Yekun hesabat



Yüklə 273,92 Kb.
səhifə2/10
tarix21.10.2017
ölçüsü273,92 Kb.
#7375
1   2   3   4   5   6   7   8   9   10

Mündəricat




Minnətdarlıq və məzmuna görə cavabdehlik 2

Qısaltmalar 3

İcraçı icmal 4

Mündəricat 7

1.Giriş 8

1.1.Sosial-iqtisadi vəziyyət 8

1.2.Məsləhətləşmələrin məqsəd və metodologiyası 9

2.Azərbaycanda uşaq əməyi: mahiyyəti, təbiəti, səbəbləri və nəticələri 10

2.1.Məlumat səviyyəsi 10

2.2.Azərbaycanda uşaq əməyinin mahiyyəti və təbiəti 11

2.3.Səbəblər 13

2.4.Nəticələr 16

3.Azərbaycanda uşaq əməyinə dair qanunvericilik və siyasət çərçivəsi 17

3.1.Qanunvericilik çərçivəsi 17

3.2.Siyasət mühiti 19

4.Əvvəlki təcrübələr 22

5.Uşaq əməyi məsələləri üzrə tərəfdaşlar, əlaqələndirmə və bacarıqlar 24

6.Azərbaycanda uşaq əməyinin aradan qaldırılması üzrə mümkün strategiyalar 28

6.1.Azərbaycanda uşaq əməyinin qarşısının alınması strategiyaları 29

6.1.1.Bilik bazasının yeniləndirilməsi 30

6.1.2.UƏƏPF üzrə əsas bacarıqların inkişaf etdirilməsi 31

6.1.3.Fəaliyyətin koordinasiyası mexanimzlərinin qurulması 32

6.1.4.UƏ qarşısının alınması üzrə əsas sahələr 33

6.2.Gənc işçilərin UƏƏPF-dan müdafiəsi üzrə strategiyalar 33

6.3.Uşaqların UƏƏPF-dan ayrılması, bərpası və re-inteqrasiyası strategiyaları 34

6.3.1. Keyfiyyətli təhsil və təlimə çıxış imkanlarının təkmilləşdirilməsi 34

6.3.2. Digər xidmətlərə çıxış imkanlarının təkmilləşdirilməsi 35

7.Nəticələr və tövsiyyələr 36




  1. Giriş


Bu hesabat BƏT tərəfindən cəlb edilmiş iki müstəqil məsləhətçinin 2013-cü ilin Oktyabr və Noyabr aylarında Azərbaycanda tərəfdaş təşkilatlarla təşkil olunan məsləhətləşmələrin və bu sahədə mövcud sənədlərin təhlilinin nəticələrini əks etdirir.

Hesabatın birinci fəsli mahiyyətin daha yaxşı təsviri və metodologiyaya baxış məqsədilə, bu sahədə Azərbaycanda mövcud vəziyyətə dair baxış təqdim edir. Fəsil 2 Azərbaycanda uşaq əməyinin təbiəti və səviyyəsini, o cümlədən səbəbləri və nəticələrini təsvir və təhlil edir. Fəsil 3 uşaq əməyinə dair qanunvericilik və siyasət çərçivəsini təqdim edir. Fəsil 4 bu sahədə həyata keçirilmiş fəaliyyətlər və əldə edilmiş təcrübəni nəzərdən keçirir. Hesabatın 5-ci fəsli uşaq əməyi sahəsində fəaliyyət göstərən və potensial tərəfdaşlar və mövcud bacarıqları təsvir edir. Fəsil 6 Azərbaycanda uşaq əməyinin aradan qaldırılması sahəsində gələcəkdə tətbiq oluması mümkün olan müxtəlif strategiyaları nəzərdən keçirir. Yekun nəticələr və tövsiyyələr Fəsil 7-də əks olunmuşdur.


    1. Sosial-iqtisadi vəziyyət


Azərbaycan Respublikası Avrasiyada Qafqaz dağlarının əhatəsində yerləşir və Rusiya, Türkiyə, Gürcüstan, İran və Ermənistan, eləcə də Xəzər dənizi ilə həmsərhəddir. Ölkənin qədim və rəngarəng tarixi vardır. Azərbaycanın müasir tarixi 1921-ci ildə SSRİ-yə birləşdirilməsi və Sovetlər Birliyinin dağılması nəticəsində 1991-ci ildə yenidən müstəqil dövlət olaraq formalaşması ilə əlaqədardır. 1990-cı illərdə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi hal-hazırda müvəqqəti olaraq başa çatsa da, Azərbaycan ərazinin bir hissəsi işğal altındadır və bunun nəticəsində öz yerlərini tərk etmiş böyük sayda məcburi köçkün ölkənin müxtəlif hissələrində müvəqqəti olaraq məskunlaşmışlar. Azərbaycanın əhalisinin əsas hissəsi etnik Türk olsa da, mühüm azlıq digər etnik tərkibə malikdir. Ölkə əhalisi hal-hazırda 9,5 milyon nəfər təşkil edir və əhalinin təxminən 50% şəhərlərdə, əsasən də paytaxt olan Bakı şəhərində məskunlaşmışlar. Ermənistanla münaqişə nəticəsində daimi yaşayış yerlərini tərk edən məcburi köçkünlərin sayı 600,000 nəfər təşkil edir.

