Yekun hesabat


Azərbaycanda uşaq əməyinin aradan qaldırılması üzrə mümkün strategiyalar



Yüklə 273,92 Kb.
səhifə9/10
tarix21.10.2017
ölçüsü273,92 Kb.
#7375
1   2   3   4   5   6   7   8   9   10

Azərbaycanda uşaq əməyinin aradan qaldırılması üzrə mümkün strategiyalar


Təqdim olunan fəsildə uşaq əməyinin aradan qaldırılması üzrə mümkün strategiyalar nəzərdən keçirilir. Eyni zamanda qeyd etmək lazımdır ki, bu fəsildə İnsan alverinə qarşı mübarizə üzrə 3-cü Milli Fəaliyyət Planı və ƏƏSMN/AQUMDK arasında imzalanmış fəaliyyət planında yer almış strategiyalar müzakirə olunmur. Əsas məqsəd, artıq ölkədə müxtəlif tərəfdaş qurumlar tərəfindən razılaşdırılmış və hazırlanmış strategiyaların icrasına dəstək göstərilməsindən ibarətdir. Bundan əlavə, bu hissədə səmərəli və dayanıqlı nəticələrə gətirib çıxaran xüsusi strateji fəaliyyətlər də vurğulanır.

Beynəlxalq Əmək Təşkilatının 182 saylı Konvensiyasına uyğun olaraq, uşaq əməyi, gənc işçilərin müdafiəsi, uşaq əməyinin ən pis formalarına məruz qalan uşaqlara dəstək, onların rehabilitasiyası və cəmiyyətə inteqrasiyası strategiyaları fərqli prizmalarda nəzərdən keçirilir. Hər bir qeyd olunan strategiya sahəsi çərçivəsində, qısa, orta və uzun müddətli planlar müzakirə olunur. Bu fərqləndirmələr müzakirə olunan fəslin strukturunu formalaşdırmaq məqsədilə tətbiq olunmuşdur. Qeyd etmək lazımdır ki, xüsusi strategiya elementləri bir çox hallarda, uşaq əməyinin qarşısının alınması, uşaqların müdafiəsi, istismar vəziyyətindən çıxarılması və cəmiyyətə yenidən inteqrasiyasına öz töhfəsini verir.

Qısa-müddətli çərçivə iki ili əhatə edir (2014-2015) və ƏƏSMN ilə AQUMDK arasında imzalanmış fəaliyyət planının zaman müddətinə uyğundur. Orta-müddətli çərçivə 2016-2020-ci illəri əhatə edir və Gələcəyə Baxış 2020-nin yerdə qalan zaman kəsimi ilə üst-üstə düşür. Uzun-müddətli çərçivə 2020-ci ildən sonrakı dövrü əhatə edir. Onu da vurğulamaq lazımdır ki, Azərbaycanda müşahidə olunan sürətli iqtisadi və sosial dəyişikliklər uzun-müddətli strategiyaların hazırlanmasını çətinləşdirir. Odur ki, uzun-müddətli tövsiyyələrə diqqət və ehtiyatla yanaşılmalı, icra prosesi müddətində uyğunlaşdırılmalıdır.

182 saylı Konvensiya onu ratifikasiya edən dövlətləri uşaq əməyinə dair ayrıca milli fəaliyyət planı qəbul etməyə çağırır. Azərbaycan Respublikası uşaq əməyinə dair hər hansı bir ayrıca milli fəaliyyət planına malik olmasa da, bir neçə uyğun sahələr üzrə fəaliyyət planları mövcuddur. Odur ki, hal-hazırda yeni fəaliyyət planları qəbul etməyə nisbətən, artıq mövcud fəaliyyət planlarının dəstəklənməsi daha səmərəli ola bilər. Bir sıra tərəfdaş təşkilatların nümayəndələri qeyd etmişlər ki, uşaq əməyi ictimai diqqətdə az yer tutduğundan bəlkə də ayrıca uşaq əməyinə dair milli fəaliyyət planının qəbul olunması daha məqsədəuğun olardı. Bu səbəbdən, və 182 saylı Konvensiyanın tələblərinə cavab vermək məqsədilə, ƏƏSMN/AQUMDK birgə fəaliyyət planı 2015-ci ildə başa çatdıqdan sonra uşaq əməyinə dair ayrıca milli fəaliyyət planının qəbul olunması nəzərdən keçirilə bilər.


    1. Azərbaycanda uşaq əməyinin qarşısının alınması strategiyaları


Bu bölümdə müzakirə olunan strategiyalar gələcəkdə uşaqların fiziki sağlamlığı və ya psixoloji durumu üçün zərərli olan və ya onların təhsilinə mənfi təsir göstərə bilən hər hansı əməyə cəlb olunmanın qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan strategiyaalr həm də ona görə vacib əhəmiyyət daşıyır ki, onların icrası nisbətən daha az xərc tələb edir və uşaqların hər hansı mərhumiyyətlərlə üzləşməsini aradan qaldırır.

Odur ki, uşaq əməyinin, xüsusilə də onun ən pis formalarının qarşısını alan tədbirlərin milli fəaliyyət planlarına daxil edilməsi zəruridir. Bu hesabatın 3-5-ci fəsillərində müzakirə olunduğu kimi ölkədə mövcud siyasət və qanunvericilik çərçivələri uşaq əməyinin qarşısının alınması üzrə bir çox müasir beynəlxalq tələblərə cavab verir. Əsas təhsilin ödənişsiz və icbari olması, məşğulluğun və gəlir-yaratmanın inkişaf etdirilməsi və sosial dəstək qrantlarının təklif olunması buna misal ola bilər. Bununla yanaşı, əvvəlki fəsillərdə müzakirə olunduğu kimi, uşaq əməyinin aradan qaldırılmasını təmin etmək üçün mühüm strateji müdaxilələrin də icrasına zərurət vardır.


      1. Bilik bazasının yeniləndirilməsi


İlk və ən vacib strategiya olaraq, Azərbayanda uşaq əməyinə dair mövcud bilik və məlumat bazasının yeniləndirilməsi prioritet olaraq qəbul olunmalıdır. Bu özundən sonrakı fəaliyyətlər üçün əsas yaradan fundamental addımdır və bu sahədə əsas boşluqları müəyyən etmək imkanı verəcəkdir.

Tərəfdaş təşkilatlarla məsləhətləşmələr nəticəsində ölkədə uşaq əməyinin vəziyyətinə dair bilik və məlumat bazasını formalaşdıran aşağıdakı sahələr üzrə tədqiqatlar və hesabatların aparılması zərurəti müəyyən edilmişdir:



  1. Uşaq əməyinə dair 2005-ci ildə keçirilmiş Sorğunun yeniləndirilməsi;

  2. Uşaq əməyi monitorinqi mexanizminin pilot sınağı.

Aşağıdakı sahələr üzrə keyfiyyət tədqiqatları:

  1. Aztəminatlı ailələr və kövrək vəziyyətlərdə yaşayan uşaqların durumuna dair tədqiqat;

  2. Bilik, münasibət və təcrübə əsaslı soğunun uşaqlar və valideynlər arasında keçirilməsi (xüsusilə, kənd regionlarında);

  3. Uşaq əməyinə alternativlər və uşaqların həyat vəziyyətlərinə təsiri, xüsusilə də Peşə Təhsili və Təlimi;

  4. Uşaqların cinsi istismarı, uşaqların ev işlərində və ailə təsərrüfatlarında, dilənçilik, küçə və qeyri-formal sahələrdə əməyə cəlb olunması.

Uşaq əməyinə dair 2005-ci il sorğusunun yeniləndirilməsi, uşaq əməyi monitorinqi mexanizminin pilot sınağı və sahələr üzrə keyfiyyət tədqiqatları (siyahı üzrə 1, 2 və 6) qısa-müddətli plan ən vacib prioritetlər hesab olunmalıdır və mövcud vəziyyətin təsviri üçün zəruridir. Odur ki, bu tədqiqatlar və Uşaq Əməyinin Monitorinqi mexanizmi qısa müddətə həyata keçirilməli, daha sonra orta-müddətli perspektivdə əlavə tədqiqatlar və qiymətləndirmələr, UƏM mexanizminin tətbiqi və institusionallaşdırılması icra olunmalıdır. Nəzərə almaq lazımdır ki, UƏM mexanizminin yaradılması yalnız uşaq əməyi hallarının monitorinqini təşkil etmək baxımından əhəmiyyət daşımır. UƏM mexanizmi həmçinin uşaqların əməyə cəlb olunmasının qarşısını alan xidmətlərə yönəldilməsi və onların həyatı, sağlamlıqları üçün zərərli olan işlərdən ayırmalarında mühüm rol oynayacaqdır. Beləliklə, UƏM konkret fəaliyyətə bağlıdır və aşağıdakı hissədə daha geniş şəkildə müzakirə olunacaqdır.

Tərəfdaşlar qeyd etmişlər ki, müvafiq tədqiqatın həyata keçirilməsi üçün texniki dəstəyə ehtiyac vardır və bu məqsədlə BƏT-in bu sahədə yardım göstərməsi üçün müraciət etmişlər.

Məlumat bazasının yenilənməsi çoxtərəfli və uzun-müddətli fəaliyyətdir və baxmayaraq ki, tərəfdaşlar yalnız bu sahədə texniki dəstək üçün müraciət etmişlər, maliyyə dəstəyinə də ehtiyacın olması təbiidir. Bir sıra BMT təşkilatları, o cümlədən UNİCEF-lə bu istiqamətdə əməkdaşlıq vacibdir.

      1. UƏƏPF üzrə əsas bacarıqların inkişaf etdirilməsi


Yuxarıda verilmiş 5-ci Fəsildə müzakirə olunduğu kimi, Azərbaycanda uşaq əməyinə qarşı mübarizə üzrə ilkin bacarıqlar və resulrslar mövcuddur. Baxmayaraq ki, bu resurslar və baza bir çox hallarda insan alverinə qarşı mübarizə və məcburi əməyin aradan qaldırılmasına yönəldilmişdir və uşaq əməyinin ən pis formalarının aradan qaldırılması milli gündəlikdə əsas yer tutmur. Bununla belə, uşaq əməyi anlayışı, mahiyyəti və müəyyənləşdirilməsi barədə ümumi fikrin olmaması da işi mürəkkəbləşdirir. Belə ki, ailə təsərrüfatlarında çalışmaq, uşaqların əməyə cəlb edilməsi deyil, onların ictimai faydalı əməklə məşğul olması kimi qəbul olunur və bu əməyin nəticələri barədə araşdırmalar aparılmamışdır.

Qeyd olunanları nəzərə alaraq, ölkədə uşaq əməyi anlayışı haqda vahid razılığa gəlmək ehtiyacı vardır. ƏƏSMN/AQUMDK birgə fəaliyyət planında uşaq əməyinə dair milli konfransın təşkili nəzərdə tutulmuşdur ki, bu da uşaq əməyi anlayışı haqda razılığa gəlmək üçün mühüm addım ola bilər.

Bu sahəyə həsr olunmuş yüksək səviyyəli tədbirlərin təşkil edilməsi ilə yanaşı, müxtəlif təşkilatların və qurumların tərkibində texniki ekspertlərin müəyyən olunması da ölkədə uşaq əməyinin ictimai diqqətdə saxlanması və fəaliyyət planlarının icrasına öz töhfəsini verə bilər. Hökumət, sosial tərəfdaşlar, QHT-lər, media və tədqiqat institutları nümayəndələrindən ekspertlər qrupu üçün təlimlərin təşkili, məlumat səviyyəsinin artırılması, müvəkkillik, tədqiqatların aparılması, sübutların toplanması, uşaq əməyinə qarşı fəaliyyətlərin büdcəsinin hesablanması üçün səmərəli strategiyanı təşkil edir. Bəzi BƏT tərəfdaşları, o cümlədən Əmək Müfəttişliyi Xidməti və Həmkarlar İttifaqları Konfederasiyası daxilində artıq bu sahədə müəyyən təcrübə və bilik əldə etmiş ekspertlər qrupu formalaşmışdır (Məsələn, BƏT-in Turində yerləşən Təlim Mərkəzində təlim keçmiş şəxslər). Bununla belə, həmin və başqa əməkdaşlara daha geniş təlim proqramının təşkil olunmasına ehtiyac var.

Təlim proqramının məqsədi ilk növbədə mövcud planların səmərəli və dayanıqlı icrası üçün zəruri bacarıq və biliklərin ötürülməsindən ibarət olmalıdır. Bundan əlavə, ekspertlər qrupu uşaq əməyi məsələsinin ictimai diqqətdə saxlanması, uşaq əməyinin aradan qaldırılmasının siyasət, proqram və büdcə sənədlərində əks olunması, məlumatın artırılması və davranışın dəyişdirilməsi də vacib komponentlərdir.



Təlimlərdən əlavə, tərəfdaş qurumların nümayəndələri uşaq əməyinin aradan qaldırılması sahəsində fəaliyyətlərin inkişaf etdirilməsi, istiqamətləndirilməsi və icrasını gücləndirmək məqsədilə metodoloji göstərişlərin işlənib hazırlanmasını xahiş etmişlər. Bu cür metodoloji göstərişlər müsbət təcrübənin əks olunduğu beynəlxalq sənədlərə, o cümlədən BƏT/İPEC-in hazırladığı göstəriş sənədlərinə əsaslanaraq Azərbaycanın xüsusi vəziyyətinə uyğunlaşdırıla bilər. Bu göstəriş sənədində konkret addımlar Azərbaycanda fəaliyyət göstərən təşkilatıarın ehtiyaclarına uyğun şəkildə təqdim oluna bilər. Bu məqsədlə hazırlanacaq metodoloji göstərişlər üçün aşağıdakı istiqamətlərin nəzərə alınması tövsiyyə olunur:

  1. Məlumat və bilik bazasının yenilənməsi və istifadəsi (kim və hansı növ məlumatı toplamalı, saxlamalı və yaymalıdır);

  2. Uşaq əməyinin monitorinqi və UƏ-nə dair hesabatların hazırlanması (yerli və milli səviyyədə): dayanıqlı UƏM mexanizmininin yaradılması, mövcud informasiya sistemləri ilə əlaqələndirilməsi EMİS və ya LMİS;

  3. İcma səfərbərliyi və uşaq müdafiəsi komitələrinin yaradılması (Təmiz Dünya təşkilatının Sumaqayıt təcrübəsi geniş surətdə öyrənilə və lazım gələrsə, tətbiq edilə bilər);

  4. Uşaq əməyi barədə ictimai məlumatlılığın artırılması (hədəf qrupu, hansı məsələlər, məqsəd və s.);

  5. Uşaq əməyi və ailə (valideynin öhdəlikləri, valideyn himayəsindən məhrum olmuş uşaqlar);

  6. Uşaq əməyi və təhsil;

  7. Uşaq əməyi və Peşə Təhsili və Təlimi;

  8. Uşaq əməyi və məşğulluğun artırılması və məhsuldarlığın inkişafı;

  9. Ali təhsil və iş yerində tədris proqramları vasitəsilə uşaq əməyi ekspertlərinin təlimləndirilməsi (müəllimlər, sosial işçilər, polis işçiləri);

  10. Uşaq əməyi və sosial müdafiə;

  11. Uşaq əməyi və əməyin təhlükəsizliyi, gənc işçilərin iş yerində müdafiəsi və onun təftişi;

  12. Uşaq əməyi və Azərbaycanda miqrasiya məsələləri;

  13. Uşaq əməyi və Azərbaycanda insan alveri məsələləri;

  14. Əhali qruplarında uşaq əməyi (Qaraçı – Roman icmalarında);

  15. Uşaq əməyi və cender (erkən nikahlarla əlaqə).

Həm ekspertlər qrupunun təlimi, həm də metodoloji göstərişlərin hazırlanması birgə fəaliyyətlərin başlanması üçün vacib prioritetləri təşkil edir və qısa-müddətli perspektivdə həyata keçirilməsi tövsiyyə olunur. Qeyd olunan hər iki fəaliyyətin həyata keçirilməsi üçün yüksək səviyyəli texniki və maliyyə dəstəyi ilə yanaşı BƏT-in hərtərəfli yardımına ehtiyac duyulur.
      1. Fəaliyyətin koordinasiyası mexanimzlərinin qurulması


Yuxarıda muzakirə olunduğu kimi, uşaq əməyinə dair sahəvi əlaqələndirmə fəaliyyət səviyyəsində zəifdir. Əlaqələndirmə bu sahədə mövcud qanunların və siyasət sənədlərinin səmərəli icrası üçün vacib əhəmiyyət daşıyır və bu olmadan dayanıqlı nəticələr əldə etmək mümkün deyildir. Eyni zamanda, əlaqələndirmə yeni, innovativ ideyaların bölüşdürülməsi və inkişaf etdirilməsi üçün təkan rolunu oynaya bilər. Xüsusilə də bu, dövlət və qeyri-dövlət təşkilatlarının birgə yer aldığı əlaqələndirmə mexanizmləri zamanı müşahidə oluna bilər.

Hal-hazırda, insan alverinə qarşı əlaqələndirmə yüksək səviyyədədir və bu gələcəkdə uşaq əməyinə qarşı mübarizə üçün də əsas təşkil edə bilər. Bununla belə, digər alternativlərə də diqqət yetirmək vacibdir və tərəfdaş qurumlar müəyyən etdikləri sahələr üzrə işçi qrupunun yaradılması qərarı verə bilərlər. Bu məsələlər Fəsil 5-də geniş şəkildə nəzərdən keçirilmişdir.

2014-cü ildə icrasına başlanan yeni fəaliyyət planına görə, milli səviyyədə uşaq əməyi üzrə əlaqələndirmənin formalaşdırılması əsas prioritet təşkil etməlidir. Orta-müddətli perspektivdə, digər uşaq müdafiəsi məsələləri də əhatə olunmalı və bir-biri ilə bağlı sahələr sıx əlaqələndirilməlidir.

