Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Dekabr ayı ərzində Statistika Komitəsinin Qiymət Departamentinin müdürü Natella xanımla Quliyeva ilə görüşlər davam etdirilmişdir. Bu görüşlərdə əsas məsələlər Statistika Komitəsinin inflyasiyanı hesablayarkən istifadə etdiyi istehlak səbəti və regionların xüsusi çəkisi olmuşdur. Məlum olmuşdur ki, istehlak səbətinə 585 növ məhsul daxildir. Bunlardan 151-i ərzaq, 111-i geyim, 22-si tikinti materialları, 174-ü məişət avadanlıqları və digər ləvazimat və 127-si xidmət sahəsinə aiddir. Statistika komitəsinin metodologiyasına görə regionların çəkisi regionlarda yaşayan əhalinin sayına görə hesablanır. Lakin bu fikir layihədə iştirak edən ekspertlər qrupu tərəfindən bəyənilməmişdir. Burada əsas etiraz regionlar üzrə əhalinin sayının düzgün hesablanmaması olmuşdur. Layihənin ekspertləri regionların çəkisini hesablayarkən pərakəndə əmtəə dövryyəsi və göstərilən xidmət həcminə görə hesablanmasını yeni metodologiya olaraq təklif etmişdir və regionların xüsusi çəkisi bu metodla hesablanmışdır.