Azərbaycan əhalisi nisbətən gəncdir, belə ki, əhalinin 22.3%-i 15 yaşından aşağı, 18.3%-i isə 15-24 yaş arasındadır. Odur ki, təhsil imkanlarının təkmilləşdirilməsi və gənclərin əmək bazarına daxil olunması ölkənin gələcək inkişafı üçün prioritet sahələrdən olmalıdır.

1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycanın müstəqilliyə çıxması ölkənin bazar iqtisadiyyatına doğru mühüm addımları və əhəmiyyətli iqtisadi islahatlarla müşahidə olunmuşdur. Milli iqtisadiyyat əsasən təbii resursların, o cümlədən neft və qazın hasilatı və ixracına əsaslanmışdır. Sovet dönəmində Azərbaycan nefti SSRİ-nin digər respublikalarının inkişafı üçün sənaye məqsədilə istifadə olunmuşdur. Azərbaycanın Sovet dövründə sənayeləşməsinin başlanğıcı isə 1960-cı illərə təsadüf etmişdir.

Bununla belə, davamlı inkişafa nail olmaq üçün iqtisadiyyatın diversifikasiyası və əmək qüvvəsinin iqtisadi sahələrin tələblərinə uyğunlaşdırılması zərurəti mövcuddur.1 Hal-hazırda, Azərbaycanda əmək bazarında tələb olunan ixtisaslar və təklif olunan işçi qüvvəsi arasında böyük fərqlər mövcuddur ki, bu da ölkədə bir sıra hallarda qeyri-formal yolla çalışan miqrant işçilərin olması ilə nəticələnir.

Bu gün, neft sənayesindən əldə olunan gəlir bir sıra ictimai sərmayələr və infrastruktur layihələri, o cümlədən yollar, məktəblər və digər obyektlərin tikintisi üçün istifadə olunur. Bundan əlavə, hökumət Azərbaycanın sosial müdafiə sisteminin müasirləşməsini prioritet məqsəd olaraq ortaya qoymuşdur.2 Sosial müdafiə məsələləri hesabatın növbəti fəsillərində daha geniş müzakirə ediləcəkdir. Bununla belə, 2010-cu ildə Azərbaycanda Ümumi Məcmu Məhsulun (ÜMM) yalnız 2.8% təhsilə sərf olunduğunu nəzərə alsaq ölkənin dünya dövlətləri arasında 148-ci yerdə olduğunu görərik.

Eyni zamanda, Azərbaycanda əhalinin formal ümumi təhsil səviyyəsi 99.8% olmuşdur. 2011-ci ildə səhiyyə xərcləri ÜMM-un 5.2%-ni təşkil etmişdir ki, bu da Azərbaycanı dünya dövlətləri sıralamasında 136-cı olaraq yerləşdirmişdir. Əsas səhiyyə göstəricilərindən olan uşaq və böyük ölümünə görə də ölkə dünya sıralamasında təqribən orta yerləri, yəni müvafiq olaraq 70 və 114-cü yerləri tutur.

Ümumilikdə, Azərbaycanda yoxsulluq səviyyəsi aşağı düşməkdədir. 2009-cu ilin rəsmi məlumatına görə, əhalinin rəsmi yoxsulluq səviyyəsi son on ildə 40%-dən 11%-ə enmişdir. Bu 2005-ci ildən ölkənin davamlı iqtisadi inkişaf templərinin artması (2010-cu ildə 3.8%) və işsizlik səviyyəsinin azalması ilə müşaiyət olunur.

Azərbaycanda uşaq əməyinin vəziyyətini təhlil etməkdən öncə ölkədə son 10 ildə baş vermiş sürətli iqtisadi və sosial dəyişikliklərin nəzərə alınması vacib əhəmiyyət daşıyır. Biz yalnız ölkə iqtisadiyyatının sürətli artımının və iqtisadiyyatın fundamental strukturunun dəyişməsini deyil, Azərbaycanda sosial strukturun yeniləşməsi, kənd yerlərindən şəhərə axının artması, əhalinin mobilliyi və münaqişə nəticəsində məskunlaşma yerlərini dəyişmiş məcburi köçkünlərin cəmiyyətə inteqrasiyasını müşahidə edə bilərik. Nəticədə həyat şəraitinin yüksəlməsi və varlı təbəqənin yaranmasının şahidi oluruq. Bütün bunlar ölkədə uşaq əməyinin mahiyyəti və səviyyəsinə təsirsiz ötüşmədiyindən, Azərbaycanda uşaq əməyinin aradan qaldırılması üçün uyğun və səmərəli strategiyaların davamlı olaraq qiymətləndirilməsi və tətbiqinə ehtiyyac vardır.



    1. Yüklə 273,92 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin