Yekun hesabat



Yüklə 117,86 Kb.
səhifə16/27
tarix04.01.2022
ölçüsü117,86 Kb.
#54857
1   ...   12   13   14   15   16   17   18   19   ...   27
Beynəlxalq Valyuta Fondu. 27 fevral 2007-ci ildə Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri canab Vitali Kramarenko ilə görüş olub. Hyatt Regency otelində keçirilən görüşdə tədqiqat qrupunun üzvləri layihənin ilkin nəticələrini təqdim etdikdən sonra cənab Kramarenkonun ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı suallarını cavablandırıblar.

  • USAID-in Dövlət İnvestisiya Siyasəti (DIS) layihəsi. Fevral ayında növbəti görüş USAID-in Dövlət İnvestisiya Siyasəti layihəsinin rəhbəri Yanuş Şimerlə oldu. Görüşdə layihə tədqiqatçıları özlərini təqdim etdilər. Sonra layihə haqqında geniş məlumat verildi və mərkəzin 2007-ci ilin yanvar ayı üçün hesabladığı inflyasiya səviyyəsi qeyd edildi. Cənab Yanuşu layihədə maraqlandıran və bir növ heyrətə gətirən məsələ o oldu ki, biz (ITM) istehlak qiymətləri indeksini hesablamaq üçün ölkənin 16 regionunda qiymət müşahidəsi aparırıq və hər raund üçün istehlak səbətində olan əmtəə və xidmətlərin təqribən 50 000 qiymət ssenarisini müşahidə edirik. Bundan əlavə, cənab Yanuş müzakirə zamanı bir sıra təklif və tövsiyələr də irəli sürdü.

  • AMCHAM. Mart ayında AMCHAM-ın icraçı direktoru N.Nəsrullayeva ilə görüş keçirilib. Görüşdə ilk olaraq ona İqtisadi Tədqiqatlar Mərkəzi və inflyasiyanın alternativ hesablanması layihəsi barədə ətraflı məlumat verilib. Bu yöndə qarşı tərəf layihənin əsas məqsədləri, yerinə yetirilmiş işlər və nəzərdə tutulan tədbirlər barədə məlumatlandırılıb. N. Nəsrullayeva layihənin xüsusi əhəmiyyət daşıdığını qeyd edib və bu informasiyanın palatanın üzvü olan təşkilatlar üçün də maraq kəsb etdiyini söyləyib. N. Nəsrullayeva AMCHAM tərəfindən də bu istiqamətdə müəyyən işlərin görüldüyünü söyləyib, lakin onların həyata keçirdiyi layihənin əhatə dairəsinə görə hər iki işin professionallıq baxımından müqayisə edilə bilinməyəcəyini qeyd edib. N. Nəsrullayeva layihənin gedişi barədə onları daima məlumatlandırmağı xahiş edib və nəzərdə tutulan müzakirələrdə iştirak etmək arzusunda olduqlarını bildirib.


  • Yüklə 117,86 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   12   13   14   15   16   17   18   19   ...   27




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin