əzəl Sultanov və başqa-ları görkəmli araşdırmalar aparırdılar.O dövrdə Fərman Salmanovun rəhbərliyi altında Qərb Sibirin neft və qaz yataqları kəşf olunmuşdu.
Humanitar –ictimai fənlər sahəsində də mühüm naliyyətlər əldə olunmuşdu. Z.Bünyadov,Cəmil Quliyev , İqrar Əliyev, Mahmud İsmayılov, Fuad Əfəndiyev, Tofiq Köçərli kimi tarixçilər bu elmin inkişafında mühüm rol oynamışdılar.
Ədəbiyyatın inkişafında çox böyük irəliləyişlər olmuşdu.M.Dilbazi, Nəbi Xəzri, İslam Səfərli, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza bədii ədəbiyyatın və ədəbiyyatşünaslığın inkişafında mühüm rol oynamışlar.
Bədii nəşringörkəmli nümayəndələri Süleyman Rəhimov, İlyas Əfəndiyev, Əzizə Cəfərzadə, İsa Hüseynov, Ələviyyə Balayevanın əsərləri çox maraqla oxunulurdu.
Xalqda milli şüurun oynamasında Cənubi Azərbaycan mövzusunda yazılmış əsərlərin xüsusi əhəmiyyəti var idi.Mirzə İbrahimovun “Pərvanə”, “Cənub heka-yələri”maraqla qarşılanırdı.
Respublikada musiqi, ifaçılıq teatr və kino sənəti sahəsində də mühüm irəliləyişlər baş verdi.Fikrət Əmirovun “1001 gecə” , Aqşin Əlizadənin “Babək” baletləri musiqi sənətinin ən mühüm naliyyətləri idi. Şərqdə ilk olaraq bir qadın kimi Şəfiqə Axundova “Gəlin Qayası” operasını yazdı.
Azərbaycan kinosu böyük inkişaf yolu keçdi. “Azərbaycanfilm” kinostudiyasında “Şərikli çörək” “Yeddi oğul istərəm”, “Ulduzlar sönmür”” Babək” “Tütək səsi”, “İstintaq”, Axırıncı aşırım”, “Dədə Qorqud” və başqa filmlər çəkildi.
Beləliklə, 70-80-ci illər Azərbaycan mədəniyyətinin inkişafında mühüm dövr ol-du. H.Əliyevin milli oyanış siyasəti sayəsində təhsil, elmi, mətbuat, ədəbiyyat və incəsənətin tərəqqisi üçün əlverişli imkanlar açıldı.Respublikanın mənəvi sərvətləri, kadr potensialı daha da artdı.Xalqın mədəni irsinin , tarixinin , dilinin öyrənilməsi və təbliği genişləndi.
XX mövzu
1980-ci illərin axırları və 1990-cu illərin əvvəllərində
Azərbaycanda ictimai-siyasi vəziyyət.
Plan:
1.1980-ci illərin sonuna yaxın Azərbaycanda siyasi vəziyyət.
2.Qondarma Qarabağ məsələsi və onun Azərbaycanın siyasi durumuna təsiri.
3.Milli-demokratik ictimai hərəkatların və təşkilatların meydana gəlməsi.
Ədəbiyyat:
1.Azərbaycan tarixi.VII cilddə, VII cild, Bakı, 2008, səh.301-484.
2.Məmmədov İ, Məmmədov Ç. Siyasi tarix. Bakı, 2004, səh. 245-255.
3.Əliyev İ. Dağlıq Qarabağ.Tarix, faktlar, hadisələr.Bakı, 1989.
4.Səməndər.R. Şəhidlər.Bakı, 1990, səh.3-29.
5.Sultanov O. XX əsrin 80-ci illərin sonu-90-cı illərin əvvəllərində
Azərbaycanda siyasi mübarizə. Bakı, 1995.
XX əsrin 80-ci illərinin ortaları üçün SSRİ dərin böhran vəziyyətinə gəlib çıxdı. 1981-1985 – ci illərdə sənaye və kənd təsərrüfatı məhsullarınınn istehsalı 2,5 -3 dəfə aşağı düşmüşdü. Ölkədə gizli iqtisadiyyat tüğyan edirdi. Ölkəni siyasi böhran da bürümüşdü.
1985-ci ilin martında uğursuz M.Qorbaçovun hakimiyyətə gəlməsi ilə ölkədə böhrandan çıxmaq məqsədilə “yenidənqurma”xətti həyata keçirilməyə başlandı.Bu xətt xarici ədəbiyyatda “Qorbaçov inqilabi”kimi mənalandırılır. “Yenidənqurma”əvvəl xalq təsərrüfatının inkişafını sürətləndirmək siyasətindən başladı. Sonra iqtisadi, siyasi və hüquqi islahatlar həyata keçirilməsinə başlanıldı.
“Yenidənqurma”daha çox demokratiya,daha çox sosializm, aşkarlıq şüarları altında həyata keçirilirdi.
Yenidənqurma və aşkarlıq siyasəti obyektiv surətdə demokratiya və azad-fikirliliyin ilk rüşeymlərinin yaranmasına gətirib çıxardı. Lakin, 1988-ci ilin əvvəllərinə kimi Azərbaycan demək olar ki, SSRİ-də gedən bu pozitiv proseslərdən təcrid olunmuşdu. Həyatın real problemlərinin üstündən sükutla keçilməsi və onla-rın ört-basdır edilməsi, hər şeyin normal olduğu haqqında illüziya yaradılması ictimai-siyasi atmosferi müəyyənləşdirən əsas cəhətlər idi.
Baxmayaraq ki, Azərbaycan öz təbii sərvətlərinə görə SSRİ-də qabaqcıl yerlərdən birini tuturdu, lakin problemlər içində boğulurdu. Xəstəxanalar, məktəblər, mənzil çatışmır, adambaşına düşən milli gəlirə görə respublikamız sonuncu yerlərdə gedirdi. Ekoloji problemlər nəticəsində uşaq ölümünün səviyyəsinə görə Azərbaycan Afrikanın bir çox ölkələrini də geridə qoyurdu.
“Yenidənqurma” dövründə demokratiya, aşakarlıq və siyasi plüralizm şəratinin yaradılması təqribən 70 il ərzində cəmiyyətdə, o cümlədən milli münasibətlərdə yığılıb qalmış səhv və nöqsanları üzə çıxardı. Ölkədə mərkəzdənqaçma meyyləri gücləndi. İctamai-siyasi həyatda demokratizm və aşkarlıq yayıldı.
Elan olunmuş aşkarlıq prinsipindən istifadə edən respublika mətbuatında tariximizin 1920-1940-cı illərini əhatə etdiyi dövrün səhifələri açıqlanır və kəskin-tənqid olunur,M.C.Bağırov rejimi, onun qeyri-insani və qeyri-humanist hərəkətləri, o dövrün totaltar idarəçilik metodları,bolşevizmin milli ayrı-seçkilk siyasəti vəs. ifşa edilirdi.
Respublikada ictimai-siyasi yönümlü qeyri-hökumət təşkilatları və cəmiyyətlər yaradıldı,çoxlu yeni formal və qeyri-formal nəşrlər meydana çıxdı. “Azərbaycan”, “Odlar yurdu”, “Azadlıq”, “Yeni fikir”, “Vətən səsi”, “Respublika”, “Ayna”, “Dalğa”,və başqa qəzetlər, “Gənclik”, “Xəzər”, “Açıq söz” jurnalları çıxmağa başladı.
Demokratiya və aşkarlığın genişlənməsi sayəsində islam dəyərlərinə qayıdıl-dı. Müqəddəs ibadət yerlərindən leqal şəkildə istifadə olunmağa başlandı. Pir və ocaqlara ziyarətlər çoxalmağa başladı.1988-1990-cı illərdə respublikada 30-dan çox məscid açıldı.1989-cu ildə Bakıda islam mədrəsəsi açıldı. İndi onun bazasında yaradılmış Ali İslam Universiteti fəaliyyət göstərir.
1990-cı ildən başlayaraq müsəlmanların müqəddəs Məkkəyə ziyarətləri təşkil edildi. “İslam” qəzetinin nəşrinə başlanıldı.
Respublikada İran və Türkiyədə yaşayan qan qardaşları olan azərbaycanlılarla gediş -gəlişi bərpa etmək məqsədilə “ Sərhəd hərəkatı ” başladı.
1989-cu il dekabrın 31-1990-cı il yanvarın 1-də Araz çayı boyu 137 km Sovet-İran, yanvarın 7-də SSRİ-Türkiyə arasında sərhəd qurğuları dağıdıldı. Yanvarın 18-də Biləsüvar və Cəlilabad rayonlarında sərhəd qurğuları ləğv olundu. Naxçıvan MR-də sərhədlə tikanlı məftillər arasında qalan17 kvadrat kilometr torpaq sahəsi istifadəyə verildi.Sərhəddin hər iki tərəfində yaşayan qohum və qardaşlarıın görüşü,gediş-gəlişi başladı.
Bir sözlə,respublikada yüksək ictimai-siyasi canlanma hökm sürürdü. Lakin Azərbaycan rəhbərliyi Sovetlər birliyini qoruyub saxlamaq üçün Mərkəzin səylərinə can-başla qoşulurdu. Azərbaycan da imperiyanı yenidən bərpa etmək üçün hazırlanmış layihə və tədbirlərə tərəfdar çıxırdı.1990-cı lin mayında Azərbaycanda da Prezident vəzifəsi təsis olundu.A.Mütəllibov Ali Sovet tərəfindən Respublikanın ilk Prezidenti seçildi.
Bütün bunlara baxmayaraq “yenidənqur-ma”dövründə Azərbaycan iqtisadiyyatın-da da geriləmə başladı.
“Yenidənqurma”nın elan etdiyi demokratiya,aşkarlıq şəraitindən istifadə edən erməni millətçiləri Qərbi Azərbaycanda antitürk siyasətlərini gücləndirdilər,etnik təmizləməyə başladılar.Azərbaycanlıların Ermənistandan yeni deportasiyası başlandı.
1988-ci ilin fevralında İrəvanda “Ermənistanı türklərdən tətmizləməli”, “Ermənistanda ermənilər yaşamalıdır!”,şüarları altında izdihamlı antitrük mitinqi keçirildi.Erməni vandalları fevralın 21-də İrəvanda qalmış son məscidə hücum edib onu dağıtdılar.
Aşıq Ələsgərin Basar-Keçərdəki qəbrini təhqir etdilər, Səməd Vurğunun abidəsini dağıtdılar. Fevralın 18-23-də azərbaycanlı qaçqınların yeni dəstəsi təqiblərdən canlarını qurtararaq, Azərbaycana axışdılar.
Ermənilər azərbaycanlıların vəhşi,qaniçən olması haqqında yalan təsəvvürlər yaratmaq üçün 1988-ci il fevralın 28-də Sumqayıtda özünü azərbaycanlı kimi qələmə verən “Paşa” ləqəbli Edik Qriqoryaının fəal iştirakı ilə fitnəkarlıq törətdilər.Bu məqsəd üçün Sumqayıtın seçilməsi heç də təsadüfi deyildi.Çünki Ermənistandan təhqir olunaraq qovulan azərbaycanlıların xeyli hissəsi buraya pənah gətirmişdi.Hadisələrin videolentlərə cəkilməsi,varlı ermənilərin bir neçə gün əvvəl banklardan pullarını götürərək qaçması, fitnəkarlığın planlı şəkildə hazırlanmasından xəbər verirdi.
1988-ci il fevralın 27-də şəhərdə kütləvi mitinqlər başladı və ertəsi günü erməni talanları baş verdi. Faciə zamanı 32 nəfər,o cümlədən 26 erməni və 6 nəfər azər-baycanlı qətlə yetirilmiş,200 mənzil qarət edilmişdi.
Sumqayıt hadisələrindən sonra Ermənistanda qanlı anti-türk hərəkatı daha mütəşəkkil hal aldı.1988-ci ilin mart-dekabr aylarında yüzlərlə azərbaycanlı qətlə yetirildi, minlərlə adam isə İran və Türkiyə sərhədlərini keçərək, həmin ölkələrə pənah gətirdilər.
Ermənilər azğınlaşaraq Qubadlı rayonunun Eyvazlı, Qovudlu və Qədili kəndlərinə hücum edərək qırğınlar türətdilər. Naxçıvanın Kərki kəndini işğal edərək yandırdılar.Sentyabrın 16-da Bakı-Tbilisi sərnişin avtobusunu partlatdılar.1991-ci il iyulun 31-də Moskva –Bakı qatarınd güclü partlayış törətdilər.
Beləliklə, Qərbi Azərbaycanda yaşayan Azərbaycanlılara qarşı ermənilərin soyqrımı başa çıtdı.Oradan 230 min nəfərə qədər azərbaycanlı qovuldu, 225 nəfər isə öldürüldü.Azərbaycanlıların Respublikamıza köçməsi burda ictimai-siyasi durumu daha da gərginləşdirdii.
Sovet cəmiyyətini koklərinə qədər sarsıdan “yenidənqurma “ və aşkarlıq siyasətindən istifadə edən ermənilər yenidən Azərbaycana ərazi iddialarını qaldırdılar.Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi hərakatı “Miatsum” başladı.
Münaqişənin qızışdırılmasında millətçi erməni ziyalılarının mühüm rolu olmuşdu. Ermənistandan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin vacib-liyini sübut etmək niyyəti ilə dünyanın 30-dan çox dövlətinə və beynəlxalq təşkilatlara 300 min erməninin imzası ilə müraciətlər göndərilmişdi.
1987-ci ilin oktyabrında Ulu Öndərimiz Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılması mənfur ermənilərin öz niyyətlərini reallaşdırmaq ümidini artırdı.
Hələ 1940-cı illərdə yaradılmış “Qarabağkomitəsinin fəaliyyəti genişləndi.
1987-ci ilin oktyabrında İrəvanın Puşkin meydanında bu komitənin ilk açıq nitqi keçirildi. Eyni zamanda Dağlıq Qarabağda uzun müddət fəaliyyət göstərən yerli “Krunk” təşkilatıda açıq fəaliyyətə başladı.
Erməni seperatçıları Dağlıq Qarabağın Ermənistana verilməsini tələb edərkən Azərbaycanın guya vilayətin sosial-iqtisadi və mədəni inkişafına diqqət vermədiyini bəhanə gətirirdilər. Lakin o zaman Moskvadan göndərilən erməni iqtisad çılarının araşdırmalarına görə Dağlıq Qarabağ vilayəti Azərbaycanın digər bölgəsi nə nisbətən sosial –iqtisadi inkişaf səviyyəsinə görə xeyli irəlidə gedirdi. Əgər tək cə 1976-1980-ci ollərdə Azərbaycan üzrə sənaye məhsulları istehsalı 3 dəfə artmış dırsa, vilayət üzrə bu rəqəm 3,3% təşkil edirdi.
1988-ci il fevralın 8-dən başlayaraq Xankəndində Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında ermənilər imza toplamağa (prtisiya ) başladılar. Fevralın 12-də isə həmin tələblə mitiqlərə başladılar. Ermənilər və onların havadarları, Daşnak partiyası hələ çoxdan xaricdə bu məsələ ilə “Daşnak partiyasının Afinada keçirilən qurultaylarında Azərbaycan torpaqları “Naxçıvan və Qarabağ daxil olmaqla “va-hid və müstəqil Ermənistan ideyası irəli sürmüşdülər. Z.Balayanın “Ocaq” kitabı da məhz həmin ideyanı yayırdı.1987-ci ildə Aqanbekiyan Parisdə çıxış edərək Dağlıq Qarabağın Ermənistana birləşməsinin iqtisadi cəhətdən daha əlverişli olması ideyasını irəli sürmüşdü. Bütün bunlar Dalıq Qarabağda seperatçı çıxışlar üçün bir siqnal rolunu oynamışdır. Azərbaycanın rəhbərliyinin qətiyyətsizliyndən şirniklənən ermənilər daha da həyasəzlaşaraq fevralın 21-də DQMV-sovetinin qərarı ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar verdilər.Fevralın 25-26-da eyni tələblə Ermənistanda kütləvi mitinqlər keçirildi. Fevralın 24-də Ağdam –Əsgəran yolunda iki azərbaycanlının öldürülməsi ilə Qarabağ konfiliktinin ilk qurbanları verildi. Ermənistandan isə ilk azərbaycanlı qaçqınları dəstəsi Azərbaycana pənah gətirməyə başladılar.
Bütün bunlara qarşı Azərbaycan rəhbərliyinin qətiyyətsizliyini görən xalq res-publikanın qorunması tələbi ilə etiraz nümayişlərirə başladılar.Bu nümayişlərdən ən izdihamlısı mayın 18-də Bakının baş meydanında keçirildi.Vəziyyətin mürəkkəbliyini görən Moskva rəhbərlikdə dəyişiklik edərək K.Bağırovun yerinə Ə.Vəzirovu gətirdi.Lakin o da öz sələfinin syasətini davam etdirdi. Yeni rəhbər-liyin ən böyük səhvlərindən biri Ermənistandan gələn qaçqınları Dağlıq Qarabağa yerləşdirmək əvəzinə onları Bakı və Sumqayıta yönəltdi.
Sentyabrın 21-də Ermənilər Stepanakertdə yaşayan Azərbaycanlı əhalini də öz evlərindən qovdular vəonlar Şuşaya sığındılar.
1988-ci il iyulun 18-də SSRİ Ali Soveti R.H.-i DQVM-nın Azərbaycanın tərkib hissəsi olması haqqında qərarından sonra ermənilər daha da həyasızlaşaraq elan olunmamış müharibəyə başladılar.Yaxşı silahlanmış erməni quldurları Azərbaycan ərazisində açıq hərbi əməliyyatlara başladılar.Lakin Respublikanın rəhbərliyinin göstərişi ilə hüquq mühafizə orqanları əhalidə olan tüfəngləri də onlardan yığmağa başladılar.Bu azərbaycanlıların tərkisilah edilməsi demək idi.
Rəhbərliyin hadisələrə belə münasibəti xalq kütlələrini daha da hiddətləndirdi.
1988-ci il noyabrın 18-dən dekabrın 5-dək “Azadlıq” meydanında fasiləsiz mitinqlərdə 1 milyona yaxın adam iştirak edirdi. Rəhbərlik xalqın tələblərini yerinə yetirmək əvəzinə Rus qoşunlarının köməyi ilə mitinqi dağıtmağa üstünlük verdi. Bakıda və bir sıra başqa şəhərlərdə fövqaladə vəziyyət elan olundu. Beləliklə Respublikada siyasi böhran son həddə çatmış oldu.Belə bir şəraitdə geniş xalq kütlələri arasında yalnız Azərbaycanın ərazi bütğvlüyünün deyil, həmçinin onun real suvürenliyini təmin edə biləcək kütləvi ictimai təşkilat yaratmaq ideası tədricən yetişirdi.
1988-ci ilin yayında AXC yaratmaq üçün “təşəbbüs qurupu ” yaradılır.Bu qurup AXC-ni proqram və nizamnaməsini bir neçə ay ərzində işləyib hazırladı.Bu dövrdə “Varlıq” qrupu da yarandı və sonralar “Təşəbbüs qurupu” ilə birlikdə AXC-nin yaranmasında mühüm rol oynadı.
1989-cu ilin mayında DQ-da hadisələr daha da kəskinləşdi.Hələ yanvar ayında DQMV Xüsusi İdarə Komitəsinin (Volski) yaranması ilə Respublika rəhbərliyi DQ-nin idarəçəliyindən demək olar ki, kənarlaşdırıldı. Azərbaycanlıları Dağlıq Qarabağdan sıxışdırıb çıxarmağa başladılar.
Belə bir şəraitdə 16 iyul 1989-cu ildə AXC-nin təsis konfransı keçiril-di.Əbülfəz Əliyev AXC-nin sədri seçildi.Proqram və nizamnamə təsdiq edildi.
Bu dövrdən başlayaraq Azərbaycan milli hərəkatında keyfiyyətcə yeni mərhələ başlandı. İyul-Avqust aylarında yenidən mitinqlər keçirilməyə başlandı. Həmin mitinqlərdə fövqalədə vəziyyətin, Dağlıq Qarabağda XİK –nin, komendant saatının ləğv edilməsi tələbləri irəli sürülürdü.Sentyabr ayında AXC rəsmən qeydə alındı və dekabrın 24-də AXC-nin orqanı olan “Azadlıq” qəzetinin 200 minlik tirajla ilk nömrəsi çapdan çıxdı.
AXC-nin nüfuzunun artması rəhbərliyi olduqca narahat edirdi.Mərkəz Azər-baycan milli hərəkatına ölümcül zərbə vurmaq fikrinə düşərək onu ictimai siyasi təşkilat kimi məhv etmək istəyirdi.
Təəssüflə göstərmək lazımdır ki, AXC daxilində baş verən böhran mərkəzin bu məkrli planının həyata keçirilməsini xeyli asanlaşdırdı.1989-cu il oktuyabrın 27-28-də Bakıda AXC Məclisinin I sessiyası böhranın ciddiliyini açıb göstərdi və sessiyadan sonra AXC –nin rəhbərliyində parçalanma baş verdi.
1990–cı ilin yanvarın 13-də Bakıda Erməni talanlarının başlanması hakimiyyətin gizli təşkilatlarının səyi ilə təşkil olunmuşdu Bunda məqsədAXC-ni günahlandıraraq onun üzərinə geniş hücuma keçmək idi.Hakimiyyət strukturları demək olar ki, bu hadisələrə seyrçi münasibət bəsləyirdilər.Yalnız AXC-nin fəallarının səyləri nəticəsində yüzlərlə erməninin həyatı xilas edildi.Ancaq yanvarın 16-da talanları dayandırmaq mümkün oldu.
Yanvarın 15-də SSRİ Ali Soveti Rəyasət Heyətinin “Dağlıq Qarabağ və bəzi digər rayonlarda fövqəlada vəziyyət elan olunması ” haqqında fərmanı, Bakı və Gəncə şəhərlərində komendant saatının elan olunması Respublikada vəziyyəti daha da gərginləşdirdi. Fərman elan olunduqdan sonra hərbi hissələrin (Rus) ətrafında əhali piketlər təşkil etməyə başladılar.
Yanvarın 17-də AZ KP MK –nin binası qarşısında respublika rəhbərliyinin istefası tələbi ilə fasiləsiz mitinqlər başlandı.
Moskva xlqın gözündən düşmüş Azərbaycan rəhbərliyini xilas etmək məqsədi ilə silahlı qüvvə tətbiqinə əl atdı. 19 yanvar gecəsi xalqın xəbəri olmadan cəllad Qarbaçovun səyi ilə SSRİ Ali Soveti R.H. Bakıda fövqəlada vəziyyət elan etdi.
O müdhiş gecə, yanvarın 19-dan 20-nə keçən gecə Rus qoşunları heç bir xəbərdarlıq etmədən Bakı üzərinə bir neçə istiqamətdən hücuma keçdilər.131 nəfər günahsız adam qətlə yetirildi. Eyni zamanda Rus müdaxiləçiləri milli azadlıq hərəkatını boğmaq üçün onun üzərinə geniş hücuma keçdilər.Yalnız 200-dən çox demokratik hərəkatın fəal iştirakçıları həbs olunaraq Moskvaya aparıldı.Onların içərisində Azərbaycan xalqının görkəmli oğlu Xəlil Rza Ulutürk də var idi.