Bundan başqa, yerli səviyyədə də əlaqələndirmənin gücləndirilməsi və misal üçün, Sumqayıtda İcma Uşaq Müdafiəsi Komitəsinin təcrübəsi öyrənilərək geniş surətdə tətbiqi imkanı nəzərdən keçirilməlidir. Uşaq əməyinə cəlb olunmuş və müxtəlif risklərlə üzləşən uşaqlara səmərəli dəstək və düzgün istiqamətə ünvanlamaq lazımdır. Bu sahəvi əlaqələndirmənin yerli səviyyədə təsisatlandırılması zamanı mümkün ola bilər. Eyni zamanda, yerli səviyyədə əlaqələndirmənin gücləndirilməsi icra orqanları tərkibində fəaliyyət göstərən uşaq bölmələrində insan ehtiyatları və digər resursların çatışmamazlığı səbəbindən çətin ola bilər.

Yuxarıda təklif olunduğu kimi, əsas tərəfdaş qurumlara uşaq əməyi sahəsində milli və yerli səviyyədə əlaqələndirmənin formalarını müzakirə edib razılaşdırmaq məqsədilə bir araya gəlmək və ad-hoc işçi qrupu yaratmaq tövsiyyə olunur.

      1. UƏ qarşısının alınması üzrə əsas sahələr


Bu hesabatda biz artıq uşaq əməyi qurbanlarının işdən ayrılması və cəmiyyətə yenidən inteqrasiyası üzrə mövcud dəstək xidmətləri barədə söhbət açmışdıq. Vacib və zəruri olması ilə yanaşı, bu cür bərpa və yardım tədbirləri kifayət qədər məsrəfli və mürəkkəbdir. Hər hansı birbaşa yardım xidməti bu sahədə aparılmış tədqiqata əsaslanmalıdır. Odur ki, əsas diqqəti preventiv tədbirlərin həyata keçirilməsinə yönəltmək tövsiyyə olunur. Bu cür təşəbbüslər, misal üçün geniş və innovativ formada ictimai məlumatı artırmaq, uşaqların və valideynlərin münasibət və davranışını dəyişməyə yönəltmək istiqamətində ola bilər.

Bundan başqa, uşaq əməyinin müəyyən olunması üzrə icmaların monitorinqi və icma səviyyəsində tədbirlərin görülməsi, məsələn İcma Uşaq Müdafiəsi Komitələrinin yaradılması kimi tədbirlər səmərəli olar və digər ölkələrin də bu sahədə müvafiq təcrübələri geniş şəkildə öyrənilə bilər.

Hər hansı birbaşa yardım fəaliyyəti yuxarıda müzakirə edilən metodoloji göstərişlərə əsaslanmalıdır. Tərəfdaş qurumlar məcburi köçkün icmaları, Roman (Qaraçı) icmalarından olan uşaqlar, eləcə də tək valideyni ilə yaşayan və ya valideynlərindən hər ikisinin himayəsindən məhrum olmuş uşaqlara yönəldilmiş dəstək proqramlarına ehtiyacın olduğunu vurğulamışlar.

Bundan əlavə, yerli səviyyədə əlaqələndirmə və səmərəli monitroinq və istiqamətləndirmə mexanizminin yaradılması vacib prioritet sayıla bilər. Bu mövzu aşağıda, bölüm 6.3-də daha geniş şəkildə müzakirə olunacaqdır. Hal-hazırda icma səviyyəli fəaliyyətlərə diqqət yetirilməlidir. Bu şübhəsiz ki, məlumatlılıq səviyyəsinin qaldırılması və ailələrdə, eləcə də icmalarda münasibətin və davranışın dəyişməsinə səbəb olacaqdır. Buna misal olaraq, məktəb, əyləncə yerləri, dərnəklər, digər tədris müəssisələrində uşaqlara yönəlik, iş yerləri, icma görüşləri, mətbuat vasitəsilə isə valideynlər və işəgötürənlərə istiqamətlənmiş tədbirlər həyata keçirilə bilər.

Məlumat səviyyəsinin yüksəldilməsi və bu sahədə fəaliyyətlərin icrası Əmək müfəttişlərinin də qeyd etdiyi kimi valideynlərin və işəgötürənlərin davranışına birbaşa təsir göstərə bilər və uşaq əməyinin qarşısının alınmasında yardımçı olar.


    1. Yüklə 273,92 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin