Yeganə Laçınzadə Maliyyə - açıq - əsas AİB TAP-a 1,5 mlrd. avro kreditin ayrılmasını təsdiq edib Avropa İnvestisiya Bankı Avropaya qaz nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinə 1,5 mlrd. avro həcmində kreditin ayrılmasını təsdiq edib.
Bu barədə “APA-Economics” “Reuters” agentliyinə istinadən xəbər verir.
Bankın vitse-prezidenti Endryu MakDouvel (Andrew McDowell) bildirib ki, TAP layihəsi Avropada qaz istehsalının azalmasının qarşısını alacaq, Mərkəzi və Cənub-şərqi Avropada qaz mənbələrinin şaxələndirilməsinə imkan yaradacaq.
Qeyd edək ki, bu günədək Cənub Qaz Dəhlizi layihəsinə Asiya və Avropanın aparıcı beynəlxalq maliyyə qurumları, o cümlədən, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankı qrupunun digər üzvü olan Çoxtərəfli İnvestisiya Təminatı Agentliyinin (MİGA) qarşılıqlı zəmanəti ilə bir sıra kommersiya bankları tərəfindən birbaşa kredit vasitəsilə dəstək göstərilib.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək TANAP və TAP qaz boru kəmərləri vasitəsi ilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
Bu günədək mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla TANAP qaz boru kəməri layihəsi üzrə işlərin 91%-i, TAP qaz boru kəməri layihəsi üzrə isə 65%-i yekunlaşıb.
“Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında yaradılıb və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.
"Şahdəniz 2" layihəsi üzrə hasil olunacaq 6 mlrd. kubmetr qaz Türkiyə və 10 mlrd. kubmetr qaz Avropa istehlakçılarına təchiz ediləcək.
Qeyd edək ki, TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər). Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.
ENG The European Investment Bank on Tuesday approved a 1.5 billion euro loan for the Trans-Adriatic Pipeline (TAP), part of a $40 billion project to bring new gas supplies to Europe.
EIB Vice President Andrew McDowell told Reuters the TAP project would help to offset declining European production, provide a diversified source of gas and displace coal-fired power generation in central and south eastern Europe.