20 yanvar faciəsindən sonra Respublikada rəhbərlik Ayaz Mütəllibova keçdi.Əvvəlki rəhbərlik isə rusların köməyi ilə Moskvaya qaçdılar. Mütəllibov dö-vründə də AXC və rəhbərlik arasında qarşıdurma davam edirdi.Bu vəziyyəti gö-rərək Azərbaycanın yaradıcı ziyalılarının imza etdiyi “75-lər bəyanatı” “Elm ” qəzetinin 1990-cı il 28 aprel sayında çap olundu.
Bəyanatda göstərilirdi ki: “ Bütün məsuliyyətimizlə bildiririk: yaxın keçmişdə buraxılmış səhvlərin təkrar olunmasına qorxulu meyl mövcuddur.Bizim fikirimizcə, respublika rəhbərliyi real şəkildə mövcud olan bütün vətənpərvər və demokratik hərəkatların birləşməsi üçün təsirli tədbirlər görmür. Hamıya aydın olmalıdır ki, indi respublikada qoşun gücünə saxlanan qayda-qanun müvəqqətidir.Əgər indi ən təcili şəkildə əsil ictimai sakitliyin möhkəm özlünün yaradılması üçün tədbirlər görülməszə, zorla bərqərar edilmiş”sükut” sonradan daha böyük faciələrlə qurtara bilər.AXC-nin vətənpərvər, demokratik qüvvələrinin iştirakı olamadan bu məqsədə nail olmaq mümkün deyildir. ”
Bu bəyanatın respublika rəhbərliyinə ciddi təsiri oldu. Rəhbərlik demokratik qüvvələrlə bir başa danşıqlara getməyə başladı.Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, hakimiyyət heç də demokratik qüvvələrlə konstruktiv diolaq aparmaq fikrində deyil. Onlar yalnız xalqı sakitləşdirmək məqsədi ilə belə bir dialoq görüntüsü yaratmağa cəhd göstərirdilər.
1990-cı ilin yayından başlayaraq fövqəladə rejimində müəyyən qədər yum-şalma oldu.Lakin hakimiyyət yenə də hərbi qüvvəyə arxalanan “hərbiçi partokratik ” rejmin əlində idi.
1991-ci ildə Ümumittifaq ərazisində demokratikləşmə və suverenlik uğurunda mübarizə özünün yüksək pilləsinə qədəm qoydu.
Bu siyasi proseslərdən yararlanan Azərbaycan xalqı da özünün müstəqilliyini əldə etmiş oldu.
1991-ci ilin oktyabrında 18-də Azərbaycan Respublikası Ali Sovetinin Sessiyasında (parlamentdə).”Azərbaycan Respublikasının dövlət müstəqiliyi haqqında” Kon stitusiya Aktı qəbul olundu.Həmin vaxtdan gənc Azərbaycan Respublikası iqtisadi sosial-siyasi və hərbi sahədə əsaslı tədbirlər həyata keçirməyə başladı.
Lakin bu tədbirlər çox çətinliklərlə üzləşdi.Müstəqilliyi qazanmaq nə qədər asandırsa, onu qoruyub saxlamaq bir o qədər çətindir.Bu çətinliklər isə həm daxili həm də beynəlxalq vəziyyətin gərginliyi ilə əlaqədar idi.
Ermənistanla gedən müharibə gənc Azərbaycan dövlətinin müstəqillik uğrunda apardığı mübarizəni daha da çətinləşdirirdi. Lakin bütün bunlara baxmayaraq Azərbaycan Respublikası tezliklə öz daxili və xarici potensialı hesabına yer üzünün ən güclü subyektlərindən birinə çevrilə bildi.
Onu tezliklə bütün dünya dövlətləri –ilk olaraq Türkiyə, Rumuniya, Pakistan tanıdılır.İlk olaraq Türkiyənin Azərbaycan Respublikası ilə“Dostluq və strateji əməkdaşlıq” haqqında müqavilənin imzalanması müstəqil dövlətimizin və dövlətçiliyimizin inkişafında mühüm rol oynamışdır.
Dostları ilə paylaş: |